1994-cü ildə təsis edilən SİNAM şirkəti kompüter bazarında və telekommunikasiya texnologiyaları sahəsində etibarlı tərəfdaş kimi tanınır. ŞirkətheyətininəsasınıAzərbaycan Respublikası Milli ElmlərAkademiyasının Kibernetika İnstitutunun mütəxəssisləri təşkil edir.
1997-ci ilin iyul ayından etibarən SİNAM Amerika Ticarət Palatasının üzvüdür.
2005-ci ilin dekabr ayında SİNAM şirkəti İSO 9001:2000 beynəlxalq keyfiyyət sertifikatını almışdır. Bu sertifikat SİNAM-da biznes-prosesin beynəlxalq standartlara uyğun təşkilini təsdiq edir, həmçinin, şirkətin xidmətlərinin yüksək keyfiyyətli olmasına zəmanət verir.
İnformasiya kommunikasiya texnologiyaları sahəsində liderlərdən sayılan SİNAM şirkətində hazırda 100-dən çox mütəxəssis çalışır. SİNAM ilk Azərbaycan şirkəti olaraq 2005-ci ildə Almaniyanın Hannover şəhərində keçirilən yüksək texnologiyalar üzrə beynəlxalq CeBIT sərgisində iştirak etmişdir. Dünyanın İKT sahəsində ən irimiqyaslı sərgisi sayılan CeBIT-də SİNAM şirkəti 2006-cı ildə də iştirak etmişdir.
Nailiyyətlər və mükafatlar
2007 - PKİ Infrastrukturu üçün "e-İmza" həllərinin yaradılmasına görə "İnformasiya texnologiyaları" nominasiyasında "İntellect-2007" mükafatı.
2007 - "İlin İT şirkəti" nominasiyasında "Caspian Energy Award 2007" mükafatı
2006 - "Dövlət əmək resurslarının idarəolunması sistemi"nin yaradılmasında verdiyi töhfəsinə görə SİNAM şirkətinin prezidenti Elçin Əliyev "İnformasiya texnologiyaları" nominasiyasında "İntellect-2006" mükafatını almışdır.
2006 - SİNAM şirkətinin prezidenti Elçin Əliyev Rusiya Federasiyasının Həmkarlar Birliyinin Mərkəzi Komitəsinin medalla təltif olunmuşdur
2006 - Gömrük sahəsində nümayiş etdirdiyi əməkdaşlığa görə SİNAM şirkətinin prezidenti Elçin Əliyev Dövlət Gömrük Komitəsinin medalla təltif olunmuşdur
2004 - Azərbaycan hökuməti və BMT-nin İnkişaf Proqramının birgə həyata keçirdiyi "Dövlət Gömrük Komitəsinin potensialının gücləndirilməsi və məlumatların öturülməsi şəbəkəsinin yaradılması" layihəsi çərçivəsindəki fəaliyyətinə görə "İlin layihəsi" nominasiyasında "İntellekt-2004" mükafatı.
2003 - UNECE beynəlxalq təşkilatı tərəfindən "E-hökumət sahəsində ən yaxşı layihə" mükafatı.
Uğur fəlsəfəsi
SİNAM şirkəti Azərbaycanın informasiya texnologiyaları bazarının başlanğıcında duran şirkətlərdəndir, və 16 ildir ki, sözügedən bazarın liderlərindən biri hesab edilir. SİNAM şirkəti Azərbaycan bazarında müasir informasiya texnologiyalarının və həllərinin təchizatçısıdır. Şirkətin fəaliyyəti Azərbaycanın müxtəlif institutlarının biznes-proseslərinin səmərəliliyinin artırılmasına və optimallaşdırılmasına, dövlət idarəçiliyinin təkmilləşdirilməsinə, həmçinin yeni Azərbaycanın cəmiyyətində informasiya mübadiləsinin təkmilləşdirilməsinə istiqamətlənir.
SİNAM şirkətinin əsas fəaliyyət prinsipləri:
• Öz rəqabət üstünlükləri və müvafiq mühit sayəsində müxtəlif məsələlərin planlaşdırılması və onların həyata keçirilməsi.
SİNAM şirkətinin uğurunun tərkibi:
SİNAM PEŞƏKARLAR KOMANDASIDIR
ISO 9001:2000 Ns 22043
SİNAM şirkəti ISO 9001:2000 keyfiyyət sertifikatına malikdir. Sertifikat SİNAM şirkətinin fəaliyyətinin aşağıdakı istiqamətlər üzrə beynəlxalq standartlara uyğunluğunu göstərir:
SİNAM şirkətinin mütəxəssisləri aşağıdakı sertifikatlara malikdir:
Bu səhifənin daimi ünvanı |
Bu səhifəyə keçid kodu |
|