26 aprel 2024


İstehsalat > Kimya sənayesi > Tikinti şirkətləri > Tikinti materialları > Zavodlar > Kondisioner və soyuducular > Asfalt, beton, sement firmaları və layihələr > Butulkalar və qablaşdirma üçün tublar, plastikdən və şüşədən > Maşın və avadanliq > İsitmə və soyutma avadanlıqları və istehsalı > Kağız > Kinematoqrafiya > Metallurgiya > Mebel istehsalı > İçkilər > Neft sənayesi > Yeyinti sənayesi və süd məhsulları > Sənaye avadanlıqları > Ətraf mühiti qoruma vasitələri > Tütün və alkoqol > Energetika > Elektrik və elektron avadanlıgı > Elektrik > Toxunmuş mallar > Balıq və balıq məhsulları > Spirtli içkilər > Santexnika > Generatorlar

«Knarr boya kimya MMC»
 
 «Knarr boya kimya MMC» 1998-ci ildən boya satışı istehsalı və satışını gerçəkləşdirən bir firmadır. Şirkətimizin istehsal məhsulları «Knarr» markası adı altındadır. 

Şirkətimiz Norveçin ixtisaslı və böyük boya şirkətlərində təcrübəsi olan kimyaçılarla birgə qurulmuş və istehsala gəmi boyaları ilə başlamışdır. Boyalarımız məhz bu istehsaldan sonra «Viking Yelkənli Gəmisi» mənasını bildirən «Knarr» adı ilə adlandırıldı. İllər keçdikcə şirkətimiz öz maraq dairəsini genişləndirmiş, öz üzərində işləyərək xarici ölkələrdə təhsil almış yüksək ixtisaslı kadrlarla güclü işçi komandası yaratmış və bununla da yeni məhsulların istehsalına başlamışdır. Bu məhsullar içərisində epoksid və poliuretan boyaları, mebel boyaları özlərini doğrultmuş və ön plana çıxmışdır. Xüsusilə də epoksid boyaları Azərbaycanda böyük marağa səbəb olmuş və dövlət iqtisadiyyatının inşaat və sənaye sahəsində aparıcı rol oynamağa başlamışdır. Əlbəttəki, bu nailiyyət 13 illik təcrübəmizin məntiqi nəticəsidir.

İstehsal prosesi yüksək göstəricilərə malik aparatlarda aparılır. İstehsal olunan məhsullar qablaşdırılmamışdan öncə müxtəlif laboratoriya keyfiyyət testlərində keçir. Laboratoriya və istehsal prosesində istifadə etdiyimiz cihazlarımız Almaniya, İtaliya, Böyük Britaniya, Amerika, Türkiyə kimi ölkələrin aparıcı firmalarında istehsal olunmuş cihazlardır. Həmin cihazlar təcrübəyə malik kimyaçı və kimyaçı-texnoloqlar tərəfində işlədilərək çox yüksək keyfiyyətli məhsul əldə edilir.

MultiCOLOR – Avropa ölkələrinin tanınmış boya şirkətlərinin istifadə etdiyi rənglərndirmə sistemidir. Bu sistemlə 16000-dən çox rəng almaq mümkündür. Bu rəngləndirmə sistemi bütün əsas satış məntəqələrimizdə mövcuddur.

Dünya standartlarına cavab verərək Azərbaycanda özünü təsdiqləməkdədir və zaman keçdikcə yeni-yeni məhsullar istehsal etməklə daha da inkişaf edir. Məqsədimiz yalnız Azərbaycan bazarında deyil, ixrac bazarına da çıxıb Azərbaycanın adını zirvəyə çıxartmaqdır. 


Bu səhifənin daimi ünvanı
Bu səhifəyə keçid kodu