23 aprel 2024


İstehsalat > Kimya sənayesi > Tikinti şirkətləri > Tikinti materialları > Zavodlar > Kondisioner və soyuducular > Asfalt, beton, sement firmaları və layihələr > Butulkalar və qablaşdirma üçün tublar, plastikdən və şüşədən > Maşın və avadanliq > İsitmə və soyutma avadanlıqları və istehsalı > Kağız > Kinematoqrafiya > Metallurgiya > Mebel istehsalı > İçkilər > Neft sənayesi > Yeyinti sənayesi və süd məhsulları > Sənaye avadanlıqları > Ətraf mühiti qoruma vasitələri > Tütün və alkoqol > Energetika > Elektrik və elektron avadanlıgı > Elektrik > Toxunmuş mallar > Balıq və balıq məhsulları > Spirtli içkilər > Santexnika > Generatorlar

"AQRIBIOEKOTEX LTD"
 
 Azərbaycanın AgriBioEkoTex müəssisəsi təkcə bazarda çox məhşur olan pomidor və xiyar sortlarını deyil, həm də hələ bizim region üçün yeni olan BİOHUMUS  BİOMAKS kimi biotexnologiya məhsulları istehsal edir. Bizim üçün ən mühüm olanı – müəssisəmizin üsul və texnologiyalarının ekoloji tələblərə uyğun, hazır məhsulunun isə bioloji cəhətdən təmiz olmasıdır.AgriBioEkoTex Azərbaycanda biotexnoloji istehsalı sənaye səviyyəsində həyata keçirən ilk müəssisədir.

Tərəvəzin örtülü torpaqda (istixanalarda) yetişdirilməsi təcrübəsində ilk dəfə, əvvəllər heç vaxt Azərbaycanda tətbiq olunmamış təmiz məhsuldar torpaq və damcılar şəklində suvarma texnologiyası sənaye həcmində tətbiq olunub. Bu nəinki pomidor və xiyarların yetişdirilməsini ekoloji cəhətdən təmiz və təhlükəsiz edir, həm də bazara yüksək keyfiyyətli məhsul çıxarılmasını təmin edir. Hazırda bizim müəssisəmiz vermikompostlaşdırma - qırmızı kaliforniya yağış qurdunun köməyilə BİOHUMUS istehsalı texnologiyasını mənimsəyib.

Biz bazarda 1987-ci ildən etibarən çoxillik iş təcrübəsinə malikik; müəssisəmiz “AGRO” isə etibarlı tərəfdaş və mütəxəssislərinin yüksək ixtisas səviyyəti ilə tanınıb. 2004-cü ildə “AGRO” perspektivli ekoloji təmiz aqro-texnologiyaların həyata keçirilməsinə başlayıb. Vəzifələrin səviyyəsi və strateji inkişaf planlarının yerinə yetirilməsi imkanları mütəxəssis kollektivi üçün prioritetləri müəyyən etdi. 2005-ci ilin əvvəlində AgriBioEkoTexmüəssisəsi yaradıldı. AgriBioEkoTex qarşılıqlı əməkdaşlığa hazırdır və biznesin daha da inkişaf etdirilməsinə dair bütün təklifləri nəzərdən keçirir. AgriBioEkoTex – bütöv spektr bioloji aktiv preparat və bioməhsulların istehsalı üzrə güclü çoxprofilli biotexnoloji korporasiyanın yaradılmasında ilk addımdır.

AgriBioEkoTex –in MİSSİYASI – ekoloji təmiz yolla və bunu təmin edən preparatlar vasitəsilə məhsul istehsalı və yetişdirilməsi sahəsində Azərbaycanın ən yaxşı kənd təsərrüfatı müəssisəsi olmaqdır. Bura həmçinin müasir biotexnologiyanın inkişafını təmin etmək, insan ehtiyatlarının və müştərilərin qayğısına qalmaq və onları qorumaq daxildir.

AgriBioEkoTex layihəsi əlverişli investisiya iqlimi və dövlət strukturlarının yardımının mövcud olduğu müasir Azərbaycan şəraitində yerli müəssisələrin səmərəli şəkildə inkişaf etdiyinə ən parlaq misallardan biridir. Dünya səviyyəli keyfiyyətə malik olmaqla yerli ekoloji təmiz texnologiyalar meydana gəlib. AgriBioEkoTex – hər an Siz və Sizin arzularınız barədə düşünən və ən yüksək keyfiyyətli məhsulu Sizə əsaslandırılmış qiymətlə təklif edən vahid komandadır. Bizə müraciətinizin istənilən suallarınıza maksimum tam şəkildə cavab verməyə və BİOHUMUS (torpağın əsas məhsuldarlıq elementi) və BİOMAKSın – bütün bitkilərin məhsuldarlığının artırılması üçün səmərəli preparatın əldə edilməsi ilə bağlı problemləri həll etməyə imkan verəcəyinə ümid edirəm.

Əlibala Əli-zadə 
AgriBioEkoTex LTD -nin
Baş direktoru


Bu səhifənin daimi ünvanı
Bu səhifəyə keçid kodu