23 aprel 2024


İstehsalat > Kimya sənayesi > Tikinti şirkətləri > Tikinti materialları > Zavodlar > Kondisioner və soyuducular > Asfalt, beton, sement firmaları və layihələr > Butulkalar və qablaşdirma üçün tublar, plastikdən və şüşədən > Maşın və avadanliq > İsitmə və soyutma avadanlıqları və istehsalı > Kağız > Kinematoqrafiya > Metallurgiya > Mebel istehsalı > İçkilər > Neft sənayesi > Yeyinti sənayesi və süd məhsulları > Sənaye avadanlıqları > Ətraf mühiti qoruma vasitələri > Tütün və alkoqol > Energetika > Elektrik və elektron avadanlıgı > Elektrik > Toxunmuş mallar > Balıq və balıq məhsulları > Spirtli içkilər > Santexnika > Generatorlar

“Yusi Ko” MMC
 
  • AZ 1022, N.Nərimanov pr.,125
    Tel.:  (99412) 449 96 85, 510 79 10
    Fax:  (99412) 449 96 84
    Моb.: (99450) 590 79 10
    E-mail: yusiko@yusiko.az
    Web: www.yusiko.az

“Yusi Ko” MMC 2005-ci ildə “Xəzər Layihə İnşaat” müəssisəsinin bazası üzərində fəaliyyətə başlamışdır. Ilk günlərdən İnşaat və Tikinti kommunikasiyaları sahəsində  sözünü deməyə imkan tapmış müəssisəmiz öz sıralarında cox işgüzar və mehriban kollektiv üzvlərini möhkəmlədərək gözəl bir komanda formalaşdırmışdır. 

       Müəssisəmizin aktivində müasir standartlara uyğun gələn bir neçə məktəb və uşaq bağçası binasının tikintisi və coxlu sayda villa, kotedj və s. “açar təhvili” prinsipi ilə inşası vardır. “Yusi Ko” MMC artıq 5 ildir ki, əməkdaşlıq etdiyi “VENTS” Ticarət Markasının Azərbaycan ərazisində rəsmi və eksklyuziv distribüteridir. “VENTS” Ticarət Markasının məhsulları Almaniya texnologiyası və mühərriklərindən istifadə edilməklə Ukraynada istehsal olunur. Hazırki rəqabət və bazar çətinliklərinə baxmayaraq şirkət öz məhsullarını 50-dən artıq Avropa və Amerika ölkələrinə ixrac edərək havalandırma sistemlərində dünya liderinə çevrilə bilmişdir.

    “Yusi Ko” MMC tikinti sektorunun isitmə və havalandırma sahəsində Azərbaycan ərazisində artıq bir Avropa brendinə çevrilmişdir. Bu istiqamətdə geniş fəaliyyət göstərərək Danimarkanın “Danfoss”, “Devi”, Almaniyanın “Zehnder”, İsveçin “Electrolux” kimi nəhəng şirkətləri ilə müqavilələr bağlayaraq bütün ən yeni texnologiyaların Azərbaycana gətirilməsi istiqamətində böyük işlər görülmüşdür. 

    Bu sahədə yeni texnologiyaların daha ətraflı öyrənilməsi üçün xarici mütəxəssislərin iştirakı ilə kadrlarımıza mütəmadi olaraq treninqlər və seminarlar təşkil edilir. Yeni açılmış salon- mağazamızda müştərilərimiz bütün yeni məhsullarla tanış olmaqla yanaşı dəyərli mütəxəsis məsləhətləri də ala bilərlər. Bizim məqsədimiz satmaq və gəlir əldə etmək deyil insanlara xidmət etmək və nüfuz qazanmaqdır. Qazandığımız nüfuz isə bütün uğurların açarıdır .



Bu səhifənin daimi ünvanı
Bu səhifəyə keçid kodu