27 aprel 2024


İstehsalat > Kimya sənayesi > Tikinti şirkətləri > Tikinti materialları > Zavodlar > Kondisioner və soyuducular > Asfalt, beton, sement firmaları və layihələr > Butulkalar və qablaşdirma üçün tublar, plastikdən və şüşədən > Maşın və avadanliq > İsitmə və soyutma avadanlıqları və istehsalı > Kağız > Kinematoqrafiya > Metallurgiya > Mebel istehsalı > İçkilər > Neft sənayesi > Yeyinti sənayesi və süd məhsulları > Sənaye avadanlıqları > Ətraf mühiti qoruma vasitələri > Tütün və alkoqol > Energetika > Elektrik və elektron avadanlıgı > Elektrik > Toxunmuş mallar > Balıq və balıq məhsulları > Spirtli içkilər > Santexnika > Generatorlar

"AAC" MMC
 
  • Zarifa Aliyeva 55, "Yeni Hayat" Plaza
    Tel.:  (99412) 499 77 18, 499 78 18
    Fax:  (99412) 499 77 18
    E-mail: office@aac.az
    Web: www.aac.az

“AAC” ŞİRKƏTİ –AZƏRBAYCANDA QAZOBETON BLOKLARIN İSTEHSALÇISIDIR. İnsan öz yaşayış şəraitini yaxşılaşdırmaq üçün, uzun illərdən bəri heyvan dərisi, qamış, ağac, kərpic, daş, mərmər və qranit kimi materiallardan istifadə etmişdir. Tikinti materiallarının bu cür müxtəlifliyi, ilk növbədə, möhkəm, uzun müddətli, hava şəraitinə və təbii fəlakətlərə qarşı  davamlı olan ideal tikinti materiallarını əldə etmək ehtiyacından irəli gəlmişdir. Hazırda insan, yoxlamalar və nöqsanları aşkar etmə üsulu ilə qazobeton adlanan, qaz hopdurulmuş beton blokların yaradılmasına nail olmuşdur. Qazobeton bloku universal tikinti materialı olub, yüksək göstəriciləri və tətbiqinin sadəliyi ilə fərqlənir. Qazobeton özündə ağacın, kərpicin, daşın və keramzit betonun ən yaxşı xüsusiyyətlərini cəmləşdirir. Qazobeton, əvvəlki tikinti materiallarına nəzərən möhkəmlik, yüngüllük, üzün ömürlülük, istiyə və şaxtaya qarşı davamlılıq, səthin təmizliyi və hamarlığı, buxar keçirmə qabiliyyətinə malik olması (qazobeton divarlar “nəfəs alır”), ekoloji cəhətdən təmizliyi, enerji cəhətdən səmərəliliyi və əl alətləri ilə rahat işlənməsi kimi üstünlüklərə malikdir. Qazobeton bloklar suda batmır, odda yanmır. Qazobeton məmulatları həm peşəkar inşaatçılar, həm də fərdi şəxslər tərəfindən müvəffəqiyyətlə istifadə edilir.
Hazırda qazobeton məmulatlar azmərtəbəli və çoxmərtəbəli binaların inşasında, xarici və daxili divarların hörülməsində,  arakəsmələrin, örtüklərin və pilləkənlərin tikilməsində geniş tətbiq edilir. Qazobeton məmulatları yalnız təbii xammallardan istifadə olunmaqla istehsal edilir.
“AAC” şirkəti yeni ildən etibarən dünyada məşhur “Wehrhahn” alman firmasının yüksək texnologiyalı istehsal xətti bazasında qazobeton blokların istehsalına başlayır.
Qazobeton məmulatları dünyanın 50-dən çox  ölkəsində yerləşən və sayı 200-dən  artıq olan zavodlarda istehsal olunur. Biz, belə bir zavodun Azərbaycanda yaradılması ilə fəxr edirik!


Bu səhifənin daimi ünvanı
Bu səhifəyə keçid kodu