26 aprel 2024


ƏYLƏNCƏ VƏ İSTİRAHƏT > Əyləncə mərkəzləri > Restoranlar > Turizm agentlikləri > Sanatoriyalar və istirahət zonaları > Distribütiv bron sistemləri > Mehmanxanalar > Aviaşirkətlər > Pablar və barlar > Klublar > Kafe - Restoran > Şadlıq sarayları

"ATLANT" istirahət və əyləncə mərkəzi
 
  • AZ 2700, Xaçmaz r-nu, Nabran qəs.
    Tel.:  (994172) 418 66 47
    Fax:  (994172) 441 58 48
    Моb.: (99450) 375 47 47, (99455) 810 47 47
    E-mail: office@atlant-az.net
    Web: www.atlant-az.net

 2003-cü ildə, Azərbaycanın şimalında, məşhur istirahət mərkəzlərindən biri olan Nabranda, Xəzər dənizinin sahilində yeni istirahət guşəsi– “Atlant” istirahət və əyləncə mərkəzi açılmışdır.

Mərkəzin yerləşdiyi ərazi gözəl təbii şəraitə və mənzərəyə malikdir. Tanıyanları hər dəfə buralara geri dönməyə çəkən təbiətin bir xüsusiyyəti vardır ki, bu da müxtəlif bitkilərlə zəngin meşənin dənizin tam sahilindən başlamasının heyranedici mənzərəsidir. Təbiətin bu kimi gözəllikləri bizə, qonaqlarımıza təqdim etdiyimiz tədbirlərin sayını artırmaq imkanı verir. Tərəfimizdən təşkil olunan meşə gəzintiləri zamanı meşənin təravətli havası və təbiətlə birbaşa təmas imkanı qazanmış olacaqsınız. Müxtəlif dəniz əyləncələri də həm sağlamlığa xeyrli həm də bir sıra təəsüratlar buraxacaq. Dənizin səsi, yarpaqların xışıltısı, quşların civiltisi yay səslərinin harmoniyasını tamamlayaraq “Atlant”-da keçirəcəyiniz unudulmaz günlərin ab-havasını yaradacaq. 

Bizim mərkəzin qonaqları üçün nəfis həm də bir doğma atmosfer yaradılmışdır. Ən azı, şəhərin təlaşlı həyatından məhz burada qurtulmaq imkanı əldə edəcəksiniz.

Xaçmaz rayonu İcra Hakimiyyəti Başçısının 17.09.2001- cı il tarixli 152-saylı Sərəncamına əsasən, Xaçmaz rayonu Seyidlikəndyeri kəndində 400 yerlik istirahət düşərgəsinin tikintisi ücün 8 ha torpaq səhəsi ayrılmışdır. Kompleksin tikilib tam başa çatması 2006-cı ildə nəzərdə tutulmuşdur. Tikinti işləri 2001-ci ildə başlanmışdır və 2003- cü ildə 20 ədəd 2-3 otaqlı kotteclər istifadəyə verilmişdir.2004- cü ildən isə 320 nəfərlik istirahət yeri tikilib başa çatdırılmışdır. Bu il, yəni 2005- cı ildə tikinti işləri davam etdirilmiş və kompleks nəzərə tutulan layihə gucünə çatdırılmışdır. 

Azərbaycan Respublikası Gənclər, İdman və Turizm Nazirliyinin verdiyi 028 nömrəli dərəcə nişanına əsasən, “Atlant” İstirahat və Əyləncə Mərkəzi 4 ulduz kateqoriyasına layiq görulmüşdür. 


Bu səhifənin daimi ünvanı
Bu səhifəyə keçid kodu