26 aprel 2024


MƏLUMAT VƏ MEDİA > Telekommunikasiya avadanlıqları > Peyk əlaqəsi > Radio stansiyaları və reproduktorlar > Radio və TV > Provayderlər > Mobil əlaqə > İnformasiya agentlikləri > Nəşriyyatlar > Jurnallar > Qəzetlər > Simsiz əlaqə

“Altun Kitab”
 
 “Altun Kitab” nəşriyyatı 2004-cü ildən fəaliyyət göstərir. Yarandığı gündən etibarən nəşriyyat kənar təşkilat və şəxslərin sifarişlərinə deyil, öz layihələri əsasında oxucu bazarı üçün kitabların nəşrinə və satışına üstünlük verir.
Nəşriyyatın əsas fəaliyyət istiqaməti uşaq kitablarının və orta məktəblər üçün dərsliklərin nəşridir.
Nəşriyyatda 4-7 («Mənim ilk kitabım»), 6-9 («Altun klassika») yaşlı uşaqlar üçün silsilə kitablar çap olunur. “Altun Kitab”ın həyata keçirdiyi ən iri nəşr layihəsi 9-14 yaşlı uşaqlar üçün nəzərdə tutulmuş «Məktəblinin kitabxanası» adlanan silsilədir. Bu layihədə aşağıdakı seriyalar üzrə 100-dən çox kitabın nəşri nəzərdə tutulur:

- Şifahi xalq ədəbiyyatı
- Dünya ədəbiyyatından seçmələr
- Azərbaycan klassik ədəbiyyatı
- Elmi-kütləvi ədəbiyyat
- Tarixi yaradanlar
Hazırda bu layihə çərçivəsində 40-a yaxın kitab işıq üzü görmüşdür.
Altun Kitab” Azərbaycanın ümumtəhsil məktəbləri üçün dil və tarix üzrə bir sıra dərsliklərin naşiridir.

Bu səhifənin daimi ünvanı
Bu səhifəyə keçid kodu