18 may 2024


İstehsalat > Kimya sənayesi > Tikinti şirkətləri > Tikinti materialları > Zavodlar > Kondisioner və soyuducular > Asfalt, beton, sement firmaları və layihələr > Butulkalar və qablaşdirma üçün tublar, plastikdən və şüşədən > Maşın və avadanliq > İsitmə və soyutma avadanlıqları və istehsalı > Kağız > Kinematoqrafiya > Metallurgiya > Mebel istehsalı > İçkilər > Neft sənayesi > Yeyinti sənayesi və süd məhsulları > Sənaye avadanlıqları > Ətraf mühiti qoruma vasitələri > Tütün və alkoqol > Energetika > Elektrik və elektron avadanlıgı > Elektrik > Toxunmuş mallar > Balıq və balıq məhsulları > Spirtli içkilər > Santexnika > Generatorlar

"BAKI CİHAZQAYİRMA ZAVODU"
 
  • AZ 1104, Zabrat 1 qəs., Oktyabr 106
    Tel.:  (99412) 550 21 52
    Fax:  (99412) 550 21 73
    Моb.: (99450) 329 21 65
    E-mail: bcz@bcz.az
    Web: www.bcz.az

Bakı Cihazqayırma zavodu AZ NEFT birliyinin 416 saylı 05.12.1941-ci il tarixli əmri ilə azneftmaş trestinin tərkibində Bakı Alət zavodu kiml yaradılıb. 1942-ci ildə zavod fəaliyyatə başlayıb. Əsas fəaliyyati Cihazqayırma olub, о cümlədən müəssisədə müxtəlif kəsici, ölçü alətləri, müxtəlif adda ləvazimatlar (ştamp, qəlib, tərtibatlar və. s) istehsal edilib. SSRİ Neft Sanayesi nazirliyinin 373 sayh 01.04.1949-cu tarixli əmri ilə Bakı Alət zavodu Ittifaq nazirliyin tabeliyinə keçir va adı dəyişdirilərək Bakı Cihazqayırma zavodu adlandırılıb.

Muəssisəda tərtib edilmiş kompleks planla yeni texnologiyanın tətbiqi, istehsalat proseslərinin avtomatlaşdırılması və mexanikləşdirilməsi hesabatları aparılıb va istehsalatda tətbiq olunub, Buna uyğun olaraq 1981-1985-ci illər üzrə SSRI Dövlət Plan va Dövlət Tikinti komitələrinin Bİ-40 №-li 6.02.1975-ci il tarixli qərarrına əsasən müəssisiənin perspektiv inkişafı üçiin (istehsal sahələri genişləndirmədən) «Texniki yenidənqurma» proqramı hazırlanıb və proqramda asağıda qeyd edilmiş işlər üçün xərclər nəzərdə tutulmuşdur:

a) Avadanlıqların hazırlanması, alınması, quraşdırılması və köhnələrin sökülməsi;
b) istehsal sahələrinin əlavə avadanlıqlarla, tərtibatlarla təmin edilməsi və yeni texnikanın tətbiq edilməsi ücün tədbirlər.
q) ventilyasiya sisteminin yaxşılaşdırılması, müasirləşdirilməsi, istehsalatın idarə edilməsində və televiziyanın imkanlarından istifadə edilməsi.

Bakı Cihazqayırma zavodunun 1981- 1985-ci illər üçün Texniki yenidən qurma proqramında nəzərdə tutulan işlər, SSRI Cihazqayırma, Avtomatlaşdırma vasitələri və idarə etmə sistemləri nazirliyinin təsdiq etdiyi 223 - ПТП № - li 8.12. 1980-ci il tarixli muqaviləyə görə yerinə yetirilib.

SSRI Cihazqayırma, avtomatlaşdırma vasitələri və idarə etmə Nazirliyinin tabeliyində fealiyyət göstərərək, müəssisə neftçıxarma sənayəsində istifadə olunan müxtəlif cihazlar, о cümlədən, gil məhlullarının fiziki tədqiqini təyin edən, texnoloji prosesləri tənzimləyən və nəzarət edən, elektrik ölçü, hidrometroloji cihazlar və geofiziki avadanlıqların istehsalı ilə məşğul olub. 1993-ci ildən 2006-cı ilədək Bakı Cihazqayırma zavodu Dovlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tabeliyində fəaliyyət göstərib.

Müəssisədə texniki təyinatlı məhsullarla yanaşı, xüsusi təyinatlı məhsulların istehsalı da təşkil edilmişdir.
2006 - ci ildən Bakı Cihazqayırma zavodu Müdafiə Sənayesi Nazirliyinin tərkibinə daxil edilmişdir,

Hal - hazırda qazma məhlullarının 10-dan çox fiziki kəmiyyətlərini yoxlaya bilən laboratoriya cihazlarının təkmilləşdirilməsi və istehsalı, həmçinin kompressor təsərrüfatları üçün nəzərdə tutulmuş 608 atmosferə qədər sıxılmış hava təzyiqi ilə ötrücüləri hərəkətə gətirən məhsulların mənimsənilməsi ve istehsalı üzrə ciddi işlər görülür.

Bunlardan, fırlanğıclar, cütləşmiş fırlanğıclar, boşaldıcılar, 2,3,4 klapanlı kranlar və s. aiddir. İstər laboratoriya ölçü cihazlarının, istərsə də elektrotexnika məhsullarının geniş inkişafı Bakı Cihazqayırma zavodunu Respublikada ve MDB ölkələrində qabaqcıl sıralara çəkir. Bu da müəssisədə Istehsal həcminin 2 milyon manata çatdırır və yaxın 2 ildə 5 milyon manata çatdırılacaqdır. Işçilərin sayı 2007-ci ildə 100 nəfər, 2008-ci ildə isə 300 nəfərdən artıq olacaqdır. Baki Cihazqayırma zavodu şəhərin mərkəzindən 15km məsafədə Zabrat-1 qəsəbəsində yerləşir Zavodun ümumi ərazisi 4,8 ha, istehsal sahəsi 11 000 m2-dır


Bu səhifənin daimi ünvanı
Bu səhifəyə keçid kodu