19 may 2024


SƏHİYYƏ VƏ SAĞLAMLIQ > Tibbi avadanlıqlar > Sağlamlaşdırma mərkəzləri > Qaralma studiyaları > Əczaçılıq firmaları > Baytarlıq xidmətləri > Klinikalar > Apteklər > Müayinə və Müalicə Xaricdə

"WORLD MEDICINE"
 

World Medicine şirkətinin fəaliyyəti ABŞ ərazisində az sayda dərman vasitələrinin ticarəti ilə məşğul olan ailəvi işlə başlamışdır, tədricən dünya miqyaslı beynəlxalq əczaçılıq şirkətinə kimi inkişaf etmiş və dünya əczaçılıq bazarında məşhur və tez bir zamanda proqressivləşən şirkət hesab edilir.

World Medicine şirkətinin fəaliyyəti tibb və farmakologiya sahələrindəki müasir elmi tədqiqatlara və araşdırmalara əsaslanmışdır. Şirkət çox profili portfolioya malikdir, çox saylı ölkələrin farmasevtik məhsullarının istehsalçıları ilə əməkdaşlıq edərək dünya bazarında konqlamerat olmuşdur.

2004-cü ildən Azərbaycan Respublikasının ərazisində şirkət öz fəaliyyətinə başlamışdır. World Medicine şirkətinin dərman preparatları yüksək effektivlik və iqtisadi əlverişlilik sayəsində həkimlərin dəyərli etibarını qazanmış və geniş tanıtımına nail olmuşdur. Hal-hazırda Azərbaycanda 70-dən artıq dərman preparatları qeydiyyatdan keçmişdir.

Həkimlərin və pasiyentlərin ehtiyac və tələbləri ilə tanış olaraq World Medicine şirkəti daim qeydiyyatdan keçən müasir farmakoloji siniflərə aid olan preparatların sayını artırır.

Paytaxt hüdudlarından kənarda ölkənin regionlarında şirkət öz fəaliyyətini əhatə etmişdir. Hal-hazırda çox sayda tibbi nümayəndələr regionlarda nümayəndəliyin ofislərində çalışırlar. 



Bu səhifənin daimi ünvanı
Bu səhifəyə keçid kodu