15 iyul 2020


İstehsalat > Kağız > İsitmə və soyutma avadanlıqları və istehsalı > Maşın və avadanliq > Butulkalar və qablaşdirma üçün tublar, plastikdən və şüşədən > Asfalt, beton, sement firmaları və layihələr > Kondisioner və soyuducular > Zavodlar > Tikinti materialları > Tikinti şirkətləri > Kinematoqrafiya > Metallurgiya > Mebel istehsalı > Kimya sənayesi > Elektrik və elektron avadanlıgı > Energetika > Tütün və alkoqol > Ətraf mühiti qoruma vasitələri > Sənaye avadanlıqları > Yeyinti sənayesi və süd məhsulları > Neft sənayesi > İçkilər > Elektrik > Toxunmuş mallar > Balıq və balıq məhsulları > Spirtli içkilər > Santexnika > Generatorlar

“Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi" ASC
 
 
Azərbaycan Respublikasının öz dövlət müstəqilliyini əldə etməsi keçmiş SSSRİ-də və bütün dünyada XX əsrin 80-ci illərinin ortalarından başlayıb gedən ictimai-siyasi proseslərin labüd nəticəsi idi. Bu obyektiv tarixi gerçəklik SSRİ kimi nəhəng bir dövlətin dağılmasına, dünyada "Qırmızı terrorçu" kimi ad qazanmış kommunist partiyasının tarixin səhifəsindən silinməsinə və nəticə etibarı ilə müstəqil respublikaların hər birinin müstəqil dövlətə çevrilməsinə gətirib çıxardı.

18 oktyabr 1991-ci ildə Azərbaycan öz Dövlət Müstəqilliyi haqqında Konstitusiya aktını tərtib etdi. Bununla da Azərbaycan tarixinin yeni bir dövrünə-müstəqil inkişaf dövrünə qədəm qoyuldu. Azərbaycan xalqının milli azadlıq arzularının yerinə yetməsi və Azərbaycanın öz istiqlaliyyətini bəyan etməsi ilə 1920-ci ildə itirmiş olduğu müstəqilliyini bərpa etdi. Yeni müstəqil dövlətlərin, eləcə də Azərbaycan Respublikasının dünya ölkələri, müxtəlif beynəlxalq təşkilatlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınması beynəlxalq hüquq normalarının qanuni təzahürü oldu.

Müstəqillik yoluna qədəm qoymuş Azərbaycan Respublikasının qarşısında yeni tarixi inkişaf mərhələsi açılmışdır. Qarşıda dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlət qurulması, ölkənin ərazi bütövlüyünün bərpa edilməsi, Dağlıq Qarabağ probleminin milli maraqlara uyğun həlli kimi mühüm tarixi vəzifələr dururdu. Bütün bunlar ardıcıl, məqsədyönlü, düşünülmüş xarici və daxili siyasətin hazırlanıb həyata keçirilməsini və bu məqsədlə ölkənin intellektual, sosial-iqtisadi potensialından, ictimai-siyasi qüvvələrindən səmərəli istifadə olunmasını tələb edirdi.

SSRİ dağıldıqdan sonra yaranmış müstəqil respublikalar, o cümlədən Azərbaycan ağır iqtisadi çətinliyə düşdülər. SSRİ-nin sərtləşdirilmiş vahid mərkəzi planlaşdırma sistemi pozuldu. Sənayedə, kənd təsərrüfatında və xalq təsərrüfatının başqa sahələrində istehsal prosesi aşağı düşdü, respublikalar arasında iqtisadi əlaqələr tamamilə kəsildi. Eyni zamanda çeçenistanda aş verən qarşıdurmalar nəticəsində Azərbaycanın şimal qonşuları ilə, xüsusilə Rusiya ilə nəqliyyat əlaqəsi pozuldu. Naxçıvan Muxtar Respublikası bütünlüklə blokada vəziyyətində qaldı. Ermənistan silahlı qüvvələrinin xaricdən edilən köməkliklə başladığı elan olunmamış müharibə nəticəsində (1989-1993-cü illər) Azərbaycan Respublikasının Dağlıq Qarabağ Muxtar Vilayəti bütünlüklə və ona bitişik 7 rayonumuz işğal olundu. Nəticədə Respublika ərazisinin 20%-i zəbt edildi və 1.0 milyondan artıq Azərbaycan vətəndaşı qaçqın, məcburi köçkün vəziyyətinə düşdü.

Respublikanın işğal olunmuş ərazilərində 4498 km avtomobil yolu, şmumi uzunluğu 3224 pm olan 110 mşxtəlif tipli körpşlər və çoxlu miqdarda yol texnikası: "Titan" asfaltdöşəyəni, "Komatso" buldozeri, "Baukema" ekskovatoru, "Teltomat" asfaltbeton zavodu, yşksək tonnajlı avtomaşınlar və başqa texnikalar qaldı. Qısa halda verilmiş bu hadisələr və həmçinin mşstəqilliyinin ilk illərində Respublikada yaranmış siyasi vəziyyət xalq təsərrşfatının bştşn sahələrində iqtisadiyyatın aşağı dşşməsinə əsas təsir göstərdi. SSRİ-yə daxil olan başqa respublikalar mşstəqillik qazandıqdan sonra öz problemlərini mşstəqil inkişaf yolu ilə həll edirdilər, Azərbaycan isə onlardan fərqli olaraq ilk növbədə Ermənistanın hərbi mşdaxiləsi nəticəsində yaranmış məcburi köçkşn və qaçqın problemini həll etməli, işğal olunmuş torpaqlarını nəyin bahasına olursa-olsun geri qaytarmalı, eyni zamanda respublika iqtisadiyyatında bərpa işlərini başa çatdırmalı idi.

