14 iyul 2020


İstehsalat > Kağız > İsitmə və soyutma avadanlıqları və istehsalı > Maşın və avadanliq > Butulkalar və qablaşdirma üçün tublar, plastikdən və şüşədən > Asfalt, beton, sement firmaları və layihələr > Kondisioner və soyuducular > Zavodlar > Tikinti materialları > Tikinti şirkətləri > Kinematoqrafiya > Metallurgiya > Mebel istehsalı > Kimya sənayesi > Elektrik və elektron avadanlıgı > Energetika > Tütün və alkoqol > Ətraf mühiti qoruma vasitələri > Sənaye avadanlıqları > Yeyinti sənayesi və süd məhsulları > Neft sənayesi > İçkilər > Elektrik > Toxunmuş mallar > Balıq və balıq məhsulları > Spirtli içkilər > Santexnika > Generatorlar

"Sumqayıt Texnologiyalar Parkı"
 
  Sumqayıt Texnologiyalar Parkının birinci mərhələsi 22 dekabr 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən işə salınmışdır.Parkın ərazisi 45 hektardır. Parkdakı zavod korpuslarının ərazisi isə 140 min kvadratmetrdir. 
Postsovet məkanında bənzəri olmayan bu texnoparkın istismara verilməsi ölkəmizdə elektroenergetikanın inkişafına, onun mövcud potensialının daha da möhkəmləndirilməsinə, enerji müəssisələrinin yenidən qurulmasına və müasirləşdirilməsinə geniş imkanlar açır. Bu möhtəşəm iqtisadi kompleksin işə düşməsi ilə respublikamızın energetika qurğuları yerli texniki avadanlıq və məhsullarla təchiz olunur. Bölgələrdəki təbii ehtiyatlardan istifadə etməklə ucuz və keyfiyyətli məhsul istehsalı qaydaya salınır. Daşıma xərclərinin və müddətinin azalması hesabına nəzərdə tutulan layihələr daha qısa müddətdə reallaşır və məhsulların maya dəyəri aşağı düşür. Bütün bunlar kompleksdə rəqabətə davamlı məhsulların ixracına geniş imkanlar açır.
Sumqayıt  Texnoparkında elektroenergetika sənayesi üçün məhsullar hazırlanır, zavodlar, sexlər və istehsal xətləri yaradılır. Texnoparkın birinci mərhələsi çərçivəsində müəssisələrin tikinti-quraşdırma işlərində 2300 nəfərdən çox işçi çalışıb. Müəssisə tam işə düşdükdən sonra burada 3 min nəfər, o cümlədən yüksək ixtisaslı mühəndislər daimi işlə təmin ediləcək.
“Sumqayıt-3” qapalı tipli yarımstansiyası Cənubi Qafqazda istifadəyə verilən ilk belə obyektdir. Yarımstansiya az yer tutduğundan şəhər tipli yarımstansiyaların tikintisində istifadə oluna bilər. Yarımstansiya yüksək səviyyədə avtomatlaşdırılıb və daxili mikro nəzarət sisteminə malikdir. Təmirə ehtiyacı olmayan bu qurğunun birbaşa mərkəzi dispetçer məntəqəsindən idarə edilməsi mümkündür. Yarımstansiyanın gücü 200 meqavoltamperdir. Yarımstansiya respublika enerji sisteminə qoşulub və buradan Sumqayıtın əsas sənaye obyektlərinə enerji ötürüləcək.Zavodda 800 millimetrə qədər diametrli plastik borular istehsal olunur. 16 atmosfer təzyiqə davam gətirəcək belə boruların MDB məkanında ilk dəfə istehsalına başlanılıb  və bunlardan kabellərin çəkilməsində, kiçik su elektrik stansiyalarının tikintisində, həmçinin qaz, su və kanalizasiya sistemlərinin quraşdırılmasında istifadə ediləcək. Bu müəssisənin illik istehsal gücü 20 min tondur. Gələcək illərdə istehsal korpusunun 2 dəfə genişləndirilməsi və məhsulun çeşidinin də  2 dəfə artırılması nəzərdə tutulur.
Mis və alüminium elektrotexniki çubuqların istehsalı zavodunun sahəsi 3 min kvadrametrdir. Burada ən müasir avadanlıq quraşdırılıb və sınaq-sazlama işləri başa çatdırılıb.Zavodda elektroenergetika sənayesində kəskin ehtiyac duyulan mis və alüminium çubuqlar istehsal olunur. Müəssisənin illik istehsal gücü 30 min tondur.Hazır mis və alüminium külçələr istehsal prosesinə verilir və yüksək keyfiyyətli bu xammaldan ən müasir standartlara cavab verən mis və alüminium çubuqlar hazırlanır.
110 kilovolta qədər gərginlik kabelləri istehsal edəcək zavod MDB məkanında ən qabaqcıl texnologiyalara əsaslanan yeganə müəssisədir. Burada ən son elmi-texniki yeniliklərə uyğun avadanlıq quraşdırılıb.Müəssisədə müxtəlif en kəsikli 1, 6, 10, 35 və 110 kV gərginlik kabelləri, 800 kvadratmillimetr en kəsiyində alüminium və mis məftillər, dənizdə istifadəsi nəzərdə tutulan qurğuşun örtüklü nəzarət kabelləri istehsal edilir.Bu zavodda ildə 30 min ton alüminium və bir o qədər mis kabel istehsalı mümkündür.İstehsal edilən kabellər alüminium, polad və qurğuşun zirehlidir. Bundan başqa, burada beynəlxalq bazara ixrac edilmək üçün məhsullar da hazırlanacaq. 132 və 154 kV gərginliyə davamlı həmin kabellərin ixracı ilə bağlı artıq müəssisəyə xarici ölkələrdən sifarişlər daxil olub.500 kV qədər gərginlik kabelləri istehsal edəcək zavodun MDB məkanında analoqu demək olar ki yoxdur. Hazırda dünyada cəmi 7 belə müəssisə fəaliyyət göstərir.

Bu səhifənin daimi ünvanı
Bu səhifəyə keçid kodu