25 aprel 2024


MALLAR VƏ XİDMƏTLƏR > Təmizləmə > Avtomatlaşdırma sistemi > Xidmətlər toplusu > Barter > Ketrinq > Distribüterlik > Mətbəələr > Kadr agentlikləri > Menecment və konsaltinq > Tərcümə xidmətləri > Hüquq xidmətləri > Audit və mühasibat uçotu > Təhlükəsizlık sistemləri > Sertifikatlaşdırma > Reklam agentlikləri > Proqram təminatı > Mətbəə xidmətləri > Mühafizə fəaliyyəti > Ağıllı evlər və binalar > Ağıllı ev > Tikinti şirkətləri > Layihələrin Təşkili > Generatorlar > Qiymətləndirmə > Yaşıllaşdırma > Suvarma

"Akgün Yazılım"
 

Akgün Bilgisayar Proqram ve Hizmetleri Sanayi Ticaret Limited Şirkəti Türkiyə Respublikasında 25.11.1986–cı ildə dövlət qeydiyyatından keçmişdir. Türkiyə Respublikasında proqramlaşdırma sahəsində  müvafiq kadrların tədrisi, bələdiyyə avtomatlaşdırması, həmçinin 160 xəstəxana, laboratoriya, klinikalarda, səhiyyənin  bütün sahələrində və layihələri ilə proqram sektorunda Türkiyədə ən böyük, Avropada isə üç böyük şirkətlərdən biridir. Türkiyə Respublikasında proqram sektorundakı 22 illik təcrübəyə malik qabaqcıl şirkətlərdən  olan Akgün Yazılımın ilk xarici nümayəndəliyi 27 aprel 2007 - ci ildən Bakı şəhərində fəaliyyətə başlamışdır.

Şirkət İSO 9001, OHSAS 18001 beynəlxalq keyfiyyət sertifikatlarına malikdir. Azərbaycanda fəaliyyətə başladığımız vaxtdan etibarən şirkət Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və bir neçə dövlət və özəl klinikalar üçün avtomatlaşdırma və informasiya-tədris layihəli proqramların icrasını həyata keçirmişdir. Eyni zamanda, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə çalışmalar davam etməktədir.

Hal-hazırda yeni açılmış olan Gömrük hospitalında da avtomatlaşdırma və informasiya proqramları sahəsində işlərin görülməsini təmin edir. 

Şirkətin Türkiyə Respublikasının Trabzon, Ankara şəhərlərində ofisləri, Ukraynada isə homeofis mövcuddur. Gürcüstan, Qazaxıstanda və Özbəkistanda ofis açmaq üçün çalışmalar davam edir.


Bu səhifənin daimi ünvanı
Bu səhifəyə keçid kodu