23 aprel 2024


İstehsalat > Kimya sənayesi > Tikinti şirkətləri > Tikinti materialları > Zavodlar > Kondisioner və soyuducular > Asfalt, beton, sement firmaları və layihələr > Butulkalar və qablaşdirma üçün tublar, plastikdən və şüşədən > Maşın və avadanliq > İsitmə və soyutma avadanlıqları və istehsalı > Kağız > Kinematoqrafiya > Metallurgiya > Mebel istehsalı > İçkilər > Neft sənayesi > Yeyinti sənayesi və süd məhsulları > Sənaye avadanlıqları > Ətraf mühiti qoruma vasitələri > Tütün və alkoqol > Energetika > Elektrik və elektron avadanlıgı > Elektrik > Toxunmuş mallar > Balıq və balıq məhsulları > Spirtli içkilər > Santexnika > Generatorlar

"Meyvəli"
 
  • AZ 1000, Lökbatan qəs., Xocəsən yolu (Sədərək Ticarət mərkəzinin Yanında)
    Tel.:  (99412) 545 91 34, 545 91 35, 545 91 36
    Fax:  (99412) 545 91 33
    Моb.: (99450) 303 97 97
    E-mail: meyveli@meyveli.az
    Web: www.meyveli.az
 «Meyvəli» Meyvə-tərəvəzlərin topdan və pərakəndə satış bazası Beynəlxalq avtomobil və dəmir yolu magistralının kəsişdiyi dairədə Bakı şəhəri Qaradağ rayonu, Lökbatan-Xocasən ərazisində yerəlşir. Dövlət lahiyə smeta sənədləri əsasında beynəlxalq standartlara uyğun inşa olunub, 2009-cu ildə istifadəyə verilib. Ümumi ərazisi 35 ha olan «Meyvəli» - meyvə və tərəvəz məhsullarının saxlanması, satışı və tranziti üçün nəzərdə tutulur. 3 korpusdan ibarət 8.000 m2 sahəsi olan 16,000 ton tutumlu 80 satış anbarı; 2 korpusdan ibarət  7.000 m2  sahəsi olan 14,000 ton tutumlu 36 soyuducu saxlama anbarları; kənd təsərrüfatı məhsullarının yarmarka və pərakəndə satış bazarı üçün isə 4000 m2 -lik sahə fəaliyyətdədir. Anbarlar Amerika, Almaniya, İtaliya, Belçika, Danimarka, İsveç, Yaponiya, Türkiyə ölkələrinin istehsalı olan avadanlıqlar, elektron tərəzilər, mexaniki yük qaldırıcı qurğularla (kara «TOYOTA» firması) təchiz olunmuşlar.Anbar xidmətlərindən istifadə müqavilə əsasında həyata keçirilir.


«Meyvəli»nin ərazisində eyni vaxtda 600 ədəd iri tutumlu yük maşınlarının yüklərinin qəbul edilməsi, boşaldılması, yüklənməsi, saxlanılması, topdan və pərakəndə satışının təşkil edilməsi, tranzit olaraq xarici ölkələr bazarına göndərilməsi imkanları mövcuddur. Bundan başqa müştərilərə gülərüz personalları ilə xidmət göstərən 400 kv.m-lik 2 ədəd ofis binası, hər biri 100 nəfərlik 2 yeməkxana, mağaza, bərbərxana, aptek, ilkin tibbi yardım, pul dəyişmə məntəqəsi, 2 ədəd 100 tonluq elektron nəqliyyat tərəzisi, avtoyuyucu, təzyiqli su anbarı, nasosxana, transformator yarımstansiyası, 50 yerlik mehmanxana, məscid binası, yük və minik avtomobil dayanacağı, hamam, sanitar qovşağı və digər xidmətlər göstərilir. Bunun üçün də uğurlu biznes qurmaq arzusunda olan xarici və yerli fermerləri bizimlə əməkdaşlıq etməyə dəvət edirik. İstənilən zaman, ilin 4 fəsli, günün 24 saatı xarici və yerli meyvə və tərəvəzləri ən sərfəli qiymətlə məhz «Meyvəli»-dən əldə edə bilərsiniz.



Bu səhifənin daimi ünvanı
Bu səhifəyə keçid kodu