SSRİ dövrşndə Respublikanın daxili avtomobil yolları SSRİ avtomobil yolları şəbəkəsinin tərkibində idi. Yolların saxlanmasından tutmuş tikintisinə qədər bştşn görşləcək işlər Sovet dövlətinin normativ sənədləri əsasında hazırlanan cari və perspektiv planlar çərçivəsində maliyyələşdirilirdi. Mərkəzin razılığı olmadan hər hansı böyşk körpş keçidinin və ya yşksək kateqoriyalı avtomobil yolunun tikintisinə icazə verilmirdi. Avtomobil yollarının idarəetmə strukturu yalnız SSRİ Nazirlər Sovetinin razılığından sonra Respublika Nazirlər Sovetinin qərarı ilə mşəyyənləşdirilirdi. Planda olmayan, lakin tikintisi zəruri olan hər hansı bir obyektin tikintisini mşstəqil aparmaq qeyri-mşmkşn idi. şmumiyyətlə, yol təsərrşfatının maliyyələşdirilməsi SSRİ Plan Komitəsinin təsdiq etdiyi proqram əsasında aparılırdı. Hər il nəzarət təftiş komissiyası tərəfindən maliyyə vəsaitinin təyinatı şzrə xərclənməsi vəziyyəti yoxlanırdı.

Respublikamız müstəqillik əldə etdikdən sonra avtomobil yollarının tikintisi, təmiri və saxlanması işlərinin maliyyələşdirilməsi bütünlüklə respublika büdcəsinin üzərinə düşdü. Respublika büdcəsinin formalaşması üçün maliyyə mənbələri tədricən inflyasiyaya məruz qaldılar və nəticədə nəqliyyatı olan təşkilatların büdcəyə olan borcu günbəgün artdı. Müstəqilliyimizin ilk illərində "Azəravtoyol" İstehsalat Birliyində avtomobil yollarının tikintisi, təmiri və saxlanmasını yaxşılaşdırmaq istiqamətində bir neçə quruluş dəyişikliyi aparılırdı. Məsələn, "Azəravtoyol" İB-nin daxili əmri ilə 1991-ci ildə Yol Təmir Tikinti Trestləri (YTTT) və İstismar Yol İdarələri (İYİ) ləğv olundu, onların bazasında Avtomobil Yolları İdarələri (AYİ) yaradıldı. Avtomobil Yolları İdarələri ölkənin ayrı-ayrı regionlarında yerləşdirilməklə həmin idarələrin hər birinin tabeçiliyində Yol Tikinti Sahələri, Yol İstismar Sahələri, Mexaniki Sahələr, Körpü Tikinti Sahələri, Yaşıllaşdırma Sahələri, Təmir-Tikinti Sahələri fəaliyyət göstərirdi. 1991-ci ildən başlayaraq avtomobil yollarının tikintisi, təmiri və saxlanması istiqamətində aparılan işlər əsasən mövcud yolların təmirindən ibarət idi. əksər magistral yollarda yol örtüyünün təmirarası müddəti keçdiyindən, həmin yolların əsaslı təmirə böyük ehtiyacı var idi. Vəsait çatışmazlığı üzündən yol örtüklərinin əsaslı təmiri və ya yeni örtüklə əvəzlənməsi istiqamətində tələb olunan qədər işlər görmək mümkün olmurdu.

Bu müddət ərzində az miqdarda görülmüş işlərə misal olaraq 1991-ci ildə istifadəyə verilən Mixəkçay çayı üzərindən salınan uzunluğu 113.9 pm, 1993-cü ildə Salyanda Kür çayı üzərində salınan uzunluğu 332 pm, 1996-cı ildə Saatlıda Araz çayı üzərində salınan uzunluğu 238.4 pm olan körpüləri göstərmək olar. Yeri gəlmişkən deyək ki, müharibə şəraitində yaşayan, torpaqlarının 20 %-i işğal olunmuş bir ölkədə görülmüş bu işləri yüksək qiymətləndirmək lazımdır.

Şərqlə Qərb arasında körpü rolunu öz üzərinə götürmüş respublikamızın iqtisadi cəhətdən daha asılı olan dünya dövlətlərindən birinə çevrilməsi üçün vahid nəqliyyat sisteminin əsas qollarından biri kimi avtomobil yollarının dünya standartlarına uyğun yeniləşdirilməsi günün ən aktual vəzifələrindən idi. Qarşıda duran bu aktual vəzifəni yerinə yetirmək üçün ilk növbədə yol təsərrüfatında idarəetmə quruluşunu bazar iqtisadiyyatına uyğun yeniləşdirmək tələb olunurdu. Bu məqsədlə Azərbaycan Respublikası Ali Sovetinin 1993-cü il yanvar tarixli fərmanı ilə "Azəravtoyol" IB-i ləğv olundu və onun bazasında "Azəravtoyol" Dövlət şirkəti (Dş) yaradıldı. Cavid Qənbər oğlu Qurbanov "Azəravtoyol" Dövlət şirkətinin prezidenti təyin olundu.

