26 aprel 2024


ELM VƏ TƏHSİL > Təlim və kurslar > Əlavə təhsil > Ali təhsil > Elmi tədqiqatlar > Elmi müəssisələr > Orta və məktəbdən kənar təhsil > Xaricdə təhsil

“Araz kursları”
 
  • AZ 1000, Nəsimi r-nu, A. Salamzadə küç., 28
    Tel.:  (99412) 530 10 20
    Fax:  (99412) 530 10 20
    Web: www.araz.edu.az

  Hər il minlərlə şagird  ali məktəblərə hazırlaşmaq üçün hal-hazırda artıq ənənə halını almış iki mümkün yoldan birinə ya hər fənn üzrə ayrı-ayrı repetitorların yanında  fərdi hazırlaşmağa,  ya da saysız-hesabsız, müxtəlif hazırlıq kurslarından birini seçməklə öz məqsədinə nail olmağa çalışır. Çünki, artıq son illər valideynlərdə belə bir rəy formalaşmışdır ki, ali məktəblərə, xüsusilə də nüfuzlu ixtisaslara qəbul olmaq üçün təkcə orta məktəbin verdiyi bilik kifayət etmir. Belə bir vəziyyətdə olan valideynlərin əksəriyyəti öz övladlarını  5 fəndən repetitor yanına göndərməkdənsə, kompleks  şəkildə kurs hazırlığına üstünlük verirlər. Çünki kursda təhsil almağın üstünlükləri açıq-aşkardır.
          “Araz kurslarına” gəldikdə,  ilk növbədə belə bir faktı qeyd etməliyəm ki, kursda təhsil alan şagirdlərin böyük əksəriyyətini  əvvəlki illərdə kursda təhsil almış şagirdlərin yaxınları, tanışları və qohumları təşkil edir ki, bu faktın özü artıq kursdakı tədrisin keyfiyyətindən xəbər verir. Hazırki dövrdə  çox az sayda təhsil müəssisəsi tapılar ki, həqiqətən də öz yüksək ixtisaslı müəllim və kadr potensialı ilə öyünə bilsin.  Digər fərqli  və üstün cəhətlər içərisində aşağıdakıları qeyd etmək olar:
  • Hər il ali məktəblərə qəbul faizinin 90-95 % olması,
  • Kursda məşğələlərin TQDK tərəfindən müəyyən olunmuş imtahan sisteminə uyğun hər qrupa daxil olan   5 fənn üzrə  həftədə 3 gün sistemli və mütəşəkkil şəkildə keçirilməsi,
  • Hər bir şagirdə fərdi yanaşma üsulunun tətbiq olunması,
  • Şagirdlərin Araz kurslarının dərs vəsaitləri, dərgiləri və test bankları ilə puslsuz təmin olunması,
  • Sinif otaqlarının lazımi tədris ləvazimatları və avadanlıqları ilə təchiz olunması,
  • Məşğələlərin  şagirdlər üçün münasib vaxtda keçirilməsi,
  • Fərdi hazırlıqdan fərqli olaraq şagirdlərin daha əhatəli məlumat əldə etmək və müqayisəli qiymətləndirilmək  imkanı,
  • Vaxtdan səmərəli istifadə etməklə,  TQDK-nın qəbul proqramlarına müvafiq aylıq mövzu və ümumi sınaq imtahanlarının keçirilməsi,
  • Hər fənn üzrə həftəlik kiçik test imtahanları - quizlərin keçirilməsi,
  • Kursa qəbul imtahanında hər qrup üzrə ilk yeri tutan şagirdlərin pulsuz, digər yüksək bal toplayan şagirdlərin isə güzəştli təhsil almaq imkanı,
  • Ali məktəblərə qəbul imtahanlarında hər ixtisas qrupu üzrə ilk yeri tutan şagirdlərə böyük məbləğdə pul mükafatlarının verilməsi,
  • Zəif şagirdlər üçün  əlavə məşğələlərin keçirilməsi.

        Kursumuzun qarşısında duran əsas hədəf indiyədək əldə olunmuş nailiyyətlərlə kifayətlənməmək,  gələcəkdə onların sayını daha da artırmaq, uzun illərin gərgin əməyi sayəsində qazanılmış nüfuzu və  artıq hamıya tanış olan “Araz Kursları” nın adını  daim qoruyub saxlamaqdan ibarətdir.

Araz Kursları Baş İdarə Rəisi
İrfan Uzundemir



Bu səhifənin daimi ünvanı
Bu səhifəyə keçid kodu