01 may 2024


İstehsalat > Kimya sənayesi > Tikinti şirkətləri > Tikinti materialları > Zavodlar > Kondisioner və soyuducular > Asfalt, beton, sement firmaları və layihələr > Butulkalar və qablaşdirma üçün tublar, plastikdən və şüşədən > Maşın və avadanliq > İsitmə və soyutma avadanlıqları və istehsalı > Kağız > Kinematoqrafiya > Metallurgiya > Mebel istehsalı > İçkilər > Neft sənayesi > Yeyinti sənayesi və süd məhsulları > Sənaye avadanlıqları > Ətraf mühiti qoruma vasitələri > Tütün və alkoqol > Energetika > Elektrik və elektron avadanlıgı > Elektrik > Toxunmuş mallar > Balıq və balıq məhsulları > Spirtli içkilər > Santexnika > Generatorlar

"Sharqi Co" MMC
 

«Sharqi Co» MMC şirkəti Azərbaycanın spirtli içkilər bazarının liderlərindən biridir. Həmin şirkətin fəaliyyət sahəsinə bütün dünyadan yüksək keyfiyyətli spirtli içkilərin idxalı və distribusiyası daxildir. «Sharqi Co» MMC təcrübəli, etibarlı və vicdanlı partnyor adını qazanmış biznesin aparılması üzrə müasir prinsiplərə malik olan sabit bir şirkətdir.

Şirkət 1997-ci ildə Bakı şəhərində yaradılmışdır, həmçinin şirkətinin baş ofisi Bakı şəhərində yerləşir. Hal-hazırda «Sharqi Co» MMC fəaliyyət sahəsi bütün Azərbaycanı əhatə edir. Şirkətin müştəri bazasına 1300 artıq şirkət və təşkilat daxildir, onların arasında ticarət şəbəkələri, istənilən kateqoriyaya aid pərakəndə və topdan satış mağazaları, kafe və restoranlar var.

Təşkilatda 45 nəfərdən artıq əməkdaş işləyir. Müəssisənin bütün şöbələrinin müntəzəm və fasiləsiz işinin təşkili məqsədilə ən yeni ofis və anbar avadanlığından istifadə edilir. Anbar yerləri 1000 kv.m. artıq sahəni əhatə edir və həm Bakıda, həm də Azərbaycanın digər bölgələrində yerləşir.

Məhsulun təchizatı üzrə öhdəliklərin qüsursuz icrasının təminatı üçün logistika şöbəsi geniş şəxsi avtomobil nəqliyyatı parkına (3 tondan 8 tona qədər tük qaldırma qabiliyyətinə malik olan 25 avtomaşın), xüsusi proqram təminatına və peşəkar əməkdaşlar ştatına malikdir. Bütün bunlar spirtli məhsulların sifarişçiyə vaxtında və müntəzəm çatdırılmasına kömək edir.

«Sharqi Co» MMC çeşid portfelində çox məşhur xarici istehsalçıların ən yaxşı tünd spirtli içkiləri təqdim olunub. Çeşidin hər pozisiyası təmiz keyfiyyəti ilə fərqlənir və bir çox dünya ölkələrində geniş qəbul olunub.

Peşə marketinqinin və güclü distribyutor şəbəkəsinin həmahəng uyğunluğu «Sharqi Co» MMC-nə öz müştərilərinə keyfiyyətli xidmətin göstərilməsinə imkan verir. Şirkət müxtəlif ölkələrdən spirtli içkilərin təchizatını həyata keçirməklə qarşısına nəinki ölkə bazarının yüksək keyfiyyətli məhsullarla zənginləşməsini, həmçinin onların istehlakı üzrə dünya mədəniyyəti ənənələrinin Azərbaycanda yayılmasını məqsəd qoyur.

«Sharqi Co» MMC şirkəti istehsalçı şirkətlərlə uzunmüddətli əməkdaşlıq məqsədilə açılıb.

Şirkətin missiyası

1997 ildə yaradılmış şirkətimiz dünyanın aparıcı istehsalçılarının idxalçısı və distributorudur. Artıq 12 ildir ki, “Sharqi Co” MMC şirkəti Azərbaycanda elit alkoqollu içkilərin aparıcı idxalçı şirkətlərindən biridir.

“Sharqi Co” MMC şirkətinin missiyası istehlakçıya dünyanın ən yaxşı içkilərinin ən yaxşı qiymətlərlə təklif edilməsi, ölkədə alkoqollu içkilərin içilmə mədəniyyətinin inkişaf etdirilməsi və dəstəklənməsindən ibarətdir. Biz hər gün ali məqsəd, yəni hər bir müştərimizin yaxşı zövqə olan hüququnu müdafiə etmək naminə işləyirik. Portfoliomuzda: aparıcı istehsalçılardan rus arağı, Ukrayna arağı, Moldova şərabı, İsveç arağı, Şotlandiya arağı, Fransız brendisi, Şotlandiya viskisi, Meksika tekilası vardır.

Şirkətin məqsədləri

  • Qüsursuz iş etibarı olan şirkətin həm Azərbaycan da, həm də xarici partnyorlar arasında imicinin möhkəmləndirilməsi;
  • Elit və yüksək keyfiyyətli alkoqol bazarında və istehlak mədəniyyətinin inkişaf etdirilməsi sahəsində aparıcı mövqelərin qorunub saxlanılması;
  • Müştərilərin hər birinə fərdi yanaşmadan istifadə etməklə yüksək keyfiyyətli, peşəkar xidmət səviyyəsinin təqdim edilməsi;
  • Effektiv və müasir biznes-strukturunun yaradılması və inkişaf etdirilməsi və təşkilinin və fəaliyyət prinsiplərinin distributor şəbəkəsinə yayılması;

Müştərilərimizlə sıx əməkdaşlıq bizə istehlakçıların içkilərə marağının artırılması, istehsal tarixi və prosesi və içmək mədəniyyəti haqqında bilikləri geniş şəkildə yaymaq məqsədinə doğru hərəkət etməyə imkan yaradır.

Şirkətin peşəkar işinin əsası mütəxəssislərimizin ixtisaslı olması, müştərilərimizin hər biri ilə effektiv qarşılıqlı münasibətdə təklif etdiyimiz içkilər haqqında rəhbər tutduğumuz yüksək bilik səviyyəsidir. Müştərilərimizlə çoxillik əməkdaşlıq təcrübəsi bizim üçün müsbət nəticədir.



Bu səhifənin daimi ünvanı
Bu səhifəyə keçid kodu