18 may 2024


ƏYLƏNCƏ VƏ İSTİRAHƏT > Əyləncə mərkəzləri > Restoranlar > Turizm agentlikləri > Sanatoriyalar və istirahət zonaları > Distribütiv bron sistemləri > Mehmanxanalar > Aviaşirkətlər > Pablar və barlar > Klublar > Kafe - Restoran > Şadlıq sarayları

"La Strada"
 
 «La Strada» Italyan restoranı - Bakının mərkəzində parlaq və günəşli İtalyanın bir guşəsidir. Bu əfsanəvi ölkənin üslubu restoranın hər bir elementində özünü göstərir: İnteryer dekorunda hər bir xırdalıqdan başlayaraq menyudakı yeməklərin tərkibinə qədər.

Menyunun əsasını öz rəngarəngliyi və gözəlliyi ilə ənənəvi İtalyan mətbəxi təşkil edir. İnteryerin əsasında aralıq dənizi memarlıq ənənələri durur: ağardılmış daşlar, hündür tavan, dəbdəbəli bəzəklər, təbii müasirlik. Sadə xətlər, interyerin mono -rəngi ağ -qara şəkillər üçün fona çevrilib, dekorun çoxsaylı ənənəvi elementləri: ədviyyat və xırda mətbəx ləvazimatıları, keramika, şərab şüşələri restoranın interyerinə ev rahatlığı və orijinallıq verir. Döşəmə "antik sadəliyin" ən yaxşı ənənələri ilə hazırlanıb: Сome Valle di Pompei adlanan böyük keramik lövhələrdən ağ -qara mozoika.

Burada  zövq və harmoniyanı ancaq peşəkarlar həyata keçirir. Serbiyadan olan baş aşpazın yeməkləri - italyan mətbəxinin əsl şedevridir, axı bütün makaron məmulatları (pasta, penne, spagetti) usta tərəfindən əllə hazırlanır. İtalyan mətbəxinin yeməkləri xüsusi diqqət tələb edir və ancaq sevimli işlə məşğul olaraq qeyri -adi zərif dad və nəfis ətir əldə etmək olar. Burada şübhəsiz ki,  işləyən kulinar incəsənət ustaları bunun öhdəsindən gəlirlər. Burada italyan mətbəxini sevənlər ənənəvi italyan yeməkləri ilə yanaşı, restoranımızın baş aşpazının öz fantaziyasına əsaslanaraq hazırladığı yeməklərin də dadına baxa bilərlər. Öz qonaqlarımıza hər kəsə məlum olan italyan yeməklərinin "xüsusi" variantını  təklif edirik -əsas məqsəd reseptə və tərkibə qeyri -adilik, orijinallıq vermək və dad harmoniyası qatmaqdır. Bizdə balaca qurmanların zövqünə görə seçilmiş uşaqlar üçün menyu da var.

Restoranımız sizə şərab xəritəsini təklif etməkdən məmnunluq hissi duyur. Xəritədə italyan yeməklərinin dadı ilə uyğunlaşan və onun zəngin dadını vurğulayan italyan, ispan, fransız, Avstraliya, o cümlədən gürcü və Azərbaycan şərablarının böyük seçimi var. Restoranda geniş klassik spirtli içki seçimi olan bar fəaliyyət göstərir.  
Rahat ayrılmış hissələr ( əsas zal, qalereya, VİP zona) sizə restoranımızda vəziyyətə uyğun yer seçmək imkanı verəcək: İş ortaqları ilə biznes lanç, dostlarla görüş, hər hansı bir əlamətdar hadisəni qeyd etmək və ya daha sıx kompaniyada axşam yeməyi yemək.

Restoranımızın ekskluzivliyi ondadır ki, o, demokratik konsepsiyalı bir restoran mövqeyi tutur: hər bir ziyarətçimiz həmişə görməyə şad olduğumuz  ən əziz qonağımızdır.

 Restoranın rahat yerdə - paytaxtın mərkəzində yerləşməsi Sizə Bakıda ən yaxşı italyan restoranlarından birində axşam vaxtı rahat abu -havadan zövq almağa imkan verəcək.

Müxtəlif növlərin -Klassik zərif restoranla pizzaxananın, barla şirniyyatçının harmonik birləşməsi qonaqlarımıza italyan kulinar incəsənətindən zövq almağa şərait yaradacaq.


Bu səhifənin daimi ünvanı
Bu səhifəyə keçid kodu