12 iyul 2020


İstehsalat > Kağız > İsitmə və soyutma avadanlıqları və istehsalı > Maşın və avadanliq > Butulkalar və qablaşdirma üçün tublar, plastikdən və şüşədən > Asfalt, beton, sement firmaları və layihələr > Kondisioner və soyuducular > Zavodlar > Tikinti materialları > Tikinti şirkətləri > Kinematoqrafiya > Metallurgiya > Mebel istehsalı > Kimya sənayesi > Elektrik və elektron avadanlıgı > Energetika > Tütün və alkoqol > Ətraf mühiti qoruma vasitələri > Sənaye avadanlıqları > Yeyinti sənayesi və süd məhsulları > Neft sənayesi > İçkilər > Elektrik > Toxunmuş mallar > Balıq və balıq məhsulları > Spirtli içkilər > Santexnika > Generatorlar

"Aqro-Azərinvest" LTD
 
 Təsisçisi “Gilan Holding” şirlkətlər qrupu olan "Aqro-Azərinvest" MMC 2004-cü ildə yaradılmışdır. 


Müəssisənin əsas məqsədi Azərbaycan üzümçülük və şərabçılığının bu sahədə ən yeni dünya nailiyyətlərini nəzərə almaqla, keçmiş şöhrətini bərpa etməkdən ibarətdir. 

Müəssisə öz fəaliyyətində müasir texnologiyanın tətbiqinə və Azərbaycan şərabçılarının ənənələrinə əsaslanaraq, üzümün yetişdirilməsindən başlayaraq yüksək keyfiyyətli şərab və konyak məhsullarının buraxılışınadək tam bir istehsal prosesini özündə birləşdirir. 

Cəmiyyət uzunmüddətli proqrama uyğun olaraq, ənənəvi üzüm yetişdirilən bölgələrdə (Göygöl, Samux, Tovuz, Yevlax, Qəbələ, Lənkəran) yeni üzümlüklərin salınmasını həyata keçirir. Hazırda müəssisə 2000 hektara yaxın torpaq sahəsinə malikdir ki, bundan da 940 hektarında üzümlüklər salınmışdır. Bu sahələrdə Gürcüstandan gətirilmiş calaqlı texniki sortlar (Saperavi, Rkasiteli, Mtsvane, Aleksandrauli), Fransadan gətirilmiş (Cabernet Sauvignon, Cabernet Franc, Pinot Noir) eləcədə milli sortlar - Mədrəsə, Bayan Şirə, Ağ və Qara şanı əkilmişdir. Bundan başqa, Batır, Qara kişmiş, Ağ kişmiş, Çəhrayı tayfu kimi kişmiş və süfrə sortları da əkilmişdir.

Üzüm sortlarının yerli torpaq-iqlim şəraitinə uyğunlaşması üçün eksperiment qaydasında Göygöl rayonunda 2 hektar təcrübə sahəsində Fransadan (Merlot, Chardonnay, Alicante, Verdo, Marselan, Sultanin, Danita, Carignan, Prima), Krımın “Maqaraç” Üzüm və Şərab Milli İnstitutundan, (Muskat, Karaburnu, Krım Mirvarisi, Maqaraç Sitronu, Kardinal, Rislinq, Krasen və s.) və digər ölkələrdən gətirilmiş (70 sortdan artıq) müxtəlif kolleksion və elit üzüm sortları əkilmişdir. Elə burada da müəyyən ərazidə damcılı suvarma sistemi tətbiq edilmiş, həşəratlara qarşı ən müasir preparatları təcrübədən keçirmək üçün sahə ayrılmışdır. 

Cəmiyyət bir sıra fəaliyyət istiqamətlərinə, əsasən ixrac yönümlü yüksək keyfiyyətli şərab və konyak istehsalına xüsusi diqqət yetirir.

Gələcəkdə isə üzümdən alınacaq likör-araq və qida ədviyyatları, yabanı meyvə və giləmeyvələrdən ədviyyat və şirələrin (abqora, narşərab, ədviyyat, sirop, şirə və s.) istehsalı nəzərdə tutulur.


Bu səhifənin daimi ünvanı
Bu səhifəyə keçid kodu