26 sentyabr 2020


İstehsalat > Kağız > İsitmə və soyutma avadanlıqları və istehsalı > Maşın və avadanliq > Butulkalar və qablaşdirma üçün tublar, plastikdən və şüşədən > Asfalt, beton, sement firmaları və layihələr > Kondisioner və soyuducular > Zavodlar > Tikinti materialları > Tikinti şirkətləri > Kinematoqrafiya > Metallurgiya > Mebel istehsalı > Kimya sənayesi > Elektrik və elektron avadanlıgı > Energetika > Tütün və alkoqol > Ətraf mühiti qoruma vasitələri > Sənaye avadanlıqları > Yeyinti sənayesi və süd məhsulları > Neft sənayesi > İçkilər > Elektrik > Toxunmuş mallar > Balıq və balıq məhsulları > Spirtli içkilər > Santexnika > Generatorlar

"М&T LTD" FİRMASI
 

   ”М&T ltd” firması 1993-cü ildə istehsal gücü 200-300 kq olan və cəmi 10 adda kolbasa məhsulları istehsal edən müəssisə kimi fəaliyyətə başlamışdır. Həmin vaxt müəssisənin istehsalat sahəsi 146 kv metr olmuşdur.Hal-hazırda müasir tələblərə cavab verən istehsalat kompleksinin tikintisi başa çatdırılmış, əvvəlki istehsalat sexinin yerində sutka ərzində 10 ton kolbasa və delikates ət məmulatları istehsal etməyə qadir, ən müasir avadanlıqlarla təchiz edilmiş və istehsal sahəsi 1440 kv metr olan yeni bir müəssisə inşa edilmişdir.
Bu gün yerli bazarda müvafiq qida sektorunda ”М&T ltd” firması özünəməxsus yer tutur. Hal-hazırda müəssisə ənənəvi və müəssisənin texnoloqları tərəfindən hazırlanmış resepturalar əsasında bişmiş, bişirilmiş hisə verilmiş, yarım hisə verilmiş, çiy hisə verilmiş 100-dən artıq çeşiddə yüksək keyfiyyətli kolbasa və müxtəlif növ delikates ət məmulatları, sosiska və sardelkalar istehsal edir.
Məhsulların yüksək keyfiyyəti xammal və materialların ciddi seçimi, səriştəlı işçi heyəti, müasir avadanlıq və ən son, mütərəqqi texnologiyaların istehsala tətbiqi sayəsində əldə edilir.



Bu səhifənin daimi ünvanı
Bu səhifəyə keçid kodu