12 iyul 2020


İstehsalat > Kağız > İsitmə və soyutma avadanlıqları və istehsalı > Maşın və avadanliq > Butulkalar və qablaşdirma üçün tublar, plastikdən və şüşədən > Asfalt, beton, sement firmaları və layihələr > Kondisioner və soyuducular > Zavodlar > Tikinti materialları > Tikinti şirkətləri > Kinematoqrafiya > Metallurgiya > Mebel istehsalı > Kimya sənayesi > Elektrik və elektron avadanlıgı > Energetika > Tütün və alkoqol > Ətraf mühiti qoruma vasitələri > Sənaye avadanlıqları > Yeyinti sənayesi və süd məhsulları > Neft sənayesi > İçkilər > Elektrik > Toxunmuş mallar > Balıq və balıq məhsulları > Spirtli içkilər > Santexnika > Generatorlar

"Santral Elektrik LTD" MMC
 

Son illər Azərbaycan iqtisadiyyatının inkişafı, dövlət tərəfindən aparılan uğurlu iqtisadi islahatlar, yaradılmış əlverişli sərmayə mühiti ölkəmizin dünya iqtisadiyyatına inteqrasiyasını mümkün etmişdir.

On il əvvəl yaradılan “Santral Elektrik” LTD şirkəti belə uğurlu iqtisadi siyasətdən bəhrələnərək müştərilərə müasir tələblərə cavab verən məhsullar və xidmətlər təklif edir. Fəaliyyət dairəsini daima genişləndirərək dünyanın ən tanınmış şirkətləri ilə işgüzar əlaqələr yaradılmaqla yanaşı, bu şirkətlərin məhsullarını müştərilərə yüksək səviyyədə təqdim edə biləcək peşəkar mütəxəssislər şirkətin işinə cəlb edilir.

Fəaliyyətinə çox da böyük olmayan satış nöqtəsində başlayan “Santral Elektrik” LTD-nin bu gün Bakı şəhərində üç müasir satış mərkəzi mövcuddur. İki il əvvəl istifadəyə verilmiş üç mərtəbəli əsas satış mərkəzi 6000 m2-dən artıq sahədə yerləşir.

Əsas satış mərkəzinin birinci mərtəbəsində dünya şöhrətli  “Siemens”, “Schneider Electiric”, “Legrand”, “Gewis”, “Philips”, “Osram”, “Siteco”, “ATX”, “Kemppi”, “Esab”, “Bosch”, “Dewalt”, “Wolf”, “Delta Plus”, “Commax”, “Holmatro”, “Hidrotec”, “Water Life”, “Genpower”, “Dalgakiran”, “Elemax” və s. istehsalçıların elektrik məhsulları, generatorları, kompressorları,  qaynaq aparatları, soyutma, isitmə və su təmizləmə sistemləri, təhlükəsizlik sistemləri, iş geyimləri, əl alətləri yer alır. Bu mərtəbədə yerli istehsal müəssisələri olan  “Gök-Nur Bakı” və “GBS” zavodlarının istehsal etdiyi kabellər və gərginlik kameraları xüsusi yer tutur. “Gök-Nur Bakı LTD” dünya standartlarına uyğun geniş çeşiddə alçaq və orta gərginlik kabellərini təqdim edir.

Ticarət Mərkəzinin ikinci mərtəbəsində yerləşən santexnika məhsulları və çılçıraqlar insanı valeh edəcək səviyyədədir. “İdeal Standard”, “System-Pool”, “Lineatre”, “Petracers”, “Novella”, “GSG Ceramic”, “Jaccuzi”, “Hatria”, “Vivers” “Ceramica Lord” kimi firmaların təkrarolunmaz təsvirdə və geniş rəng çalarlı kafelləri, vanna otağı aksesuarları, cakkuziləri, mebelləri göz oxşayır. İtaliya, İspaniya və Türkiyə istehsalçıları olan bu firmalar fəaliyyət göstərdikləri sahədə keyfiyyəti və fərqliliyi müzakirə olunmaz məhsullar yaratmaları ilə tanınmışlar.

Həmçinin ikinci mərtəbədə yerləşən “Ghidini”, “Gumarcris”, “Hakcan”, “Xenon”, “Massive”, “Metallux”, “Riperlamp” firmalarının çılçıraqları və lampaları evlərin, baxçaların və küçələrin zövqlə bəzədilməsində və işıqlandırılmasında bənzərsizliyi ilə seçilirlər.

