23 aprel 2024


İstehsalat > Kimya sənayesi > Tikinti şirkətləri > Tikinti materialları > Zavodlar > Kondisioner və soyuducular > Asfalt, beton, sement firmaları və layihələr > Butulkalar və qablaşdirma üçün tublar, plastikdən və şüşədən > Maşın və avadanliq > İsitmə və soyutma avadanlıqları və istehsalı > Kağız > Kinematoqrafiya > Metallurgiya > Mebel istehsalı > İçkilər > Neft sənayesi > Yeyinti sənayesi və süd məhsulları > Sənaye avadanlıqları > Ətraf mühiti qoruma vasitələri > Tütün və alkoqol > Energetika > Elektrik və elektron avadanlıgı > Elektrik > Toxunmuş mallar > Balıq və balıq məhsulları > Spirtli içkilər > Santexnika > Generatorlar

"SƏHLİYALI" Kiçik müəssisəsi
 
  • AZ 0100, Xırdalan şəh., Quşçuluq yaşayış massivi, 18-ci küç., 90
    Tel.:  (99412) 448 19 58, 418 99 94
    Fax:  (99412) 448 19 58
    E-mail: info@sahliyali.com
    Web: www.sahliyali.com
 

“Səhliyalı” firması bu gün – müasir, stabil, satış bazarında məşhur bir müəssisədir. Firma aktiv inkişaf edərək, öz məhsullarının keyfiyyətinə zəmanət verir. Müəssisə tətbiq etdiyi yeni texnika və texnologiyaya görə satış bazarında öndə gedir.

“Səhliyalı” firmasının əsas fəaliyyəti ət məhsullarının istehsalıdır. İstehsal olunan məhsulların geniş çeşidi alıcıları öz dadı və keyfiyyəti ilə razı salır.

1996-cı ildən fəaliyyət göstərən “Səhliyalı” kiçik-müəssisəsinin yerli məkanda analoqu olmayıb. 2009-cu ildən müəssisənin açdığı yeni zavod isə alman avadanlıqları ilə təchiz olunub. Bütün bu keyfiyyətlər “Səhliyalı” firmasının qüsursuz nəticə əldə etməsinə səbəb olur.

Bundan başqa müəssisənin öz yardımçı təsərrüfatı da var. 1000- 1500 baş iribuynuzlu mal-qara və 2000 baş qoyun təsərrüfatı diyarımızın ekoloji cəhətdən təmiz guşələrindən biri olan İsmayıllıda yerləşir. Təsərrüfatın əsas xətti kökəltmə-ətçilikdir. “Səhliyalı” kiçik müəssisəsi iki sexdən ibarətdir:

  1. “Halal nemət, 1000 bərəkət” məhsullarını emal edən sex - məhsulların hallalığına 100 faiz zəmanət verir.
  2. Strandartlara uyğun başqa məhsullar “BS” adı altında cəmləşərək, digər sexdə istehsal olunur.

“Səhliyalı” müəssisəsi bir ailə firmasıdır. Dörd qardaş ailə ənənəsini yaşatmaq üçün idarə etdikləri müəssisəyə babalarının adını veriblər. Məhsulların üzərində əks olunan “BS” loqotipinin açılışı isə belədir: Bəşir – ata, Səhliyalı – baba adıdır. “Səhliyalı” kiçik-müəssisəsində çalışan bütün heyət peşəkarlığı və öz iş təcrübəsi ilə seçilir. Kollektivin iş prinsipi – məsuliyyət, inam qazanmaq, düzgünlük, keyfiyyətli məhsul istehsal etməkdir.

“Səhliyalı” inkişafın, yeniliyin lehinə olan bir müəssisə kimi tanınır. Keyfiyyətə önəm dedikdə, “Səhliyalı” məhsulun tarixi- ənənəvi istehsalına toxunmadan, müasir texnologiyaların tətbiqi ilə, müştərini razı salacaq istehsal nəzərdə tutur. Müəssisədə sanitariya və gigiyenanın bütün şərtlərinə tam şəkildə cavab verən iş şəraiti yaradılıb. Peşəkar kollektiv, müasir istehsalat “Səhliyalı”müəssisəsinin uğurudur.



Bu səhifənin daimi ünvanı
Bu səhifəyə keçid kodu