"Azəravtoyol" Dş-i respublika ərazisindəki ümumi uzunluğu 25013 km olan avtomobil yoluna xidmət edirdi. 1991-ci ildən başlayaraq avtomobil yollarının tikintisi. Təmiri, saxlanması istiqamətində aparılan işlər əsasən mövcud yolların orta və cari təmirindən ibarət idi. əksər magistral yollarda yol örtüyünün təmirarası müddəti keçdiyindən həmin yolların əsaslı təmirinə böyük ehtiyac duyulurdu. 1993-cü ildə tikinti-təmir işlərini yaxşılaşdırmaq məqsədilə Yol Təmir Tikinti trestləri, Mexaniki Idarələr. Körpü tikinti idarələri yaradıldı və tikinti, mexaniki, körpü tikinti sahələri AYI-lərin tərkibindən çıxarılaraq, bu idarələrin sərəncamına verildi. Beləliklə, hər rayonun ərazisində Yol Istismar Sahələri ilə yanaşı, Yol Tikinti Sahəsi və ixtisaslaşdırılmış köməkçi sahələr də mövcud idi. Bu idarələrin üzərinə yolların saxlanması ilə yanaşı, eyni yolların salınmasından tutmuş, qurğuların təmiri və tikintisi, yolların yaşıllaşdırılması, yol servislərinin tikintisi kimi məsul vəzifələr də qoyulmuşdu.

Lakin maliyyə vəsaitinin çatışmazlığından yol örtüklərinin əsaslı təmiri və ya yeni örtüklə əvəz olunması istiqamətində görülən işlər tələbatı ödəmirdi, həmçinin yolların saxlanması, istismarı vəziyyəti aşağı səviyyədə idi. Vəziyyətdən çıxış yolunu "Dövlət Yol Fondu "nun yaradılmasında görən şirkətin prezidenti C.Q.Qurbanov bu istiqamətdə ciddi, böyük işlər görmüş, yuxarı təşkilatlara öz təkliflərini vermiş, Yol Fondunun yaradılmasının zəruri olduğunu sübut edə bilmişdir. Respublikanın yol təsərrüfatında yaranmış vəziyyəti yaxşılaşdırmaq məqsədilə Azərbaycan Respublikasının Prezidenti H. Ə. Əliyev 16 fevral 1994-cü il tarixli fərmanı ilə "Dövlət Yol Fondu"nun yaradılması haqqında qanunu təsdiq etdi.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 183 saylı qərarı ilə "Dövlət Yol Fondu"nun yaradılması və istifadə edilməsi qaydaları" müəyyənləşdirildi, onun icra mexanizmini tənzimləyən əlavə qaydalar və sərəncamlar verildi.
"Dövlət Yol Fondu"nun yaradılması yol təsərrüfatının inkişafına güclü təkan verdi. Magistral yolların, böyük körpülərin bərpasına başlanıldı, qısa müddətdə mövcud yollar, körpülər təmir olunub yararlı vəziyyətə salındı.

1996-cı ildə Beynəlxalq Valyuta Fondunun tələbi ilə "Dövlət Yol Fondu" haqqında qanuna bəzi dəyişikliklər edilərək onun səlahiyyəti Respublikanın Maliyyə Nazirliyinə və Gömrük Komitəsinə verildi.

Avtomobil yollarının təmiri və saxlanması işlərinin maliyyələşdirilməsi 1997-ci ildən başlayaraq büdcədənkənar vəsait hesabına Maliyyə Nazirliyi tərəfindən aparılırdı. Respublikanın iqtisadi vəziyyəti ağır olduğundan Maliyyə Nazirliyinin hər il büdcədən ayırdığı vəsait hesabına yollarda yalnız cari və orta təmir işləri aparmaq mümkün idi. əsaslı tikinti və əsaslı təmir işləri, demək olar ki, tamamilə dayandırılmışdı.

Dövlət əhəmiyyətli avtomobil yollarının yol örtük tipinə görə istismar müddəti norma üzrə 16-18 il olmasına baxmayaraq, yollar 20-25 ildən artıq idi ki, istismar olunurdu. Texniki-iqtisadi göstəricilərinə görə bu yollar və körpülər beynəlxalq standartlardan xeyli geri qalırdı. XX əsrin 70-80-ci illərində Sovetlər Ittifaqının normativləri əsasında tikilmiş bu yol və körpülər artıq istismar müddətini başa vurmuşdular. Bu yollardan keçən beynəlxalq tranzit yüklərinin ilbəil artımı və ağır yüklü nəqliyyat vasitələrinin sayının kəskin surətdə artması nəticəsində yol geyimində 60-70 % aşınmalar əmələ gəlmişdir.

Köhnə normativlər (H-8, 10, 13 və HQ-60) üzrə tikilmiş körpü keçidləri bu gün hər biri 60 tondan artıq yük götürən ağıryüklü avtonəqliyyat vasitələrinin təsirinə davam gətirmirdi, avtomobil nəqliyyatının səmərəli işi isə ümumi istifadədə olan avtomobil yolları şəbəkəsinin texniki vəziyyətindən və perspektiv inkişafından asılı idi.

