25 aprel 2024


İstehsalat > Kimya sənayesi > Tikinti şirkətləri > Tikinti materialları > Zavodlar > Kondisioner və soyuducular > Asfalt, beton, sement firmaları və layihələr > Butulkalar və qablaşdirma üçün tublar, plastikdən və şüşədən > Maşın və avadanliq > İsitmə və soyutma avadanlıqları və istehsalı > Kağız > Kinematoqrafiya > Metallurgiya > Mebel istehsalı > İçkilər > Neft sənayesi > Yeyinti sənayesi və süd məhsulları > Sənaye avadanlıqları > Ətraf mühiti qoruma vasitələri > Tütün və alkoqol > Energetika > Elektrik və elektron avadanlıgı > Elektrik > Toxunmuş mallar > Balıq və balıq məhsulları > Spirtli içkilər > Santexnika > Generatorlar

"CORN PROCESSİNG COMPANY" şirkəti
 
  • AZ 1009, S. Rəhimov küç., 309 məh., 9 mər., “World Business Center”
    Tel.:  (99412) 597 30 16, 597 30 17
    Fax:  (99412) 597 30 18
    Моb.: (99450) 214 56 71
    E-mail: info@cpccom.az
    Web: www.cpccom.az

Oğuzda “Qarğıdalı emalı  və qlükoza
istehsalı” müəssisəsi  fəaliyyətə başlamışdır.
“Azərbaycan Respuplikası regionlarının sosial- iqtisadi inkişafı Dövlət proqramı”- na əsasən “CPC” Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən 2008-ci ildə Oğuz rayonunda “Qarğıdalı emalı və
qlükoza istehsalı” zavodunun inşaasına başlanmışdır və 16 noyabr 2011-ci ildə inşaası başa çatmış zavodun açılışnda Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev iştirak etmişdir.

          Qarğıdalı emalı kompleksinin tam istehsal gücü ayda 2400 (iki
min dörd yüz) tondur. Hələlik isə istehlakçı şirkətlərin cari tələbatına
əsaslanaraq, ilk dövrlərdə ayda 800 ton qarğıdalı emal olunması və emal məhsulu olaraq, ayda 550 ton  qida qlükoza alınması nəzərdə tutulur.
          Kompleksdə 90 nəfər işçi çalışır və istehsal həcmi artdıqca işçi heyətinin 200 nəfərə çatdırılması nəzərdə tutulur.
        Emal məhsulunun keyfiyyətinin beynəlxalq standartlar səviyyəsində olması, onun ixracına da geniş imkanlar açır.
          Emal nəticəsində alınan əlavə məhsullar-kəpək, qlüten və özək heyvandarlıq və quşçuluq təsərrüfatlarında  istifadə olunan yemlərin əsasını təşkil edir.
           Azərbaycan Respublikasının Prezidenti cənab İlham Әliyev 2011-ci il noyabrın 16-da Oğuz rayonuna səfəri zamanı “CPC” şirkətinin “Qarğıdalı emalı və qlükoza istehsalı” zavodunun açılışında iştirak etmiş, emal və istehsal prosesləri ilə yaxından tanış olmuşdur.
           İstehsala baxış zamanı qida qlükozasının istehsalı və əsas xammal olan qarğıdalı məhsuluna zavodumuzun tələbatı və bu tələbatın yerli məhsul hesabına ödənilməsi ilə bağlı işlər barədə cənab Prezidentə geniş məlumat verilmişdir. Qeyd edilmişdir ki, bu məqsədlə “CPC” şirkəti ABŞ-ın “GSİ” firmasının  istehsalı olan 2 ədəd 5 min ton və 5 ədəd daha az tutumlu elevatorlu silo – anbarlarından və qarğıdalının texnoloji prosesin tələb etdiyi həddə qədər qurudulmasını təmin edən qurutma avadanlıqlarından ibarət yeni bir kompleksin tikintisinə başlamışdır.

        Digər tərəfdən, respublikamızda fruktoza məhsuluna olan tələbatı nəzərə alaraq, bu layihənin həyata keçirilməsinin nəzərdə tutulduğu barədə  də məlumat verilmişdir.
        İşlərin gedişatı və gələcək planlar barədə ətraflı məlumatı dinlədikdən sonra cənab Prezident nəzərdə tutulan fruktoza layihəsinin və müəssisənin fasiləsiz rejimdə işləməsi üçün tələb olunan dənəvər qarğıdalının saxlanması məqsədilə əlavə olaraq 20 min tonluq silo-anbarların tikilməsinin zəruri olduğunu bildirmiş və bu məsələlərlə bağlı özünün konkret tövsiyyə və müvafiq göstərişlərini vermişdir.
          Cənab Prezident ölkədə qida qlükozasının istehsalının başlanması ilə əlaqədar olaraq, təkcə regionda deyil, bütünlüklə respublikada fermerlərin qarğıdalı məhsulunun yetişdirilməsinə olan marağının əhəmiyyətli şəkildə artacağını qeyd etmişdir. Bu da yuxarıda qeyd olunduğu kimi, öz növbəsində müəssisəmizin dənəvər qarğıdalıya olan tələbatının bütünlüklə yerli məhsul hesabına ödənilməsinə imkan yaradacaq və “Azərbaycan Respuplikası regionlarının sosial- iqtisadi inkişafı Dövlət proqramı” nın məqsədlərindən biri olan ölkədə kəndli-fermer təsərrüfatlarının inkişafına müsbət təsir göstərəcəkdir.



Bu səhifənin daimi ünvanı
Bu səhifəyə keçid kodu