02 oktyabr 2023


NƏQLİYYAT XİDMƏTLƏRİ > Aviadaşınmalar (təyyarə daşınmaları) > Avtomobil daşınmaları > Dəmiryol daşınmaları > Kuryer xidmətləri > Dəniz daşınmaları və gəmilərin təmiri > Sərnişin daşınmaları

“SAQA Gəmi Təmiri“
 

 

Şirkətin əsası, 1993-cü ildə, dəniz gəmi  nəqliyyatının naviqasiya və reyslərarası təcili təmirini  həyata keçirən xidmət müəssisəsi kimi qoyulmuşdur. Şirkətin əsasını qoyan enerjili və ali təhsilli mütəxəssislər gənc olmaqla bərabər, o zaman özəl gəmi təmiri biznesi ilə məşğul olan iş adamlarının və dövlət gəmi təmiri müəssisələrinin rəhbərləri arasında yaxşı tanınırdılar.

Şirkət, qabaqcıl Ali Dənizçilik məktəblərinin məzunu olan mütəxəssislərin biliklərinə və praktik iş təcrübələrinə arxalanır. Bu mütəxəssislərin əksəriyyəti, Odessa Dəniz Donanması Mühəndisləri İnstitutu (indiki Odessa Milli Dənizçilik Universiteti) və Leninqrad (indiki Sankt-Peterburq) Gəmi Tikintisi İnstitutunun məzunlarıdırlar.

Şirkətin idarə və istehsalat heyəti Rusiya və Azərbaycanın tərsanə və gəmi təmiri zavodlarında böyük təcrübə toplayıblar. Bir neçə il ərzində müəssisə “SAQA” firması adı altında fəaliyyət göstərmişdir. Bu illər ərzində, şirkət istehsalat və idarəetmədə yüksək nailiyyətlər əldə etmişdir.

1997-ci ilin sonunda, istehsalın yeni, daha yüksək səviyyəsinə keçidlə və eyni zamanda müəssisə daxilində ehtiyatların yenidən paylanması ilə əlaqədar, təsisçilər qurumu tərəfindən müəssisənin yenidən qeydə alınması və adının dəyişdirilməsi qərara alındı.

1998-ci ilin əvvəlindən, müəssisə “SAQA GƏMİ T?MİRİ” (“SAGA Shiprepair” Co.) şirkəti adını daşıyır. Uğurla inkişaf edən şirkət, böyük sayda dəniz gəmilərinin və üzən qurğuların təmirini həyata keçirmişdir.

Şirkət müxtəlif layihələrin icrasını müstəqil həyata keçirir, xüsusi hallarda digər gəmi tikinti müəssisələri ilə əməkdaşlıq edir. Öz xammal mənbələrini genişləndirən və ondan səmərəli istifadə edən şirkət, gəmi tikintisi və gəmi təmirindən başqa, dəniz sənaye texnologiyasının digər sahələrini də  mənimsəyir. Bu gün şirkət quruda və dənizdə müxtəlif çeşidli layihələri və bu layihələrlə əlaqədar bütün iş prosesini əhatə edən mühəndis-texniki işləri və xidmət tədbirlərini gerçəkləşdirir.

Şirkətin istinad etdiyi kooperasiya metodları, onun tərəfdaşları üçün çox sərfəli və əlverişlidir. Şirkət əsasən öz istehsal vasitələrinə istinad edir. Bəzi zəruri hallarda, şirkət öz fəaliyyətini dövlət tərsanələrində və gəmi təmiri zavodlarının istehsalat meydançalarında həyata keçirir. Bu gün şirkətin məqsədi, gəmi avadanlıqları üçün xüsusi hissələr hazırlayan, yeni, müvafiq təchiz edilmiş, gəmi təmiri və gəmi tikintisi müəssisəsini yaratmaqdır.

2002-ci ildən, “SAQA Gəmi Təmiri” şirkəti (“SAGA Shiperpair” CO), Qazaxstanda tərəf müqabili  olan “Saqındı” müəssisəsi ilə birlikdə, Aktau (Qazaxıstan  Respublikası) şəhərində -  “SAQA ATAŞ” Məhdud  Məsuliyyətli Yoldaşlıq Müəssisəsini yaratmışdır. “SAQA ATAŞ” MMYM az müddət ərzində, tərkibində yanalma körpüləri  və gəmi qaldırma qurğuları, üzən yükqaldırıcı qurğular, yedək gəmiləri və s. olan xüsusi təmir bazasını yaradıb. Qazaxıstan bölgəsinin gəmi təmiri biznesində “SAQA ATAŞ” MMYM liderdir və uğurla inkişaf etməkdədir.dıb. Qazaxıstan bölgəsinin gəmi təmiri biznesində “SAQA ATAŞ” MMYM liderdir və uğurla inkişaf etməkdədir.

 


Bu səhifənin daimi ünvanı
Bu səhifəyə keçid kodu