18 may 2024


SƏHİYYƏ VƏ SAĞLAMLIQ > Tibbi avadanlıqlar > Sağlamlaşdırma mərkəzləri > Qaralma studiyaları > Əczaçılıq firmaları > Baytarlıq xidmətləri > Klinikalar > Apteklər > Müayinə və Müalicə Xaricdə

"AVA SCANDINAVIA CLINIC"
 
  • AZ 1134, İ. Hidayətzadə küç., məh. 1911
    Tel.:  (99412) 567 34 00, 567 49 00
    Fax:  (99412) 567 89 10
    Моb.: (99450) 208 03 67
    E-mail: ava.baku@avaclinic.az
    Web: www.avaclinic.az

Niyə məhz AVA klinika?

AVA klinika müştərilərin fərdi tələbatlarını (istəklərini) və xüsusiyyətlərini nəzərə alaraq, müasir müalicə üsulları təklif edir. AVA klinika, sonsuzluğun öyrənilməsi və müalicəsi üzrə ixtisaslaşmış Beynəlxalq klinikalar şəbəkəsidir. Bizim bu sahədə 15 ildən çox olan təcrübəmiz vardır. Biz hər il 3000 dən çox süni mayalanma ti (orqanizmdən kənarda) və mikromayalanma (spermatozoidin intrositoplazmatik yeridilməsi) aparırıq. İndiyədək, bizim professional köməyimiz nəticəsində dünyaya minlərlə körpə gəlmişdir. Bu gün isə müştərilərimizin artıq 70-85% hamilə qalır.

AVA klinika sonsuzluğun müalicəsi sahəsində aparıcı tibb müəssisəsidir. Biz işimizi tədris və inkişaf üzərində qurduğumuz üçün qısa bir zamanda müştərilərimizin müalicəsində ən yeni metodları tədbiq edə bilirik. Məsələn, kişilərdə sonsuzluğun müalicəsində çevriliş törədmiş mikromayalanma üsulu ilk dəfə Finlandiyada, AVA klinikada həyata keçirilmişdir.

Bir çoxları, arzusunda olduqları hamiləliyin gecikməsini çox çətin yaşayır. Bir çox hallarda sonsuzluğu müalicə edə bilirik. Vaxt itirmədən bizə müraciət edin. Rahat və konfidensial şəraitdə bizim təcrübəli və nəzakətli personalımız Sizin hər bir sualınıza cavab verməyə hazırdır. Sonsuzluq və ailə cütlüyü münasibətləri problemləri üzrə ixtisaslaşmış psixoloqlarımız Sizə mənəvi dayaq olacaqlar.

Biz-beynəlxalq şəbəkəyik

AVA klinika, sonsuzluq probleminin müalicəsi üzrə ixtisaslaşmış beynəlxalq klinikalar şəbəkəsidir. Finlandiyadan başqa bizim klinikalar Rusiya, Portuqaliya, Latviya və artıq Azərbaycanda da vardır.

Finlandiyada AVA klinika Tampere və Turku şəhərlərində yerləşir. Sonsuzluğun müalicəsinə Biz artıq 1987ci ildən Tampere şəhərində, “Tampereen Ginekologikeskus” adlı ginekoloji mərkəzin binasında başlamışıq. 1993cü ildən isə Biz artıq Tamperenin mərkəzı bazarı Keskustori yaxınlığında yerləşən öz şəxsi binamıza köçdük və burada sırf sonsuzluğun müalicəsi üzrə ixtisaslaşdıq. Turku şəhərində 1997ci ildən fəaliyyət göstəririk. Həm Tamperedə, həm də Turkuda AVA klinikalar şəhərin mərkəzində yerləşir və rahat nəqliyyat infrastrukturuna, şəxsi dayanacaq yerlərinə malikdirlər.

Sankt-Peterburqdakı AVA-Peter klinikası artıq 1996-cı ildən etibarən 12 ildir ki, fəaliyyət göstərir. AVA-Peter sonsuzluğun müalicəsi üzrə yüksək ixtisaslaşmış və tanınmış klinikadır. O, həmçinin Sankt-Peterburq şəhərinin ali tibb məktəbləri üçün tədris bazası rolunu oynayır.

Portuqaliyanın paytaxtı Lissabonda AVA klinika 2000-ci ildən, Latviyanın paytaxtı Riqada isə 2005-ci ilin yayından fəaliyyət göstərir. Nəzərəçarpan müvəffəqiyyətlər və müştərilərə xidmətdə fərdi yanaşma nəticəsində hər iki şəhərdə AVA klinika qısa müddət ərzində hörmət qazanmış və özünə məxsus yer tutmuşdur.

Azərbaicanda AVA Skandinaviya klinikası artıq 2008-ci ilin martından Bakı şəhərində fəaliyyət göstərməyə başlanmışdır. Ümüdvarıq ki, Bakıdakı AVA Skandinaviya klinikamız öz fəaliyyəti ilə tez bir zamanda AVA klinikalar arasında layiqli yer tutacaqdır. AVA klinikaların dəstəyi və Avropa təhsilli mütəxəssislərimiz buna zəmin yaradır.

Biz bütün klinikalarımızda eyni prinsiplər əsasında işləyr və ən müasir avadanlıqlardan istifadə edirik. Tibbi personal yığılarkən bizim sahədə ən güclü ixtisasa malik kadırlar seçilir. Biz Beynəlxalq konfranslarda, tədrislə bağlı tədbirlərdə aktiv iştirak edirik. Bütün klinikalarımızda müştərilərimizə sonsuzluğun müalicəsinin sadədən tutmuş mürəkkəbədək bütün üsullarını təklif edirik. Uğurlu müalicənin nəticəsi olaraq müştərilərimizin qucaqlarında öz körpələrini görmək bizim ən böyük qələbəmizdir.
 


Bu səhifənin daimi ünvanı
Bu səhifəyə keçid kodu