26 aprel 2024


Mülk və İnşaat > Daşınmaz əmlakın icarəsi və alqı-satqısı > Hovuzlar, akvaparklar > Layihə nəzarəti > Tikinti texnikası > Tikinti materialları > Tikinti şirkətləri > Xüsusi sistemlər > Təmir və dizayn > Alüminium və şüşə fasad, qapi-pəncərə, PVC > Qaynaq materiallari > Asma və dartma tavanlar > Liftlər > Tikinti avadanlıqları > Skylight sistemi, Qış baxçası > İsitmə - Soyutma və Ventilyasiya sistemləri

"Bərk Məişət Tullantılarının Vahid İdarəçiliyi Layihəsi"
 
  • AZ 1000, Xocalı prosp., 55, AĞA İş Mərkəzi
    Tel.:  (99412) 464 41 56
    Fax:  (99412) 464 41 57
    E-mail: office@iswm.az
    Web: www.iswm.az
 Bərk Məişət Tullantılarının Vahid İdarəçiliyi Layihəsi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 28 sentyabr 2006-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı”na müvafiq olaraq Bakı şəhərində bərk məişət tullantılarının idarəçiliyinin təkmilləşdirilməsi məqsədilə 5 illik layihənin həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Azərbaycan Hökuməti tərəfindən İqtisadi İnkişaf Nazirliyi və Dünya Bankı arasında “Abşeronun Ekoloji Bərpası Proqramı” çərçivəsində Bərk Məişət Tullantılarının Vahid İdarəçiliyi layihəsi üzrə 20 may 2009-cu il tarixdə Kredit sazişi imzalanmışdır. Bu layihə Bakı şəhəri ərazisində bərk məişət tullantılarının idarə edilməsi sisteminin müasirləşdirilməsinə xidmət edəcəkdir.

Layihənin əsas məqsədi aşağıdakı istiqamətlər üzrə Bakı şəhəri ərazisində effektiv və davamlı sistemə əsaslanan bərk məişət tullantılarının toplama və utilizasiya fəaliyyətinin həyata keçirilməsidir:

  • • mövcud tullantı poliqonlarında ekoloji vəziyyətin yaxşılaşdırılması;
  • • əməliyyat, idarəetmə və kommunikasiya bacarıqlarının inkişaf etdirilməsi;
  • • tullantıların yığılması xidmətinin əhatə dairəsinin genişləndirilməsi;
  • • məlumatların toplanması və planlaşdırma.

Layihə üzrə vəsaitin ümumi həcmi 41,5 milyon ABŞ dolları təşkil edir ki, bunun da 29,5 milyon ABŞ dolları Dünya Bankı xətti ilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı tərəfindən və 12,0 milyon ABŞ dolları isə Azərbaycan Höküməti tərəfindən maliyyələşdirilir.

Bu layihənin icrası Bakı şəhəri ərazisində bərk məişət tullantılarının idarə edilməsi sisteminin institusional və infrastruktur inkişafı ilə xarakterizə olunacaqdır.

  • • Layihə aşağıda göstərilən 5 komponent üzrə həyata keçiriləcəkdir:
  • • İnstitusional islahatlar, potensial quruculuğu və layihənin idarə edilməsi;
  • • Balaxanı poliqonunun bərpası və idarə edilməsi;
  • • Digər zibilxanaların bağlanması və idarə edilməsi;
  • • Bakı şəhəri ərazisində zəif xidmət göstərilən rayonlar üçün təcili tullantı yığım avadanlıqlarının təchizi;
  • • Gələcək investisiyalar üçün texniki hazırlıq.

Bu səhifənin daimi ünvanı
Bu səhifəyə keçid kodu