18 may 2024


Mülk və İnşaat > Daşınmaz əmlakın icarəsi və alqı-satqısı > Hovuzlar, akvaparklar > Layihə nəzarəti > Tikinti texnikası > Tikinti materialları > Tikinti şirkətləri > Xüsusi sistemlər > Təmir və dizayn > Alüminium və şüşə fasad, qapi-pəncərə, PVC > Qaynaq materiallari > Asma və dartma tavanlar > Liftlər > Tikinti avadanlıqları > Skylight sistemi, Qış baxçası > İsitmə - Soyutma və Ventilyasiya sistemləri

"MATANAT A"
 
  • AZ 1000, Bakı-Sumqayıt maqistralı, 13,5 km
    Tel.:  (99412) 442 99 33, 442 93 88
    Fax:  (99412) 442 93 00
    Моb.: (99450) 225 27 27
    E-mail: matanata@matanata.com
    Web: www.matanata.com

 Son illərdə Azərbaycanın siyasi, iqtisadi həyatında, xüsusən də sahibkarlıq mühitində böyük uğur və irəliləyişlər özünü göstərməkdədir. Azərbaycanda sahibkarlığın bir çox sahələrinin fəaliyyət dairəsi genişlənmiş, özünün yüksək inkişaf mərhələsinə çatmışdır. Ölkədə sahibkarlığın artan sürətlə inkişafı dövlət başçısının yeritdiyi iqtisadi siyasət strategiyasının prioritet istiqamətlərindəndir. Möhtərəm Prezidentimiz İlham Əliyev özəl sektorun ölkənin iqtisadi inkişafına həlledici təsirini yüksək qiymətləndirərək hökumət qarşısında sahibkarlığa və iş adamlarına diqqət və qayğı göstərilməsini mühüm vəzifə kimi qoyub. O, iqtisadiyyatın liberallaşdırılmasında sahibkarlığın mühüm rol oynadığını dəfələrlə vurğulayaraq iqtisadiyyatın inkişafında iş adamlarının gücündən və imkanlarından səmərəli istifadə etməyin zəruriliyini bildirib.

Bu gün Azərbaycanın bir çox sahələrində nəzərə çarpan inkişaf dövlət və özəl sahələrə nüfuz etməklə yanaşı inşaat sektoruna da öz töhfəsini vermişdir. Azərbaycanın inşaat materialları bazarında yerli məhsullar lider pozisiyaya malikdir. 

Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiya etməsi biznes infrastrukturunun müasir standartlara uyğun qurulmasını, ölkənin bu sahədə potensialının reallaşdırılmasını, yerli şirkətlərin rəqabət qabiliyyətini artırmaqla bilavasitə məhsuldarlığın da artırılmasını tələb edir.
 

Sement və gips əsaslı qarışıqların Azərbaycanda ilk istehsalçısı olan «Mətanət A» şirkəti uzun müddətdir ki, milli şirkətlər içərisində aparıcı yerlərdən birinə sahib olmuş, güclü novator ənənəyə malik innovativ texnologiyalar sayəsində yüksək istehsalat gücü və sağlam rəqabət qabiliyyətilə tanınmışdır. Doqquz illik fəaliyyəti dövründə yüksək nəticələr əldə etmək məqsədilə bütün gücünü sərf edərək qarşıya qoyduğu hədəflərə nail olmaqla yanaşı, milli dəyər və prinsiplərini də qoruyub saxlaya bilmişdir. Ən son texnologiyalarla təchiz olunmuş zavodlarda istehsal edilən məhsullar artıq ölkəmizdə və onun hüdudlarından kənarda istehlakçıların rəğbətini qazanaraq şirkəti öz sektorunun liderinə çevirmişdir. 

Hal-hazırda şirkət 3 sistemdə, 19 mal qrupunda fəaliyyət göstərməklə 50-dən çox ticarət markasına və 1000-ə yaxın məhsul çeşidinə malikdir. Şirkətin istehsal etdiyi məhsul qrupları aşağıdakılardan ibarətdir: 

İNŞAAT SİSTEMLƏRİ: Keramika yapışdırıcıları, Aralıq doldurma qarşıqları, Təmir və ankraj qarışıqları, Hidroizolyasiya qarışıqları, İstilik izolyasiya məhsulları, Gips əsaslı məhsullar, Sement əsaslı suvaq məhsulları, Əhəng əsaslı məhsullar, PVA yapışdırıcıları, Boya məhsulları, Səth qoruma və səth təmizləmə məhsulları, Astarlar; 
ZƏMİN SİSTEMLƏRİ: Sement əsaslı səth sərtləşdiriciləri, Epoksid-poliüretan əsaslı səth örtükləri, Özü yayılan şap məhsulları; 
QATQI SİSTEMLƏRI: Beton qatqıları, Harc qatqıları, Beton yardımçı məhsulları, Üyütməyə yardımçı məhsullar. 