Respublikada avtomobil yollarının tikintisi, təmiri, istismarı sahəsində idarəetməni təkmilləşdirmək və bunun əsasında görülən işlərə çəkilən maliyyə xərclərinin səmərəsini artırmaq məqsədi ilə, habelə avtomobil yolları sahəsində mövcud beynəlxalq təcrübəni nəzərə alaraq, Respublika Nazirlər Kabinetinin 24 yanvar 2000-ci il tarixli 8 saylı qərarına əsasən "Azəravtoyol" Dş-nin yeni quruluşu təsdiq olundu. Bununla da üçpilləli idarəetmə sistemi ləğv olundu. Yeni quruluşa görə "Azəravtoyol" Dş-nin tabeçiliyində olan baş idarələrin, həmçinin 218 ədəd idarə və müəssisələrin əvəzinə birbaşa şirkətin tabeçiliyində olan 73 struktur vahidi təsdiq olunmuşdur. 2000-ci il avqust ayının 10-da Respublika Prezidenti tərəfindən təsdiq edilmiş "Dövlət əmlakının özəlləşdirilməsinin Ikinci dövlət proqramı"na uyğun olaraq Sabiq Dövlət əmlak Komitəsinin 3 noyabr 2000-ci il tarixli 197 nömrəli əmri ilə şirkətin 19 idarə və müəssisəsi özəlləşməyə açıq elan edildi.

"Azəravtoyol" Dş-nin yeni quruluş layihəsi həyata keçirildikdən sonra yol təsərrüfatının idarəetmə sistemində çox sadə bir mexanizm yaranmışdı. Yeni təşkil olunmuş quruluşa görə yol və körpü tikinti idarələri, sənaye müəssisələri, yerli əhəmiyyətli yollara xidmət edən Istehsalat Sahələri açıq elan olunmuş, Yerli Avtomobil Yolları Istehsalat Sahələri özəlləşməyə açıq elan olunmuş, Yerli Avtomobil Yolları Idarəsinin öhdəliyində olan Yerli əhəmiyyətli avtomobil yolları isə Yol Istismar Idarələrinin balansına verilmişdi.

Quruluş islahatı ilə əlaqədar "Azəravtoyol" Dş-nin ləğv olunan idarələrinin, idarə və sahələrinin balansındakı yollar, körpülər, avadanlıq, maşın-mexanizmlər, bina, qurğular, qalıq vəsaitləri həmin ərazidə yeni yaradılmış Yol Istismar Idarələrinin balansına verildi.

Həmin dövrdə Respublikanın istifadəsində olan avtomobil yollarının ümumi uzunluğu 25013 km təşkil edirdi ki, onun da 6914 km-i Respublika, 18099 km-i isə Yerli əhəmiyyətli yollar şəbəkəsindən ibarət idi. ümumi istifadədə olan avtomobil yollarının 23053 km-i (92.2 %) bərk örtüyə malik olmaqla, onun da təxminən 7033 km-i (28.1 %) asfalt-beton örtüklü idi. Bu yollar ümumi uzunluğu 43279 pm olan 2071 ədəd körpü və yol örtüklərinə malik idi. Avtomobil yollarının Azərbaycan ərazisinə düşən xüsusi çəkisi hər 1000 km2 üçün 288 km, əhalinin sayına görə hər 1000 nəfər üçün 3.05 km təşkil edirdi.

Azərbaycan Respublikası Prezidentinin 10 mart 2000-ci il tarixli 299 saylı fərmanı ilə "Azərbaycan Respublikasının avtomobil yolları haqqında" qanun qüvvəyə mindi. Bu qanun avtomobil yol təsərrüfatı ilə bağlı ictimai münasibətləri nizamlayan əsas normativ hüquqi sənəd olmaqla yollarımızın yeniləşdirilməsi və müasir tələblər səviyyəsində qurulması sahəsində böyük əhəmiyyət kəsb edirdi.

1998-ci il sentyabr ayının 7-8-də 32 dövlətin və 13 beynəlxalq təşkilatın nümayəndələrinin iştirakı ilə Bakı şəhərində tarixi "Böyük Ipək Yolu"nun bərpası üzrə beynəlxalq konfrans keçirildi. Burada imzalanan sənədlər böyük siyasi və iqtisadi əhəmiyyət kəsb etməklə, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizində yerləşən ölkələrin inkişafına, onların təbii ehtiyatlarının dünya bazarına çıxarılmasına, iqtisadi potensiallarından daha səmərəli istifadə olunmasına, ölkələrarası ticarət və iqtisadi əməkdaşlığın genişləndirilməsinə zəmin yaratmış oldu.

Hələ 1995-ci ildən Traseka-Tasis proqramının yerinə yetirilməsi üçün Azərbaycana uzunmüddətli kreditlərin verilməsinə bir neçə Beynəlxalq maliyyə təşkilatları cəlb olunmuşdu. Islam Inkişaf Bankı və Küveyt Fondu tərəfindən ayrılan kredit hesabına uzunluğu 45.6 km olan ələt-Qazıməmməd avtomobil yolunun və texniki dərəcəyə uyğun yenidən qurulması başa çatdırılmışdır.

"Böyük Ipək Yolu"nun Bakı-ələt hissəsi (22-69-cu km-lər) əsaslı təmir olundu. Bu yolların davamı olan Qazıməmməd-Kürdəmir avtomobil yolunun bərpası layihəsinin tender sənədlərinin və işçi layihəsinin Almaniyanın "Koks" firması tərəfindən hazırlanması, həmin yolun tikintisinin maliyyələşdirilməsi ilə əlaqədar kreditin ayrılması barədə maliyyə institutları ilə danışıqlar aparılırdı. Həmçinin Yaponiya Hökumətinin qrantı hesabına respublikanın yol təsərrüfatına xeyli miqdarda texnika, maşın və mexanizmlər alınıb gətirildi.

