23 aprel 2024


İstehsalat > Kimya sənayesi > Tikinti şirkətləri > Tikinti materialları > Zavodlar > Kondisioner və soyuducular > Asfalt, beton, sement firmaları və layihələr > Butulkalar və qablaşdirma üçün tublar, plastikdən və şüşədən > Maşın və avadanliq > İsitmə və soyutma avadanlıqları və istehsalı > Kağız > Kinematoqrafiya > Metallurgiya > Mebel istehsalı > İçkilər > Neft sənayesi > Yeyinti sənayesi və süd məhsulları > Sənaye avadanlıqları > Ətraf mühiti qoruma vasitələri > Tütün və alkoqol > Energetika > Elektrik və elektron avadanlıgı > Elektrik > Toxunmuş mallar > Balıq və balıq məhsulları > Spirtli içkilər > Santexnika > Generatorlar

"Bakı-Praqa" MMC
 
  • AZ 1000, Novxanı qəs., H. Əliyev küç., «Bakı-Praqa» pivə zavodu
    Tel.:  (99412) 348 36 87, 348 36 89
    Fax:  (99412) 348 36 89
    Web: www.bakipraqa.com
 "Bakı-Praqa" MMC 2009-cu ilin mart ayında yaradılıb. Pivə minizavodu seqmentində Avropanın ən öndə gedən şirkətlərindən biri olan Destila şirkəti ilə razılaşmaya uyğun olaraq 2010-cu ilin iyunundan etibarən çex texnologiyası və reseptləri əsasında "Starapraga" əmtəə nişanı ilə müxtəlif çeşiddə pivə istehsal edir. Qısa vaxt ərzində bir çox pivə 

həvəskarlarının diqqətini çəkərək şirkətin uğur qazanmasının təməlini yaradıb.

 

Əldə olunan razılığa əsasən bütün avadanlıqlar və xammalını Çexiyadan idxal edən şirkət ən keyfiyyətli səməni arpasından: Pilzen, Karamel, Münxen və qovrulmuş növlərindən hazırlayır.

“Starapraga” pivəsinin yüksək keyfiyyətli olmasında əsas faktorlardan biri Avropanın qabaqcıl şirkətlərinin istifadə etdiyi ən son nəsil və Qafqazda analoqu olmayan avadanlıqları zavodda tətbiq edilməsidir.

Çex resepti ilə hazırlanan “STARAPRAGA” pivəsi yerli peşəkar və məşhur çex mütəxəssislərinin birgə fəaliyyətinin nəticəsidir.

“Starapraga” pivəsini Bakı və ətrafı ərazilərlə yanaşı, Gəncə və Şimal zonasındamağazalardan əldə etmək olar.

Şirkətin perspektiv planlarına istehsal həcminin artırılması, yeni brendlərin yaradılmasıvəistehsalı, bazar mövqeyinin möhkəmləndirilməsi daxildir.

 

Biz pivəni Çexiya Respublikasında istifadə edilən klassik metodla istehsal edirik. Bizim pivənin resepti Çex pivə zavodu “Pozenskiy Prazdroy”un pivəbişirənlər-texnoloqlar tərəfindən hazırlanmışdır. Zavodda “PALİ” və “DESTİLA” çex şirkətlərinin, həmçinin bir neçə alman firmasının avadanlıqlarından istifadə olunur. “DESTİLA” şirkəti – mini-pivə zavodlarını avadanlıqlarla təchiz edən ən məşhur istehsalçılardan biridir.


Bu səhifənin daimi ünvanı
Bu səhifəyə keçid kodu