07 may 2024


SƏHİYYƏ VƏ SAĞLAMLIQ > Tibbi avadanlıqlar > Sağlamlaşdırma mərkəzləri > Qaralma studiyaları > Əczaçılıq firmaları > Baytarlıq xidmətləri > Klinikalar > Apteklər > Müayinə və Müalicə Xaricdə

"Repharma"
 
  • AZ 1000, Mirəli Seyidov küç., 19 A
    Tel.:  (99412) 448 19 30, 533 06 01, 533 02 03
    Fax:  (99412) 448 19 31
    Моb.: (99450) 205 09 16
    E-mail: ardinc@repharma.com
    Web: www.repharma.com

«Repharma» şirkəti 2001-ci ildən əczaçılıq fəaliyyəti ilə məşğul olaraq Azərbaycan Respublikası ərazisində dərman preparatlarının marketinq, import, tanıtım və satışını təşkil edir. Bu illər ərzində şirkətin əldə etdiyi bütün nailiyyətlər yüksək təcrübəli kollektivin birgə və qarşılıqlı işi sayəsində mümkün olmuşdur.

«Repharma»nın əsas məqsədi - əhalimizin yaşam keyfiyyətini yüksəltməkdır! Məhz buna görə şirkətimiz bir çox xəstəlikləri daha effektiv müalicə etmək üçün lazım olan keyfiyyətli dərman preparatlarını dünya praktikasında araşdırır, onları Azərbaycana gətirir, geniş həkim auditoriyasına və xalqa tanıtdırır.

«Repharma» partnyorların seçiminə ciddi yanaşaraq, yalnız istehsal texnologiyası GMP (Good manufacturing practice - etibarlı istehsalat praktikası) standartlarına uyğun və öz ölkələrində nüfuz qazanmış zavodlarla əməkdaşlıq edir. Şirkət İtaliyanın «ESİ», «Medexport - İtalia», İspaniyanın «Uriach», Almaniyanın «Cefak», Türkiyənin «Biofarma», «Münir Şahin», «Koçak İlac» kimi şirkətlərlə eksklüziv distribütorluq hüququ ilə sıx əməkdaşlıq edir.

«Repharma» şirkəti əməkdaşlıq etdiyi zavodları təmsil edir və dərman preparatlarını təqdim edir, tez-tez aparıcı mütəxəssislərin iştirakı ilə farmakoterapiyanın aktual məsələlərinə həsr olunmuş elmi-praktik seminar, simpozium, konfranslar təşkil edir və respublikada keçirilən digər elmi tədbirlərdə yaxından iştirak edir.

«Repharma»nın fəaliyyəti tək Bakı şəhəri ilə məhdudlaşmır. Şirkətin nümayəndələri Azərbaycanın bütün bölgələrində «Repharma»nın apardığı strategiyanı həyata keçirirlər.

Şirkətimiz hər zaman gördüyü işdə yüksək peşəkar və etik standartlara riayət edir.

«Repharma» şirkətinin devizi: «Keyfiyyətli dərman - daha sağlam yaşam!»

Bu gün "REPHARMA" dinamik inkişaf edən və bütün növ əməkdaşlığa hazır olan əczaçılıq şirkətidir.

Repharma şirkəti 2008-ci ildə İSO-9001:2000 Keyfiyyət standartı haqda Sertifikat almışdır.

İSO 9001:2000 standartının tələblərinə cavab verməklə əldə edilən nailiyyətlər:

- məhsulun istehsalı və xidmət sahəsində keyfiyyətə nəzarətin təmin edilməsi;

- problemləri üzə çıxarmaq, səbəbini bilmək, düzəldici və önləyici qərarların vaxtında qəbul etmək;

- imici yaxşılaşdırmaq - müştəriləri məmnun etməklə gəlirləri artırmaq və eyni zamanda müştərilərin sayının artırılmasını əldə etmək;

- Avropa və dünya miqyasında beynəlxalq standartları tətbiq etmiş şirkət kimi tanınmaq və üstün rəqabət qazanmaq imkanı əldə etməkdir.


Bu səhifənin daimi ünvanı
Bu səhifəyə keçid kodu