Avtomobil yollarının respublikanın inkişafındakı rolu bu yollardan keçən avtomobil nəqliyyatının səmərəli işi ilə ölçülür. Avtomobil nəqliyyatının özü isə ölkənin siyasi, iqtisadi və mədəni tərəqqisinə təsir edən ən əsas amillərdəndir. Nəqliyyatın bu növü ilə yük və sərnişin daşınması bilavasitə məhsuldar qüvvələrin hərtərəfli inkişafı ilə, əhalinin rifah halının, mədəni səviyyəsinin yüksəlməsi ilə sıx əlaqədardır.

Avtomobil nəqliyyatı universal nəqliyyat növlərindən biri olmaqla respublika daxilində yük və sərnişindaşıma işində əsas yer tutur. Təkcə 1990-cı ildə respublikamızda daşınan yüklərin 55.2 %-dən və sərnişinlərin 73.8 %-dən çoxu avtomobil nəqliyyatının payına düşürdü. Avtomobil nəqliyyatı qapıdan-qapıya prinsipi əsasında şəhərlə kənd, sənaye ilə kənd təsərrüfatı, hasiledici sənaye ilə emaledici sənaye arasında əlaqələrin təmin edilməsində mühüm vasitə olmaqla, xalq təsərrüfatının inkişafına ciddi təsir göstərir, hər bir iqtisadi rayonun təsərrüfat kompleksinin yüksəlməsini təmin edir, istehsalın təmərküzləşməsində misilsiz rol oynayırdı.

SSRI dövründə Avtomobil yollarında yenidənqurma, əsaslı tikinti və böyük həcmli əsaslı təmir işləri podratçı təşkilatlar tərəfindən yerinə yetirilirdi. Podrat işlərini Ittifaq Nəqliyyat Tikintisi Nazirliyinin Respublika ərazisindəki 6 №-li Tikinti Idarəsinin 835, 836, 838 №-li Tikinti Idarələri və Körpü tikinti Qatarı ilə yanaşı, Respublika Yol Təsərrüfat sisteminin Yol və Körpü tikinti idarələri yerinə yetirirdilər. Podrat təşkilatların adları yuxarı təşkilatlar tərəfindən illik iş proqramına daxil edilir və onun əsasında yerlərdə podrat müqavilələr bağlanılırdı. Podrat təşkilatlar seçilərkən həmin idarənin bazasında olan maşın-mexanizmlər, material resursları nəzərə alınmadan, tikintiyə yaxın ərazidə yerləşməsi əsas götürülürdü.

Vahid nəqliyyat şəbəkəsinin mühüm tərkib hissəsi olan avtomobil nəqliyyatının indiki bazar iqtisadiyyatı şəraitində yük və sərnişin daşınmalarına olan tələbatı daha dolğun ödəməklə ölkənin iqtisadi, siyasi və sosial həyatında əvəzolunmaz rolu var idi. "Böyük Ipək Yolu"nun bərpası ilə avtomobil nəqliyyatının əhəmiyyəti daha da artırdı. Beynəlxalq nəqliyyat sisteminə qoşulmaqla avtomobil nəqliyyatının fəaliyyət dairəsi xeyli genişləndi. Bu da iqtisadiyyatın inkişafına, xarici iqtisadi əlaqələrin artmasına və dövlət müstəqilliyinin möhkəmlənməsinə kömək etmiş oldu. Artıq başqa nəqliyyat sahələrində olduğu kimi, avtomobil nəqliyyatı vasitəsilə də Respublikamız Avropa, Mərkəzi Asiya və Rusiya ilə Yaxın şərq ölkələri arasında dəhliz rolunu oynayır.

Vahid nəqliyyat sisteminin ölkə iqtisadiyyatının inkişafındakı əvəzedilməz rolunu nəzərə alan dünya şöhrətli siyasətçi, mərhum prezidentimiz Heydər Əliyevin 5 avqust 1998-ci il tarixli 743 nömrəli fərmanı ilə Azərbaycan Respublikasında Nəqliyyat Nazirliyi yaradıldı. Bu nazirliyin tərkibinə dəmir yolu, su, mülki hava və avtomobil nəqliyyatı ilə yanaşı, avtomobil yolları da daxil edildi.

Azərbaycan Respublikasının Prezidentinin fərmanı ilə Məmmədov Ziya Ərzuman oğlu Azərbaycan Respublikasının Nəqliyyat Naziri vəzifəsinə təyin edildi. Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin əsasnaməsi Respublika Prezidentinin 10 iyun 2003-cü il tarixli fərmanı ilə təsdiq edildi.

Respublika yol təsərrüfatının idarəetmə quruluşunda aparılan islahatlara əsasən yol təsərrüfatının beynəlxalq standartlara uyğun yenidən qurulmasına xidmət edirdi. Son illərdə yol təsərrüfatının qarşılaşdığı maliyyə çətinliyini aradan qaldırmaq, yolların vəziyyətini yaxşılaşdırmaq məqsədi ilə respublika Nəqliyyat Nazirliyi və "Yolnəqliyyatservis" Departamenti tərəfindən, əlverişli kredit şərtləri ilə xarici sərmayəçilərin yol tikintisinə cəlb olunması istiqamətində Maliyyə Institutları və Dünya Bankı ilə məqsədyönlü danışıqlar aparılırdı.

