04 may 2024


Mülk və İnşaat > Daşınmaz əmlakın icarəsi və alqı-satqısı > Hovuzlar, akvaparklar > Layihə nəzarəti > Tikinti texnikası > Tikinti materialları > Tikinti şirkətləri > Xüsusi sistemlər > Təmir və dizayn > Alüminium və şüşə fasad, qapi-pəncərə, PVC > Qaynaq materiallari > Asma və dartma tavanlar > Liftlər > Tikinti avadanlıqları > Skylight sistemi, Qış baxçası > İsitmə - Soyutma və Ventilyasiya sistemləri

''GRAND MOTORS'' MMC
 

“Grand Motors” MMC  2005-ci ilin sentyabr ayında təsis edilmişdir. Azərbaycan bazarının  tikinti və avtomobil sektorunu hədəf götürən şirkət fəaliyyətini bu istiqamətdə qurmuşdur. Bu baxımdan, “Grand Motors” MMC ağır texnika və yük avtomobillərinin  Azərbaycan Respublikasına idxalını və satışını həyata keçirir.

Hazırda şirkət dünyada tanınmış 14 istehsalçının Azərbaycanda rəsmi təmsilçisidir.  Bunlar  aşağıdakılardır: CIFA, New Holland Agricultural, New Holland Construction, IVECO, Maz, Shantui, Foton, Macshio Gaspardo, Azimuth, Sea Ray, Kawasaki , Mercury Engines və Total. Böyük təcrübəsi, ənənəsi olan bu şirkətlər həm də fəaliyyət göstərdiyi sahədə innovativ ideya və texnologiyaların təmsilçiləridir. Belə ki, CİFA ilk qarışdırıcı pompalar, beton zavodları və  qarışdırıcı vaqonlar, New Holland ilk hidravlik ekskavatorlar, rotorlu və iki rotorlu kombaynlar istehsal edən, Sea Ray isə istirahət qayıqları və yaxtalarının istehsalında şüşə lif materialını tətbiq edən ilk şirkət olmuşdur. Bu baxımdan, “Grand Motors” MMC bütün bu ənənələri və innovativ texnologiyaları özündə birləşdirərək,  müştərilərinə təqdim edir.  

“Grand Motors” şirkətində yaradılan infrastruktur texnika və avadanlığın istehsalçıların zavodlarından çıxaraq alıcıya çatdırılana qədər olan mərhələni nəinki izləməyə, hətta ondan sonrakı mərhələni də nəzarət altında saxlamağa imkan verir. Bu mənada, satılmış texnikalara texniki xidmət və ehtiyat hissələrinin təchizatı da şirkətin fəaliyyətinin ayrılmaz hissəsidir.

“Grand Motors” MMC  istehsalçının zavodlarında təlim keçmiş yüksək ixtisaslı  personalla  24 saat operativ, mobil və stasionar servis xidməti həyata keçirir. Şirkət müştərilərinə keyfiyyətli servis xidməti üçün öz personalını təmsil etdiyi şirkətlərin zavodlarında, təlim mərkəzlərində mütəmadi olaraq  kurslara  göndərərək, onların ixtisas dərəcələrini artırır. Eyni zamanda, nasaz olan  texnikaları müştərilərin ərazilərində də təmirini təmin etmək üçün servis mərkəzində mobil səyyar qruplar yaradılmışdır.

Müştərilərinə tam xidmət göstərilməsini təmin etmək məqsədi ilə şirkət yerli və xarici banklarla əməkdaşlıq edərək, alınan texnikalara güzəştli lizinq və kredit şərtləri də təklif edir. Bu məqsədlə şirkət daxilində lizinq şöbəsi yaradılmışdır. Şöbədə kredit və ya lizinqlə texnika almaq istəyən müştərilərin imkanları təhlil olunur və onlara optimal şərtlər müəyyən edilir. Bununla müştərilərə həm də kredit və lizinqin alınmasında yardım göstərilir.

Fəaliyyətində daim “Yüksəlişə doğru!” fəlsəfəsini əsas tutan “Grand Motors” MMC günbəgün  inkişaf etməkdədir.



Bu səhifənin daimi ünvanı
Bu səhifəyə keçid kodu