Güclü texniki bazaya malik olan «Mətanət A» şirkəti yarandığı gündən bəri məhsul çeşidlərini artırmaq, istehsal etdiyi məhsulların keyfiyyətini və mükəmməlliyini qorumaq üçün texniki bazasını müntəzəm olaraq genişləndirmişdir. Belə ki, fəaliyyətinin ilkin dövrlərində keramika yapışdırıcıları, aralıq doldurma qarışıqları, gips əsaslı məhsullar və s. istehsal edən şirkət tədricən texniki bazanın gücləndirilməsi nəticəsində istehsal edilən məhsulların tipinə əsasən ayrı ayrı zavodlara bölünmüşdür. Hal-hazırda Azərbaycanda ilk dəfə olaraq Rokol texnlogiyası əsasında fəaliyyət göstərən «Keramika Yapışdırıcıları Zavodu» toz və maye əsaslı məhsullar, 2004-cü ildə əsası qoyulan, Qafqazda ilk müasir tipli gips zavodu olan «AĞDAĞ Müasir Gips Zavodu» gips əsaslı məhsullar, «Beton Qatqıları Zavodu» isə beton qatqıları, səth sərtləşdiriciləri, üyütməyə yardımçı məhsullar və bu kimi digər məhsulların istehsalını həyata keçirir. Öz texniki bazasını daim mükəmməlləşdirməyə, genişləndirməyə çalışan «Mətanət A» şirkəti gələcək planlarında texniki bazasının daha da gücləndirilməsinə dair prespektivli məsələləri diqqət mərkəzində saxlamışdır. Güclü texniki bazaya malik olan şirkət elə məhz bunun sayəsində liderlik əldə edə bilər. Bu təkcə istehsalatın genişlənməsinə, məhsul çeşidlərinin sayının və keyfiyyətinin artırılmasına deyil, həm də yeni iş yerlərinin yaradılmasına xidmət edir. 

Təsadüfi deyil ki, «Mətanət A» şirkətinin yarandığı 2000-ci ildə şirkətin Prezidenti, təcrübəli və yaradıcı sahibkar Elxan Bəşirov Yapışdırıcıların, İnşaat gipslərinin, Perlitli suvaq və qarışıqların texniki şərtlərini Azərbaycana ilk dəfə olaraq gətirmiş, elə həmin dövrdən də onların aktiv istehsalına başlamışdır. 

Bütün bunlar bir daha təsdiq edir ki, yarandığı gündən etibarən qarşıya qoyulan hədəflərə doğru irəliləməkdə öz səylərini əsirgəməyən «Mətanət A» şirkəti bütün zəruri addımları atmış, uğura doğru irəliləmək üçün qarşıya çıxan maneələri dəf edə bilmişdir. Qarşıda duran prespektiv planlar ölkəmizə müasir know-how və yeni texnologiyalar gətirməklə alıcılara yeni növ məhsullar təqdim etmək, xarici bazarlara doğru genişlənmək və inkişafda olan iqtisadiyyatımıza yeni töhvələr verməkdən ibarətdir. 

Bunu da qeyd etmək istərdik ki, artıq «Mətanət A» markası altında istehsal edilən məhsullar Rusiya, Qazaxıstan, Gürcüstan, Türkmənistan, İran, Ukrayna və digər xarici ölkələrə ixrac olunur. 

İri addımlarla qlobal dünyaya doğru irəliləyən şirkət İnşaat materiallarının istehsalı sahəsində öz prinsipial mövqeləri ilə seçilməkdədir. Bu bir daha sübut edir ki, bu gün milli şirkətlərimiz müasir biznes təcrübəsinə və iş prinsiplərinə görə heç də dünyanın qabaqcıl korporasiyalarından geri qalmır və bu bizi sevindirən, ruhlandıran əsas faktorlardandır. 

Şirkətin rəhbəri daim elmi-texniki araşdırmalar aparmaqla səmərəli təklif və ideyalarını istehsal etdiyi yeni məhsullar şəklində reallaşdırır. Bu gün biz hamımız vahid məqsəd və eyni amal uğrunda-milli iqtisadiyyatımızın artımına müəyyən bir təsir göstərmək üçün təşəbbüs göstərir və əməyimizin nəticəsi olaraq bundan sonra da daim artmaq, yüksək hədəflərə doğru irələliləmək və daha da güclü bir şirkətə çevrilmək niyyətindəyik. Daim ilklərə imza atmaq, daim lider olmaq və nəhəng koorporasiyaya çevrilmək bizim əsas prinsipimizdir.


Bu səhifənin daimi ünvanı
Bu səhifəyə keçid kodu