TransQafqaz avtomobil dəhlizinin bərpası ilə bağlı Avropa-Qafqaz-Asiya "Böyük Ipək Yolu"nun Respublika ərazisindən keçən hissəsinin Bakı-Ələt-Hacıqabul-Yevlax-Gəncə-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun tikintisi üçün Azərbaycan hökumətinin köməkliyi ilə Nəqliyyat Nazirliyi "Yolnəqliyyatservis" Departamenti tərəfindən xarici sərmayəçilər, maliyyə institutları və dünya bankları ilə aparılan səmərəli danışıqlar tədricən öz nəticəsini göstərirdi.

Belə ki, 2004-cü ilin fevral ayında Respublika Prezidenti cənab Ilham Əliyevin iştirakı ilə 45 km uzunluğunda Ələt-hacıqabul avtomobil yolu və texniki dərəcə altında təntənəli surətdə istifadəyə verildi. Bu yolun tikintisi Küveyt Fondu və Islam Inkişaf Bankının krediti hesabına türk podratçıları tərəfindən aparılmışdır. Bu yolun tikintisində respublikamızın yol və körpü tikinti təşkilatları subpodratçı təşkilat kimi iştirak etmişdir.

Yolun açılışında iştirak edən nəqliyyat naziri Ziya Məmmədov çıxış edərək göstərdi ki, Azərbaycanda nəqliyyatın inkişafı Avropa ilə Asiya arasında şərqdən Qərbə və şimaldan Cənuba körpü rolunu oynamaqla strateji və iqtisadi cəhətdən mühüm əhəmiyyətə malikdir. Nazir həmçinin qeyd etdi ki, Azərbaycan Respublikası tərəfindən hazırda şimal-Cənub nəqliyyat dəhlizinə qoşulmaq üçün lazımi işlə görülür və bu layihələrdə fəal iştirak edilir.

Hal-hazırda Azərbaycan hökuməti tərəfindən bir sıra beynəlxalq maliyyə agentliyi Azərbaycanın yol sahəsində yol şəbəkəsinin bərpasına, xüsusilə "Böyük Ipək Yolu"nun Azərbaycan ərazisindən küçən hissəsinin bərpasına cəlb olunmuşdur. Burada məqsəd Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə Avropa dövlətləri arasındakı ticarət marşrutları üzərində öz layiqli yerini tuta bilməsi idi.

"Böyük Ipək Yolu"nun dirçəlişi bu yolun keçdiyi ərazilərdəki dövlətlərin səyi ilə bağlı olduğundan, bu sahələrin bütöv marşrut üzrə yararlı hala salınması vahid beynəlxalq hüquqi, qanuni, normativ, texniki və sairə tələblər səviyyəsində həll olunur. Ona görə də, Azərbaycan Respublikasında yol şəbəkəsinin yeni şəraitdə işləməsini təmin etmək üçün Avropa Ittifaqının TASIS, TRASEKA proqramları çərçivəsində geniş tədbirlər görülür. Burada əsas diqqət istifadədə olan magistral yolların bərpasına yönəldilmişdir. çünki beynəlxalq avtomobil yollarının qeyri-qənaətbəxş olması respublikanın iqtisadi inkişafına ciddi ziyan vururdu.

Azərbaycanın yol rəhbərliyi 1995-ci ilin fevral ayından Müstəqil Dövlətlər Birliyinin (MDB) Hökumətlərarası Yol Işçiləri şurasının üzvü olmuşdur. Bu təşkilatda Azərbaycanın yol rəhbərliyi Hökumətlərarası Yol Işçiləri şurasının başqa üzvləri ilə birlikdə şuranın iclaslarında öz ölkələrinin yol siyasətinə uyğun məsələlərin müzakirəsində iştirak edirlər. əsas məsələ MDB-yə daxil olan ölkələrdə Beynəlxalq avtomobil yollarının baş sxeminin hazırlanmasını başa çatdırmaq idi. (bax xəritə).

Beynəlxalq qanunlara görə beynəlxalq avtomobil yolları marşrutunun sxemi tərtib olunarkən bu marşrutun keçdiyi ərazilərdə qonşu dövlətlərin razılığı nəzərə alınmalı, marşrutun üzərindən keçən avtomobil nəqliyyatı vahidinin şərtləri razılaşdırılmalı və icra olunmalı idi. Hökumətlərarası Yol İşçiləri şurasının beynəlxalq yol təşkilatları ilə əlaqəli yaradılan işçi qrupunun tərkibində Azərbaycanın yol rəhbərləri beynəlxalq avtomobil yollarının və beynəlxalq avtomobil marşrutlarının bütün tələblərinə cavab verən sxemin hazırlanıb Birləşmiş Millətlər Təşkilatının (BMT) nəqliyyat üzrə Avropa Iqtisadi Komissiyasına təqdim olunmasında yaxından iştirak edirdilər.