Nəhayət, ən son mərtəbə  keyfiyyət, gözəllik və rahatlıq axtaranların xidmətindədir. Burada nümayiş olunan ev və bağ mebellərini görən onun gözəlliyini heç vaxt yaddan çıxarda bilməz.  Dünya şöhrətli  “Verat”, “Emergroup”, “Carpanese Home”, “Smania”, “Cappelletisas”, “Giorgio Collection” firmalarının  müasir və klassik yataq,  qonaq otaqları və mətbəxt mebelləri insana zənginlik hissi bəxş edir. “Cappelletisas” firmasının mis və qızıl suyu ilə üzlənmiş mebelləri elitar yaşamaqdan zövq alanların seçimidir. Türkiyənin “İntersystem” firmasının bağça mebellərilə isə təbiətin gözəl güşəsində əsl istirahətinizi təmin edə bilərsiniz.

Parçanın memarlığı adlandırılan  kölgələndirmə sistemlərini xüsusilə qeyd etmək istəyirik.  Bu sistemlər hovuz kənarı, villa, park, bağça, çöl konsert sahələrində, market, kafe, restoran kimi yerlərdə kölgəlik vermək üçün istifadə edilməkdədir. Kölgələndirmə sistemləri gözəl görünüşü, tez qurulması və az yer tutması ilə fərqlənir. “Santral Elektrik” Türkiyənin “Veratente” firması ilə əməkdaşlığı nəticəsində qeyd olunan sistemləri Azərbaycana gətirərək, quraşdırılmasını həyata keçirir.

“Santral Elektrik” LTD məhsul çeşidlərini hər gün artırır. Biz bu gün 25000-dən artıq mal çeşidi ilə müştərilərimizin qarşısına çıxırıq.  Hazırda şirkətimiz “Siemens”, “Schneider Electric”,  “Legrand”, “Gewiss”, “Philips”, “Siteco”, “Kemppi”, “Vortice”, “Lowara”  və  başqa iri dunya firmalarının Azərbaycanda rəsmi distribütorudur.

Biz satış işi ilə bərabər satışdan sonrakı dövür üçün də əzmlə çalışırıq. “Santral Elektrik” LTD satdığı məhsullardan quraşdırılması tələb olunanları müştərinin ünvanına çatdıraraq quraşdırılmasını həyata keçirir və ona 24 saat servis xidməti göstərir.

“Santral Elektrik” LTD ölkəmizdə gedən quruculuq işlərində də fəal iştirak edir. Biz ölkə əhəmiyyətli müxtəlif layihələrdə iştirak etməyimizdən qürur duyuruq. Şəhərimizin bir sıra küçələrində, iri sənaye müəssisələrində bizim zəhmətimiz var və təqdim etdiyimiz avadanlıqlar quraşdırılıb.

Şirkətimiz hər il Bakıda təşkil edilən Beynəlxalq neft-qaz sərgisinin iştirakçısıdır.

Bildiyimiz kimi müasir dünyamızda ətraf mühit məsələlərinə böyük önəm verilir və 2010-cu il ölkəmizdə “Ekologiya ili” kimi elan olunmuşdur. Bu baxımdan qeyd edək ki, “Santral Elektrik” LTD-nin təqdim etdiyi çoxlu sayda məhsullar bir təbiət dostudur. Elektrik avadanlıqlarımız enerjiyə qənaət etmələri ilə seçilirlər. Təklif etdiyimiz su təmizləmə sistemləri çirkli, kimyəvi tərkibli suların təmizlənməsində geniş istifadə oluna bilər. Dünyanın ən öndə gələn sertifikatlaşma inistutlarının rəyini almış təqdim etdiyimiz məhsullarla məişətdə və sənayedə xərcləri azaltmaq mümkündür.

 “Santral Elektrik” LTD fəaliyyətini beynəlxalq standartlar üzərində qurub. Şirkətimizə “DNV” setrifikatlaşdırma təşkilatı tərəfindən İSO, OHSAS sertifikatları verilmişdir.

Biz, xalqımız əsl keyfiyyəti hiss etsin deyə çalışırıq! Biz gözəlliyin, ən son texnoloji yeniliklərin əl çatan olması üçün varıq! Biz iqtisadi inkişafa, quruculuq işlərinə kömək etmək üçün yaranmışıq!

 

Bu səhifənin daimi ünvanı
Bu səhifəyə keçid kodu