18 may 2024


SƏHİYYƏ VƏ SAĞLAMLIQ > Tibbi avadanlıqlar > Sağlamlaşdırma mərkəzləri > Qaralma studiyaları > Əczaçılıq firmaları > Baytarlıq xidmətləri > Klinikalar > Apteklər > Müayinə və Müalicə Xaricdə

"EL COMPANY" LTD
 

Elxan  Rəhimzadə
PREZİDENT

Əziz həkimlər!

Son onilliklər ərzində tibb elminin inkişafı farmasevtika sahəsinə yüksək tələblərin irəli sürülməsinə səbəb olur. Bu sahəyə aid olan bütün təşkilatlar həmin tələblərə uyğun farmasevtik köməyin təşkili üçün əllərindən gələni etməlidirlər. Keyfiyyətli farmasevtik kömək göstərmək, bizim anlayışımızda, xalqımızı münasib qiymətə yüksək keyfiyyətli dərman preparatları ilə təmin etmək deməkdir. Biz hamımız – istehsalçı şirkətlər, şirkət – distribütorlar, apteklər və bizim əziz həkimlər buna can atırıq!

Azərbaycanda  EL  COMPANY LTD farmaseftik şirkəti 2003 – cü ildən mövcüddür. Bu gün üçün  EL COMPANY LTD və ingilis şirkəti  VİTABİOTİCS LTD özlərini Azərbaycanın farmasevtik bazarında birgə lahiyə olan VİTABİOTİCS çərçivəsində təsdiqləməyi bacarıblar. Şirkət İngltərənin Vitabiotics, İtaliyanın Sigma-tau, Montefarmaco, Erba Vita, Phytofarma, Dobfar, Bioindustria, Fidia Farma, Almaniyanın Philco Pharma zavodları ilə əməkdaşlıq edərək, Azərbaycanda avropa keyfiyyətli, ən başlıcası isə, təhlükəsiz preparatların yayımlanmasında maraqlıdır. Şirkət uşaqlara – bizim gələcəyimizə xüsusi diqqət yetirir. Pediatriya üçün təqdim etdiyimiz preparatların əksəriyyəti bitkilər əsaında yaradılıb. Vitabiotics şirkıti Azərbaycan farmasevtik bazarında yalnız keyfiyyətli dərman preparatlarının idxalı və optimal qiymət prinsiplərinə əsaslanan azsaylı lahiyələrdən biridir. Bu isə hazırda səhiyənin keyfiyyətinin yüksəlməsinə və gələcəkdə millətimizin sağlam genofondunun saxlanılmasına xidmət edir.
Vitabiotics sizin sağlamlağınızın qeydinə qalır, çünki hər bir insan üçün sağlamlıq hər şeydən qiymətlidir!



Bu səhifənin daimi ünvanı
Bu səhifəyə keçid kodu