26 aprel 2024


İstehsalat > Kimya sənayesi > Tikinti şirkətləri > Tikinti materialları > Zavodlar > Kondisioner və soyuducular > Asfalt, beton, sement firmaları və layihələr > Butulkalar və qablaşdirma üçün tublar, plastikdən və şüşədən > Maşın və avadanliq > İsitmə və soyutma avadanlıqları və istehsalı > Kağız > Kinematoqrafiya > Metallurgiya > Mebel istehsalı > İçkilər > Neft sənayesi > Yeyinti sənayesi və süd məhsulları > Sənaye avadanlıqları > Ətraf mühiti qoruma vasitələri > Tütün və alkoqol > Energetika > Elektrik və elektron avadanlıgı > Elektrik > Toxunmuş mallar > Balıq və balıq məhsulları > Spirtli içkilər > Santexnika > Generatorlar

“S.A.B.A. şirkəti” MMC
 
 “S.A.B.A. şirkəti” MMC 2000- ci ildən istehsal fəaliyyətinə başlayıb. Şirkətimiz “Millennium” ticarət nişanlı dondurmaların istehsalı və satışını həyata keçirir. Əminliklə deyə bilərik ki, bu gün şirkətimiz Azərbaycan dondurma bazarında aparıcı yerlərdən birini tutur. “S.A.B.A. şirkəti” MMC öz balansında dondurma istehsal edən fabrikə, dondurma məhsullarının saxlanması üçün iri həcimli soyuducu anbara malikdir. Malik olduğu resurslar hesabına bu gün şirkət nəyinki Azərbaycan, hətta qonşu ölkələrə də məhsul ixrac etmək gücündədir.

Şirkətimizin Azərbaycan respublikasının bütün regionlarında nümayəndəlikləri var. Şirkət öz istehsal etdiyi məhsullarla regionların dondurmaya olan təlabatını ödəmək gücündədir.

Bir çox tanınmış xarici dondurma istehsalçılarının dа rəsmi distribyutorluğu şirkətimizə məxsusdur.

Hər il şirkətimiz öz məhsul siyahısına yeni-yeni dondurma növləri əlavə edir. Bu zaman istehlakçı dondurmanı yeni qablaşdırma kimi deyil, tamamilə yeni növ və yeni dad kimi qəbul edir.
 

İstehsal haqqında

“S.A.B.A. şirkəti” MMC istehsal prosesində yeni texnologiyaların tətbiqində də böyük işlər görmüşdür.  Bundan başqa şirkət dondurma istehsalında yüksək keyfiyyətli ərzaq məhsullarından istifadə edir. İstifadə olunan xammal məhsullarının və istehsal olunan dondurmanın keyfiyyətinin və təhlükəsizliyinin yoxlanması üçün şirkət yüksək texnologiyalarla təchiz olunmuş və avropa standartlarının tələblərinə cavab verən laboratoriyaya malikdir.

Məhsul çeşidinin keyfiyyətinə və təhlükəsizliyinə Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun şəkildə nəzarət edilir.  Bu da  həmçinin istehlakçı və müştərilərin tələb və istəklərinin ödənməsinə xidmət edir.

İstehlakçı uğrunda mübarizədə “Millennium” dondurmalarının öz  rəqibləri üzərində müvəffəqiyyət qazanmasının əsas faktoru yüksək keyfiyyətdir. Biz məhsulumuzun keyfiyyətinə zəmanət veririk və bununla hər an qürur duyuruq. Keyfiyyət şirkətin ümumi öhdəliyidir və məhsulun keyfiyyətinin artırılmasında yaxından iştirak etmək şirkətimizin hər bir əməkdaşının qarşısında duran əsas vəzifədir.

Keyfiyyət-uğurumuzun əsasıdır!


Bu səhifənin daimi ünvanı
Bu səhifəyə keçid kodu