04 may 2024


SƏHİYYƏ VƏ SAĞLAMLIQ > Tibbi avadanlıqlar > Sağlamlaşdırma mərkəzləri > Qaralma studiyaları > Əczaçılıq firmaları > Baytarlıq xidmətləri > Klinikalar > Apteklər > Müayinə və Müalicə Xaricdə

"DIAQNOZ" Tibb Mərkəzi
 
  • AZ 1000, Əhmədli qəs., Sarayevo küç., 19
    Tel.:  (99412) 370 09 11, 370 40 64, 370 40 65
    Fax:  (99412) 370 06 66
    E-mail: info@diaqnoz.az
    Web: www.diaqnoz.az
 

Hörmətli həmvətənlər, sizi Diaqnoz Tibb Mərkəzi MMС adından salamlayıram.

Diaqnoz Tibb Mərkəzi MMС 2003-сü ilin fevral ayının 2-dən rəsmi fəaliyyətə başlamışdır. Fəaliyyətinə 001720 №-li lisenziya almışdır. Yaradılmasında əsas məqsəd xalqımıza ən yüksək səviyyəli tibbi xidmət göstərmək olmuşdur. Mərkəz dünyanın ən müasir tibbi texnika və vasitələrini tətbiq etmək, ölkənin ən tanınmış həkimlərini işə cəlb etməklə Respublikanın öncül və tanınmış tibb müəssisəsinə çevrilmişdir. Bu gün müəssisədə ən tanınmış firmaların müasir cihazları respublikamızda ilk dəfə bizim klinikada tətbiq olunmuşdur.Belə cihazlardan Phillips firmasının ən müasir 6-16 slayslı Brillians seriyasından kompüter tomoqrafiya cihazı,yenə həmin firmanın  müasir panoramik Envizor tipli ultrasəs aparatı, Toshiba firmasının Rəqəmsal Rentgenn Cihazı, Pentax firmasınındünyada ən nazik ultraslim qastroduodenoskopu. Medisson - 9900 tipli üç ölçülüü exokardioqrafiya cihazı, laboratoriya şöbəsində Bekman firmasının Robot analizatorları və s. bizim fəxrimizdir.

Belə  cihazların köməyi ilə indiyə qədər nəinki respublikamızda, hətta keçmiş SSRİ məkanında aparılması mümkün olmayan müayinələr aparılır.  

 

Bu günkü tibbi diaqnostikada aparılan müayinələrdə insan faktorunun minimuma endirilməsi əsas vəzifə olduğundan bizim mərkəz də qarşısına bu məqsədi qoymuşdur. Düzgün diaqnozun qoyulması və müvafiq müalicənin aparılmasında ən başlıca faktorlardan biri də kadrlardır. Mərkəzin işinə cəlb olunmuş həkimlər xüsusi komissiya tərəfindən seçilir. Bizim həkimlər daima öz bilik və təcrübəsini artırmaq üçün müxtəlif ölkələrin klinikalarında ixtisasartırma kurslarından keçirlər. 

Öz işimizdə Səhiyyə Nazirliyinin təsdiq etdiyi tibbi normalardan istifadə etməklə yanaşı, aparılan bütün müayinələr xüsusi kompüterlərin arxivində uzun illər saxlanılır. Bu da gələcəkdə təkrar müayinədən keçən xəstələrin əvvəlki müayinələrini həkimlərin hər zaman tanış olmasına imkan yaradır.
 

Bizim klinika şəxsi olsa da, qiymətlər şəhərimizin digər klinikalarında olan qiymətlərdən aşağıdır. Bizim müəssisədəki bəzi müayinələrin və əməliyyatların qiyməti hətta dövlət müəssisələrindən də aşağıdır.

 

Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin sahibkarlığa göstərdiyi şəxsi qayğısından ruhlanaraq müəssisəmizin daha da genişləndirilməsi və müasirləşdirilməsi işini davam etdirəcəyik. Müasir, sırf tibbi mərkəz üçün tikilmiş, Avropa üslublu 4 mərtəbəli binada daima cari işlər aparılır, genişləndirilir. İnsanların rahatlığı üçün hər cür şərait yaradılır. 

Mərkəz özünün humanist addımlarını davam etdirir. Klinikamız ulu öndər Heydər Əliyevin adını daşıyan fondla qarşılıqlı sıx əlaqədə işləyir. Fonda müraciət edən imkansız xəstələr bizim klinikada pulsuz müayinədən keçir və müalicəsi aparılır. Bundan başqa Xətai rayonundakı 3 saylı Uşaq evinin bütün uşaqları bizim klinikanın nəzarətinə götürülmüş, onlara pulsuz xidmət göstərilir. Klinikada şəhid ailələrinə və əlillərə (I-II) qrup 20%-lik güzəşt tətbiq edilir. İldə 1 dəfə müəssisədə açıq qapı günləri keçirilir. Belə günlərdə bütün müraciət edən insanlara pulsuz xidmət göstərilir. 

Özünün 100 nəfərlik kollektivi ilə daima xalqımızın sağlamlığı keşiyində olan Mərkəzimiz öz sahəsində liderliyi qoruyub saxlamaq üçün gələcəkdə də çalışacaq və inkişaf edəcək. 

Sonda hər kəsə firavanlıq və sağlam həyat arzulayıram.

Hörmətlə, Ələddin Cabbarov 
Diaqnoz Tibb Mərkəzinin 
baş həkimi


Bu səhifənin daimi ünvanı
Bu səhifəyə keçid kodu