25 aprel 2024


İstehsalat > Kimya sənayesi > Tikinti şirkətləri > Tikinti materialları > Zavodlar > Kondisioner və soyuducular > Asfalt, beton, sement firmaları və layihələr > Butulkalar və qablaşdirma üçün tublar, plastikdən və şüşədən > Maşın və avadanliq > İsitmə və soyutma avadanlıqları və istehsalı > Kağız > Kinematoqrafiya > Metallurgiya > Mebel istehsalı > İçkilər > Neft sənayesi > Yeyinti sənayesi və süd məhsulları > Sənaye avadanlıqları > Ətraf mühiti qoruma vasitələri > Tütün və alkoqol > Energetika > Elektrik və elektron avadanlıgı > Elektrik > Toxunmuş mallar > Balıq və balıq məhsulları > Spirtli içkilər > Santexnika > Generatorlar

" AZ-Granata"
 
 Ağsuda yerləşən zavod 8.8 hektar ərazidə salınmışdır. Zavodun örtülü əsas sahəsi 20500 kvadratmetrdir. İstehsalat sahəsi 15000 kvadratmetr olan zavodun örtülü köməkçi sahəsi 5500 kvadratmetrdir. Zavod ətrafında 24000 kvadratmetr ərazi yaşıllaşdırılmışdır.

Kanalizasiya xəttinin uzunluğu 8000 metrdir. Zavodun su ehtiyacını qarşılamaq üçün 6 ədəd artezian quyusu istifadəyə verilmişdir. Artezian vasitəsilə günlük 700-800 ton su təmin edilərək zavodun istifadəsinə verilir. Bundan əlavə zavodun 1000 ton su ehtiyyatı və saatda 40 ton suyu təmizləməyə malik su filteri mövcuddur. Zavodda 2 ədəd 2000 kvlıq transformator, 1 ədəd 1750 lik generator, 800 kv-lik UPS sistemi və 7 km elektrik xətti vardır. Zavodun daxili havasını saatda 10-15 dəfə dəyişəcək şəkildə havaladırma sistemi qurulmuşdur. Cari halda 180 nəfəri iş ilə təmin edən zavod yaxın gələcəkdə 350 nəfərə iş imkanı verəcəkdir.

Zavod şirə və şərab istehsalat sexləri, 5 mərtəbəli inzibati bina və ziyarətçilərin qonaqlaması üçün 3 mərtəbəli və 13 qonaq otaqlı otel binasından ibarətdir. Zavodun istehsal sexləri meyvə qəbulu, meyvə emalı, konsentrat hazırlama,şərab emalı və saxlanılması, şərabın qablaşdırılması, spirt emalı, aseptik saxlanma, meyvə şirəsi hazırlama, şüşə dolum və qablaşdırma, tetra-pak dolum və qablaşdırma bölmələrindən ibarətdir. İstehsal gücü saatda 12 meyvə şirəsi və 3 ton şərab olan zavod saatda 20 ton meyvə qəbulu gücünə malikdir. İllik istehsal gücü isə 50000 ton meyvə şirəsi vəya 65 milyon şərti qabdlaşdırmadır. Zavodun meyvə qəbulu sexi üzüm, nar, alma, armud və heyva çeşidləri üçün uyğundur. Meyvə qəbulu sexində meyvənin qəbulu, təmizlənməsi, sortlaşdırılması, istənməyən mikro orqanizmlərin öldürülməsi, aseptik çəndə saxlanması və qatılaşdırılaraq konservant hala gətirilərək aseptik şənə doldurulması mərhələləri həyata keçirilir.

Avadanlıqları Almaniya, İçveçrə, İtaliya, Bolqarıstan və Fransadan təmin edilən zavodda 2 milyon litrəlik hazır məhsul anbarı da mövcuddur. Bundan əlavə zavodun tərkibindəki analiz labaratoriyasında məhsulun kimyəvi və mikro biyoloji, dad, ləzzət, aroma, görüntü və satışa uyğunluğu üçün lazım olan bütün təhlillər aparılaraq məhsulun gigiyenik və standardlara uyğunluğu təmin olunur.

Ən son və modern texnologiya ilə təchiz olunmuş zavodda 3 ədəd meyvə şirəsi üçün və 1 ədəd şərab üçün cəmi 4 ədəd qablaşdırma xətti mövcuddur. 1 Lt, 750 Ml və 200 Ml-lik şüşə qablaşdırma üçün 1 ədəd qablaşdırma xəttində meyvə şirəsi və nektarı pasterizasiya edilərək qablara doldurulur. 1 Lt-lik və 200 Ml-lik Tetrapak xəttində isə hər bir üçün 1 ədəd qablaşdırma xəttində meyvə şirəsi və nektarı pasterizasiya edilərək qablara doldurulur. Zavodda 16 növ meyvə şirəsi istehsal edilərək 50 ədəd şərti qablarda istehlakçıya təklif olunur. Az-Granata şirkəti meyvə sularını Vita1000 brendi adı altında istehlakçılarına təqdim edir. Bakı şəhərində yerləşən satış mərkəzində 2 milyon litrəlik hazır məhsul anbarı mövcuddur.

Zavodun şərab xəttində isə Qırmızı Kəmşirin, Qırmızı Kəmturş və Ağ Turş növləri üzrə şərab istehsal olunmaqdadır. Zavod nar və üzüm ehtiyatını tərkibində olan 700 hektar bağlardan təmin etməkdədir. Bağlarda Rkasiteli və Saperavi texniki sortları ilə yanaşı süfrə üzümü də yetişdirilməkdədir. Zavodun gələcək meyvə ehtiyacını təmin etmək üçün 1000 hektar bağ salınması planlanmışdır.

Bu səhifənin daimi ünvanı
Bu səhifəyə keçid kodu