26 aprel 2024


İstehsalat > Kimya sənayesi > Tikinti şirkətləri > Tikinti materialları > Zavodlar > Kondisioner və soyuducular > Asfalt, beton, sement firmaları və layihələr > Butulkalar və qablaşdirma üçün tublar, plastikdən və şüşədən > Maşın və avadanliq > İsitmə və soyutma avadanlıqları və istehsalı > Kağız > Kinematoqrafiya > Metallurgiya > Mebel istehsalı > İçkilər > Neft sənayesi > Yeyinti sənayesi və süd məhsulları > Sənaye avadanlıqları > Ətraf mühiti qoruma vasitələri > Tütün və alkoqol > Energetika > Elektrik və elektron avadanlıgı > Elektrik > Toxunmuş mallar > Balıq və balıq məhsulları > Spirtli içkilər > Santexnika > Generatorlar

"Koroğlu"MMC
 
 “Koroğlu” MMC Azərbaycan Respublikası ərazisində 1992-ci ildən yerli və xarici qənnadı məmulatlarının distribyutoru kimi fəaliyyətə başlamışdır.  

“Koroğlu” MMC qənnadı məmulatlarının topdan və pərakəndə satışı ilə məşğul olan müəssisələr arasında liderdir və bu gün Azərbaycanın bütün regionlarında inkişaf etmiş satış kanallarına malikdir.   
Azərbaycan Respublikasının daxili bazarında uzun müddət davamlı fəaliyyət göstərərək, eləcə də yerli və xarici istehsal məhsullarının səmərəli surətdə paylaşdıraraq,  biz müştərilərimizin, həmkarlarımızın hörmət və etibarını qazanaraq bu gün regionumuzda qənnadı məmulatları sahəsində məhsulların istehsalı üzrə birinci yeri tuturuq.   
Daxili bazarın və qənnadı sənayesinin məhsullarına tələbatı nəzərə alaraq, bizim kompaniyamız yüksək keyfiyyətli qənnadı məmulatlarının çeşidlərinimaksimal dərəcədə çoxaltmağa çalışır. “Koroğlu” ASC «Şirin», «Elvan», MMC “Konti” QSC İB, “Poltavakonditer” ASC, “Slavyanka” MMC, “Akkond” ASC, “Sladko” ASC kimi istehsalçıların məhsullarının satışını təşkil edir. Satışını təşkil etdikləri məhsullar sırasına çəki ilə satılan konfetlər, karamellər, peçenye, vafli, konfetlər dəsti, şokolad plitkaları, batonlar, biskvitlər, ruletlər, kekslər və s. daxildir. 

Son beş ildə “Koroğlu” həmçinin ərzaq məhsullarının satışı üzrə də ixtisaslaşmışdır. Verilmiş sahədə bizim əsas təchizatçılarımız “OVA”, “Simferopol makaron fabriki” və “Geobas” B.V.-dir. 
Kompaniyanın marketinq siyasətinin başlıca məqsədi satış bazarının genişləndirilməsi, distribyutor şəbəkəsinin artırılması, son məqsədi isə, məhsulun istehlakçıya maksimal dərəcədə yaxınlaşdırılmasıdır. Bu, kompaniyanın inkişaf etmiş texniki bazası, eləcə də ticarət sahəsində təcrübəli və peşəkar əməkdaşları sayəsində əldə edilir.

“Koroğlu” MMC-nin texniki bazası:

 

  • Ofis – 1029 m2 (3 mərtəbəli bina);
  • Anbar binası – 5600 m2 (soyuducu sistemi ilə təchiz edilmiş bina);
  • Nəqliyyat – «ISUZU», «MITSUBISHI», «HYUNDAY» markalı 100 avtomobil (ticarət məntəqələrinə birbaşa çatdırılma);
  • Ticarət nümayəndəsi – 180 nəfər;
  • Müştəri bazası – 4500 satış məntəqəsi;

Kompaniyamızın məqsədi – Azərbaycan Respublikasının ərazisində məhsulu fəal surətdə paylaşdırmaq və satış bazarını sürətlə genişləndirmək!

Kompaniyamızın strategiyası – qarşılıqlı surətdə mənfəətli əməkdaşlıq əldə etmək!

Azərbaycan bazarında qənnadı məmulatlarının satışı sahəsində toplanmış mühüm təcrübə, komandanın yüksək peşəkarlığı, düzgün idarəçilik və qüsursuz etibar sayəsində, biz liderlik mövqeyini tutmaqda davam edirik.


Bu səhifənin daimi ünvanı
Bu səhifəyə keçid kodu