20 aprel 2024


İdman > İdman federasiyaları > İdman malları > Bilyard masaları > Futbol klubları > Boulinq avadanlığı

"QƏBƏLƏ" Futbol Klubu
 

“Qəbələ” mövsümə qələbə ilə yekun vurdu

 

“Qəbələ” mövsümə qələbə ilə yekun vurdu

“Qəbələ” Unibank Premyer Liqasının 32-ci – son turunda “Muğan”la üz-üzə gəldi. Komandamızın ev oyunlarını keçirdiyi  meydança ot örtüyünün dəyişdirilməsi məqsədilə fəaliyyətini müvəqqəti olaraq dayandırdığından matç Bakıda – “Şəfa” stadionunda baş tutdu. Qarşılaşma ikinci altılığı lider qismində tamamlamaq baxımından hər iki kollektiv üçün önəm daşıyırdı. 

Oyun nominal meydan sahibi “Qəbələ”nin hücumları ilə başladı. Matçın ilk qolunu 16 dəqiqə gözləmək lazım gəldi. Lyubo Baraninin ənənəvi aut atışından sonra Murad Hüseynov başla dəqiq oynadı – 1-0. Buraxılan qoldan sonra aktivləşən və oyuna nəzarəti ələ keçirən “Muğan” 38-ci dəqiqədə hesabı bərabərləşdirməyə nail oldu. Hüseyn Axundovun gözəl otürməsini Con Pelu dəqiq zərbə ilə tora göndərdi – 1-1. 

İkinci hissə də eyni ssenari üzrə davam etdi. Qarşılıqlı hücumlar şəraitində keçən 45-likdə tərəflərin bir neçə dəfə fərqlənmək imkanı olsa da, bunlardan yalnız biri dəyərləndirildi. Künc zərbəsindən ötürülən topu qüvvətli zərbə ilə qapıya göndərən Yaşar Abuzərov “Qəbələ”yə 3 xalı gətirən qola imza atdı. Bununla da “Qəbələ” cari çempionatı 51 xalla ikinci altılığın lideri kimi

Bu səhifənin daimi ünvanı
Bu səhifəyə keçid kodu