23 aprel 2024


İstehsalat > Kimya sənayesi > Tikinti şirkətləri > Tikinti materialları > Zavodlar > Kondisioner və soyuducular > Asfalt, beton, sement firmaları və layihələr > Butulkalar və qablaşdirma üçün tublar, plastikdən və şüşədən > Maşın və avadanliq > İsitmə və soyutma avadanlıqları və istehsalı > Kağız > Kinematoqrafiya > Metallurgiya > Mebel istehsalı > İçkilər > Neft sənayesi > Yeyinti sənayesi və süd məhsulları > Sənaye avadanlıqları > Ətraf mühiti qoruma vasitələri > Tütün və alkoqol > Energetika > Elektrik və elektron avadanlıgı > Elektrik > Toxunmuş mallar > Balıq və balıq məhsulları > Spirtli içkilər > Santexnika > Generatorlar

"AZKOMPOZIT"
 
  • AZ 5000, Sumqayıt ş., Metallurq küç., 5
    Tel.:  (99412) 497 36 40, 497 36 41
    Fax:  (99418) 654 59 15, 654 59 16
    Моb.: (99450) 250 36 40, 250 36 41
    E-mail: office@azkompozit.az
    Web: www.azkompozit.az

 "Azkompozit" firması 2006 ildə Azərbaycanda, Sumqayıt şəhərində kompozit materialların istehsalını qurmuşdur.

  Hal - hazırda "Azkompozit" zavodunda şüşə lifli plastik borular istehsal olunur.

  İstehsalın texnoloji xəttləri Avropa mənşəli müasir tipli avadanlığın bazasında yaradılıb. 2007-ci ilin sonundan "Azkompozit" zavodu dünyanın ən böyük zavodu olubdur.

  Zavodda 16 istehsal xətti 24 saat 365 gün işləyir. Müəssisədə 1500 nəfərdən artıq işçi çalışır.

   2006-cı ilin dekabr ayından başlayaraq zavod Oğuz-Qəbələ-Bakı su xəttinin borularını istehsal edir.

  Bu su xəttinin uzunluğu 265km olmaqla, əsasən uzunluğu 12m, diametri isə 2000mm olan borulardan qurulur. Borular 10, 16, 20, 25 bar təzyiqə davamlıdır.

   2006-2007-2008-ci illərdə bu dünyada şüşə lifli borulardan istifadə etməklə inşa edilən ən böyük lahiyədir.

  Azərbaycan Respublikasının Oğuz və Qəbələ rayonlarından içməli suyun öz axını ilə Bakı şəhərindəki su anbarına gətirilməsi üçün çəkiləcək yeni magistral su kəmərinin inşasında istifadə ediləcək GRP borular şüşə lifi ilə möhkəmləndirilmiş poliefir plastik borulardır. .

  Oğuz-Qəbələ-Bakı su kəməri layihəsi başa çatdıqdan sonra, quraşdırılan istehsal xəttlərinin bir hissəsini Respublikada tələbatı olan su,kanalizasiya və digər boruların istehsalını davam etdirmək məqsədi ilə istifadə edilməsi nəzərdə tutulur, bəzilərini isə 4 oxlu, daha müasir avadanlıqlara çevrilməsi planlaşdırılır, bu da kompozit çənlər və sair mürəkkəb formaların istehsalına imkan verəcəkdir.

  Bunlarla bərabər, gələcəkdə, müəssədə müvafiq beynəlxalq standartlara uyğun epoksid qətranlardan istidafə etməklə kiçik diametrli boruların istehsalının yaradılması nəzərdə tutulur. Bu da əsasən neft sənayesində işlədilən bütün kompozit boruların yerli təchizatına imkan yaradacaq.

  "Azkompozit", işçilərinin iş şəraitinin yaxşılaşdırılmasını, müvafiq təlimlərin keçirilməsi yolu ilə müəssisədə istehsal olunan məhsulun keyfiyyətinin daim artırılmasına və bununla öz müştərilərinin məmnunniyyətinin qazanılmasına böyük əhəmiyyət verir və bu yolda inamla irəliləyir.

   Hal-hazırda Azkompozit-də İngiltərə, Almaniya, İtaliya, Çin mütəxəssisləri məsləhətçi qismində çalışır. Oğuz-Qəbələ-Bakı layihəsi üzrə əsas strateji tərəfdaşımız Çin Xalq Respublikasının « Yongchang Sekisui Composites Co» şirkətidir.


Bu səhifənin daimi ünvanı
Bu səhifəyə keçid kodu