25 aprel 2024


Mülk və İnşaat > Daşınmaz əmlakın icarəsi və alqı-satqısı > Hovuzlar, akvaparklar > Layihə nəzarəti > Tikinti texnikası > Tikinti materialları > Tikinti şirkətləri > Xüsusi sistemlər > Təmir və dizayn > Alüminium və şüşə fasad, qapi-pəncərə, PVC > Qaynaq materiallari > Asma və dartma tavanlar > Liftlər > Tikinti avadanlıqları > Skylight sistemi, Qış baxçası > İsitmə - Soyutma və Ventilyasiya sistemləri

"GEO TOTAL" MMC
 

Yaxın vaxtlarda(2006) yaranmış «GeoTotal» firması sürətli inkişaf yolundadı. Bizim müvəffəqiyyətin açarı sifarişləri səmərəli və peşəkar həyata keçirilməsinə səy göstərilməsidirŞirkət əsasi qoyulduğu vaxtdan bir neçə inkişaf mərhələsi keçmiş, ayaq üstə dura bilmiş və dinamiki inkişaf dövrünə daxil olmuşdur. Şirkətin texniki bazası daima təkmilləşir, təklif edilən xidmət sahələri genişlənir, əməkdaşlarının sayı artır.
Şirkətin kollektivinin əsas hissəsini ali geodeziya təhsili olan mühəndislər təşkil edir. “GeoTotal” şirkətinin əməkdaşlarının orta yaşı 28-dir. Əməkdaşların cavanlığı və enerjili olması, onların peşəkar istiqamətdə inkişaf etmək arzusu şirkətin strateji potensialını təşkil edir.
Şirkət meydana gələn texniki yenilikləri və perspektiv texnologiyaları diqqətlə izləyir, onlardan daha effektli olanlardan istifadə edir.  Müasir geodeziya cihazlarının istehsalında lider kimi tanınan “Leica Geosystema AG” isveçrə şirkətinin geoseziya cihazlarından istifadə edilməsinə keçid belə siyasət nəticəsində mümkün olmuşdur. Işə peşəkar yanaşma, müasir texnologiyalar, müştəriyə hörmət, onun hər probleminin həllini öz üzərinə götürməyə hazır olmaq – bütün bunlar şirkətə yeni, daimi müştərilər əldə etməyə imkan verir.
Biz müştəriyə məsələnin daha effektiv həllini təklif etməyə hazır olan etibarlı, məsuliyyətli və çevik tərəfdaş adımızı yüksək dəyərləndiririk.


Geodeziya işləri, geodeziya kəşfiyyatları

  Bizim şirkətin işlərinə  14 obyekt daxildir. Bizim firma istənilən geodeziya işlərini (kəşfiyyatlarını), o cümlədən topoqrafik işlərinin operativ və keyfiyyətli yerinə yetirir. Biz həm sərmayeçi-tədqiqatçı şirkətlər həm də iri podratçıları üçün tədqiqatlar yerinə yetiririk.

Firmamızın geodeziya işləri (kəşfiyyatları), topoqrafik planalma və digər xidmətləri

Fəaliyyət istiqamətləri üzrə “GeoTotal” şirkətinin xidmətlərini bir neçə əsas istiqamətlərə bölmək olar:

  1. Aşağıdakı miqyaslarda: 1:500, 1:1000, 1:2000, 1:5000 topoqrafik planalma eləcə də yeraltı və yerüstü tikililərin topoplanı (mühəndis kommunikasiyaları)
  2. Topoqrafik planların təzələnməsi
  3. Ağac-ba-ağac topoqragik planalma
  4.  Çox iri miqyaslı topoplanı (landşaft layihəsi üzrə təməlaltıgeo) Miqyasları: 1:50, 1:100;
  5. Geodezik şəbəkələrin tikilməsi və sonrakı inkişafının həyata keçirilməsi

 

Inşaat sahəsində geodeziya işləri (tikintinin geodezik müşaiəti)

  1. Inşaat üçün mühəndis geodeziya kəşfiyyatları ( inşaat üçün mühəndis geodeziya işləri)
  2. Dayaq mərz şəbəkələrinin tikilməsi
  3. Tikinti-quraşdırma işlərinin geodezik müşaiəti
  4. Tikinti prosesində nişanlanma işlərinin aparılması (layihənin naturaya keçirilməsi)
  5. Geodeziya icra çəkilişlərinin aparılması və geodeziya icra sənədləşməsinin hazırlanması

 

Biz həmçinin xüsusi geodeziya işlərini yerinə yetiririk:

  1. bina və tikililərin geometrik parametrlərinin dəqiqliyinin geodeziya nəzarəti, geodeziya ekspertizası (sütunların şaquliliyinin yoxlanması);
  2. məkan geodeziya içlərinin aparılması (torpaq kütlələrinin həcminin təyin edilməsi);
  3. fasadlar və daxili otaqlar daxil olmaqla buna və tikililərin ölçülməsi işlərinin yerinə yetirilməsi;
  4. istənilən digər geodeziya işləri

 

Geodeziya kəşfiyyatları, planalma və başqa işlər necə aparılır
 
Şirkət işdə ən yeni avadanlıqlardan və qabaqcıl texnologiyadan istifadə edir. Geodeziya işləri və kəşfiyyatlar təcrübəli peşəkarlar tərəfindən aparılır.

“GeoTotal” ümumi-baş podrat işi ilə məşğul olan şirkətlərə topoqrafiya işlərinin aparılmasını təklif edir. Biz Topoqrafiya işlərindən başqa bütün inşaat sahəsinin tam müşaiət etməyi, hər növ geodeziya işlərini və kəşfiyyatlarını həyata keçirməyi, lazımi sənədləşmələri hazırlamağı öz üzərimizə götürməyə hazırıq. “GeoTotal” xəritələrin təzələnməsi, baş planların tutulması, şaquli planlaşmaların və landşaft dizaynlarının yaradılması zamanı da topoplanlanma aparılır.

Geodezik işləri və digər topoqrafik işlər və kəşfiyyatlar aparıldıqdan sonra  nəticə sifarişçiyə plan şəklində kağız üzərində, eləcə də elektron şəkildə təqdim edilə bilər. Topoplanalma miqyası sifarişçinin tələbatından və miqyasa olan tələblərindən asılıdır – iri və kiçik miqyasların planlarını tərtib etmək üçün topoplanalma mövcuddur.

Bizim şirkət sabit və demokratik qiymətlər təklif edir: “GeoTotal” və digər geodeziya firmalarını müqayisə edin - bizim bütün işlərimizin, kəşfiyyatlarımızın və çəkilişlərimizin qiyməyləri bazar qiymətlərindən aşağıdır.



Bu səhifənin daimi ünvanı
Bu səhifəyə keçid kodu