23 aprel 2024


BİZNES VƏ MALİYYƏ > Bank avadanlıqları > Biznesə köməkçi (yardımçı) xidmətlər > Broker və diler şirkətləri > Birja və Fond > Bazar araşdırmaları > Kreditlər və investisiyalar > Lizinq > Sığorta > Holdinqlər > Biznes mərkəzləri > Banklar

"ATA SIĞORTA"
 

Sizə “AtaSığorta” ASC-ni təqdim edirik.
Şirkət 2004-cü il iyul ayının 21-də rəsmi dövlət qeydiyyatından keçmiş və həmin ilin sentyabr ayının 3-dən etibarən isə tam lisenziyalı sığorta fəaliyətini həyata keçirir. Təsisçisi (səhmdarı)AtaHoldinq ASC olan şirkətin ödənilmiş nizamnamə kapitalı 2 mln. AZN təşkil edir.

Bildiyiniz kimi sığorta maddi maraqların qorunması üçün yaradılmış universal iqtisadı vasitədir. Onu da qeyd etmək lazımdır ki, bazar iqtisadiyyatını inkişaf etmiş sığorta sistemindən ayrı təsəvvür etmək mümkün deyil. Bunları əldə əsas tutaraq şirkətimiz fəaliyyətinin əsas prinsipi kimi fiziki və hüquqi şəxslər üçün effektiv sığorta layihələri hazırlayır və inkişaf etdirir. Şirkətimiz müştərilərinin bütün mümkün və sığortalana biləcək risqlərinə maksimum təminat verir.

AtaSığorta şirkəti 26 növ sığorta xidmətləri, onlardan 21 könüllü və 5 icbari növlər üzrə sığorta xidmətləri təqdim edir. Şirkətin təqdim etdiyi əsas sığorta növləri arasında əmlak sığortası, nəqliyyat vasitələrinin sığortası, nəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari və könüllü sığortası, sürücü və sərnişinlərin bədbəxt hadisələrdən sığortası, üçüncü şəxslər qarşısında mülki məsuliyyətin sığortası, yüklərin sığortası, inşaat sığortası, işəgötürənin məsuliyyətinin sığortası, tibbi sığorta, fərdi qəza sığortası, bank və bank fəaliyyətinin sığortası və s. vardir. Şirkətimizin partnyorları və müştəriləri qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsi sahib olduğu sığorta xidmətləri portfelindən, əhəmiyyətli həcmdə sığorta rezervlərindən, praktiki iş təcrübəsi və peşəkar personaldan asılıdır.

Bütün bu standartlara cavab verə bilmək üçün AtaSığorta beynəlxalq sığorta bazarının liderləri olan Hannover Re, AIG, Russian Re, AON, Allianz, ACE Insurance Company, POCHO, HOWDEN, INGOSSTRAKH və digər şirkətlərlə əməkdaşlıq edir. Heydər Əliyev fondu, Excelsior Hotel, AutoStar Kaukasus GmbH Baku, Azərdəmiryolbank, Azərigazbank, Azerbaijan National Agency for Mine Action, SDL, Caspian Serice and Supply, Cresten Beach, Oriflame, Azercell və digər şirkətlər öz bizneslərinin qorunmasını AtaSığorta şirkətinə etibar ediblər.

Yuxarıda göstərilən faktorları əsas tutaraq təşkilatınızın sığorta ehtiyaclarını qarşılamaq məqsədilə şirkətimiz Sizə daha rahat, sürətli və geniş əhatəli sığorta xidmətlərinin göstərilməsini təklif edir. Şirkət 2005 – ci ildə “Moody İnternational” şirkəti tərəfindən İSO 9001:2001 beynəlxalq keyfiyyət sertifikatı almışdır. 2007-ci ilin yekunlarına görə “AtaSığorta” ASC “İlin Sığorta şirkəti” nominasiyası üzrə “Uğur” Milli Mükafatına layiq görüldü.


Bu səhifənin daimi ünvanı
Bu səhifəyə keçid kodu