31 may 1996-cı il tarixdə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Azərbaycan Respublikasının Beynəlxalq Avtomobil Marşrutlarının 15 noyabr 1975-ci il tarixli Avropa razılaşdırılmasına qoşulması haqqında qanun imzaladı. Bu razılaşdırmaya qoşulan hər bir Dövlət razılaşdırmanın bütün şərtlərinə əməl olunmasını öz üzərinə götürür, öz ölkəsi daxilində beynəlxalq avtomobil yollarının sxemini hazırlayıb razılaşdırmaq və təsdiq olunmaq üçün BMT-nin nəqliyyat üzrə Avropa İqtisadi Komissiyasına təqdim edir, bu yolların müvafiq beynəlxalq nömrəsi və indeksini əldə edir. Eyni zamanda ərazisindəki beynəlxalq avtomobil yollarını mərhələ üzrə Beynəlxalq standartların tələblərinə uyğunlaşdırmanı proqramlaşdırır. Yuxarıda göstərilən problemləri həll etmək üçün 1998-ci ilin aprel ayında Cenevrə şəhərində BMT-nin nəqliyyat üzrə Avropa İqtisad Komissiyasının "Dəyirmi masa" arxasında görüşü keçirildi. Bu görüşdə Azərbaycan da daxil olmaqla, bütünlüklə Avropa dövlətlərində beynəlxalq avtomobil yolları marşrutlarının problemlərinə baxılmış, onlar razılaşdırılaraq Avropa sistemi üzrə beynəlxalq avtomobil yolları marşrutuna keçirilməsi, onlara müvafiq beynəlxalq indeks və nömrələrin verilməsi müəyyənləşdirilmişdir.

Respublika ərazisi Asiya regionuna daxil olduğundan onun üzərindən keçən avtomobil yolları A indeksi ilə işarələnirdi. Azərbaycan avtomobil yolları Avropa beynəlxalq yollar sisteminə daxil olduqdan sonra E indeksi ilə işarələnməyə başlandı.

Iclasda Azərbaycanın və Gürcüstanın yol işçilərinin nümayəndələri ilə razılaşdırılaraq Qərblə Şərqi birləşdirən Zaqafqaziyanın əsas avtomobil yolu marşrutu Avropa sistemi üzrə E-70 indeksi ilə beynəlxalq Avtomobil magistralına qəbul edildi. Bu marşrut başlanğıcını Ispaniyanın La Korunya ərazisindən götürərək Bakıya kimi keçdiyi məsafə aşağıdakı kimi verilmişdir:

-70; La Korunya - Varna - Trabzon - Poti - Senaki - Tbilisi - Qazax - Yevlax - Qazıməmməd - ələt - Bakı magistral yolu E-70 indeksindədir. Iclasda Azərbaycan nümayəndələri tərəfindən E-70 beynəlxalq avtomobil yolu marşrutunun Qara dəniz və Xəzər dənizindən başlayaraq çin sərhədinə qədər uzadılması təklifi irəli sürüldü.

Bu marşrutun Asiya qitəsi ərazisindən keçməsinə baxmayaraq Azərbaycan nümayəndələrinin bu təklifi Komissiya tərəfindən qəbul edildi və BMT-nin nəqliyyat üzrə Iqtisad Komissiyasının 30 aprel 1998-ci il tarixli protokoluna 6-cı bənd kimi daxil edildi. Bu marşrutun keçdiyi məsafə aşağıdakı kimi verilmişdir:

Poti - Senaki - Tbilisi - Qazax - Yevlax - Qazıməmməd - ələt - Bakı - Türkmənbaşı - Aşqabad - Maria - Cardcoy - Buxara - Səmərqənd - Qazax - Daşkənd - çimkənd - Cambul - Bişkek - Almata - Xarqos - çin sərhədi.

Faktiki olaraq BMT-nin nəqliyyat üzrə Avropa Iqtisad Komissiyası tərəfindən Avropa beynəlxalq avtomobil yol marşrutu sisteminə daxil edilən yeni E-70 avtomobil yolunun marşrutu bütünlüklə qədim Ipək yolunun üstünə düşdüyündən "Böyük Ipək Yolu" müasir beynəlxalq avtomobil magistralı kimi təkrar olunur.

M- hərfi ilə milli dövlətlərarası nəqliyyat əlaqələrini təmin edən və Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərini Azərbaycan Respublikası ilə həmsərhəd ölkələrlə birləşdirən ümumi istifadədə olan avtomobil yolları (magistral avtomobil yolları) indeksləşdirilir;

R - hərfi ilə respublikanın şəhər və rayonları və bir-biri ilə birbaşa birləşdirən və M kateqoriyasına daxil olmayan ümumi istifadədə olan avtomobil yolları indeksləşdirilir. Nazirlər Kabinetinin bu qərarının 2-ci bəndi ilə "Azərbaycan Respublikasının Dövlət əhəmiyyətli avtomobil yollarının siyahısının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 18 iyun tarixli 344 nömrəli qərarının birinci bəndi qüvvədən düşmüş hesab edilmişdir. Qərar imzalandığı gündən qüvvəyə minmişdir.

01.01.2004-cü il vəziyyətinə görə Azərbaycan Respublikası ərazisindəki avtomobil yolları şəbəkəsinin ümumi uzunluğu 25012,5 km olmuşdur. Bunlardan Dövlət əhəmiyyətli yolların uzunluğu 6913,5 km, Yerli əhəmiyyətli yolların uzunluğu 18099 km təşkil edirdi. Bu yollardan 1479 km Beynəlxalq avtomobil yollarının "E" kateqoriyasına, 2142 km isə MDB-nin Beynəlxаlq avtomobil yolları (11 sentyabr 1998-ci il protokolu) siyahısına daxil edilmişdir.

Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin 2007-ci il 22 fevral tarixli əmri ilə "Yolnəqliyyatservis" Departamenti ləğv edildi və onun bazasında "Azəryolservis" Açıq Səhmdar Cəmiyyəti yaradıldı. Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi "Azəryolservis" Açıq Səhmdar Cəmiyyətinin balansında ümumi istifadədə olan 18823 km uzunluqda avtomobil yolu var idi ki, onun da 4577 km-i Respublika əhəmiyyətli, 14246 km-i isə Yerli əhəmiyyətli avtomobil yollarından ibarət idi. "Azəryolservis" ASC ümumi istifadədə olan avtomobil yollarının saxlanması və istismarı işlərini icra etməklə sifarişçi funksiyasını yerinə yetirirdi. Avtomobil yollarının və yol qurğularının tikintisi işlərini müsabiqə yolu ilə beynəlxalq tenderlə qalib edilmiş ixtisaslaşdırılmış təşkilatlar, firma və səhmdar cəmiyyətləri tərəfindən icra olunurdu.

2007-ci ilin və yarısında ölkənin iqtisadiyyatı bütün sahələrdə inkişaf etmiş, ümumi daxili məhsul istehsalı əvvəlki ilin eyni dövrünə nisbətən 35,1 % artaraq 10672,4 milyon manata çatmış, onun adambaşına həcmi isə 1265,0 manat və ya 1461,1 ABş dolları təşkil etmişdir. 2007-ci ilin altı ayı ərzində nəqliyyat sektoru əsas etibarilə H.əliyev adına Bakı-Ceyhan neft ixrac kəmərinin və avtomobil nəqliyyatının fəaliyyətinin güclənməsi ilə xarakterizə olunmuşdur. Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərinin fəaliyyəti də daxil olmaqla nəqliyyat sektorunun təsərrüfat subyektləri tərəfindən 2007-ci ilin ıı yarısında 79,7 milyon ton yük daşınmış, yük dövriyyəsinin həcmi 38,0 milyard ton/km olmuşdur. Daşınmış yüklərin 48,2 faizi avtomobil nəqliyyatı ilə həyata keçirilmişdir. ölkənin müstəqilliyi illərində nəqliyyat sektorunda sabit və daha yüksək sürətlə inkişaf edən sahə avtomobil nəqliyyatıdır ki, bu da günü-gündən yaxşılaşan avtomobil yolları ilə əlaqədardır. Bir məsələni qeyd etmək yerinə düşər ki, son beş ildə (2003-2008-ci illər) Respublikamızdа avtomobil yollarının tikintisi və Avropa standartlarına uyğunlaşdırılması sahəsində misli görülməmiş işlər görülmüş və bu işlər uğurla davam etdirilməkdədir.

Avtomobil yollarının Avropa standartlarına uyğun yenidən qurulması və yeni yolların, yol keçidlərinin, körpülərin salınması, ilk illər əsasən xaricdən qoyulan investisiyalar hesabına aparılırdı. Sonralar respublikada əsas istiqamətlərdə salınan bəzi yolların maliyyələşdirilməsinin daxili investisiya hesabına aparılmasına başlanıldı.

Son dövrlərdə salınan yeni yolların, körpülərin, mövcud yollarda aparılan yenidənqurma işlərinin yüksək keyfiyyətli tikinti işlərinin müqavilə müddətində qüsursuz başa çatdırılması deməyə əsas verir ki, tender üsulu bütün sahələrdə olduğu kimi, yol təsərrüfatı sistemində də ən müasir və ən səmərəli üsullardan biridir. Bu üsul sifarişçi ilə baş podratçı arasında olan bütün münasibətləri əvvəlcədən müəyyən etməyə imkan yaradır, podratçının müqavilə şərtlərinə necə əməl etməsi və gördüyü işin keyfiyyəti onun gələcək fəaliyyətinin əsasını təşkil etdiyindən podratçının işə məsuliyyətini daha da artırırdı.

Son vaxtlar aparılan yol-tikinti, təmir və yenidənqurma işlərinin sürəti, yüksək keyfiyyət göstəricisi respublikada avtomobil yolları şəbəkəsinin Avropa standartları səviyyəsinə qalxmasına güclü təkan vermişdir.

Respublika avtomobil yollarının dünya standartlarına uyğunlaşdırılması istiqamətində çox işlər görüldüyü kimi, yollarda hərəkətin təşkili və təhlükəsizliyinin təmin olunması, ekologiya və yaşıllaşdırılması sahəsində də tədbirlər həyata keçirilmişdir. ümumi istifadədə olan avtomobil yollarında fasiləsiz və təhlükəsiz hərəkətin təmin olunması məqsədilə təkcə 2007-ci ildə yollarda 51733 km çiyin bərkidilmiş, 222,9 km hərəkət hissəsinə nişanlama xətləri çəkilmiş, 1875 km əyrixətli brus, 1681,4 km körpü məhəccəri, 33261 ədəd siqnal dirəyi, 8286 ədəd müxtəlif təyinatlı tol nişanları quraşdırılmışdır.
 


Bu səhifənin daimi ünvanı
Bu səhifəyə keçid kodu