25 aprel 2024


İstehsalat > Kimya sənayesi > Tikinti şirkətləri > Tikinti materialları > Zavodlar > Kondisioner və soyuducular > Asfalt, beton, sement firmaları və layihələr > Butulkalar və qablaşdirma üçün tublar, plastikdən və şüşədən > Maşın və avadanliq > İsitmə və soyutma avadanlıqları və istehsalı > Kağız > Kinematoqrafiya > Metallurgiya > Mebel istehsalı > İçkilər > Neft sənayesi > Yeyinti sənayesi və süd məhsulları > Sənaye avadanlıqları > Ətraf mühiti qoruma vasitələri > Tütün və alkoqol > Energetika > Elektrik və elektron avadanlıgı > Elektrik > Toxunmuş mallar > Balıq və balıq məhsulları > Spirtli içkilər > Santexnika > Generatorlar

"ARAZPLAST"
 
  • AZ 1026, Zığ şosesi, 93
    Tel.:  (99412) 478 81 72, 478 83 13
    Fax:  (99412) 478 81 73
    Моb.: (9450) 215 09 43, 235 56 75
    E-mail: info@arazplast.az
    Web: www.arazplast.az

ARAZPLAST nisbətən cavan firmadır, amma artıq izolyasiya məhsulları bazarında öz yerini tutmuşdur. Biz, köpüklü polietilendən geniş materiallar spektri təqdim edirik..

Bu gün biz inşaatçı və montajçıların izolyasiya materialları və yüksək keyfiyyətli köpüklü polietilenə olan tələbatlarının böyük bir hissəsini ödəmək iqtidarındayıq. Siz texniki xarakteristika və optimal “qiymət/keyfiyyət” nisbətindən çıxış edərək, lazımi material seçə bilərsiniz.

Zavodda, Sumqayıt “Etilen-Polietilen” zavodunda hazırlanan yerli istehsal xammalından istifadə olunur ki, bu da son məhsulun maya dəyərini əhəmiyyətli dərəcədə azaldır və eyni zamanda yüksək keyfiyyətli izolyasiya materialları hazırlamaq imkanı yaradır. “Etilen-Polietilen” zavodunda xammalın hazırlanması zamanı Azeri Light - ən keyfiyyətli netf markalarından biri, istifadə olunur.

Enerji daşıyıcılarının qiymətinin artması, xüsusilə qışda istilik itkisini azaldılması, həmçinin istehsalın tələb olunan texnoloji prosesinin saxlanılması zərurəti yaradır. Ona görə də ucuz, keyfiyyətli və ekoloji cəhətdən təmiz istilik izolyasiyası enerji təchizatının perspektivli istiqamətlərinədən biridir.

Hal-hazırda bizim məhsul çeşidlərimiz aşağıdakı məqsədlərlə istifadə olunur:

  • Divarların, tavanın, dam örtüyünün, çardaq, mansard və zirzəminin qızdırılması;
  • Boru kəmərlərinin, su təchizatı və istilik sistemlərində qabların və armaturların izolyasiyası;
  • Hamam və saunalrda otaqların izolyasiyası;
  • Yeyinti, neft-qaz çıxarma sənayesi sahələrində texnoloji avadanlığın izolyasiyası;
  • Minik və yük maşınlarının banlarının izolyasiyası;
  • Səs izolyasiyası;
  • Xalq tələbatı, turizm məhsullarının istehsalı və.s.

Bu səhifənin daimi ünvanı
Bu səhifəyə keçid kodu