25 aprel 2024


İstehsalat > Kimya sənayesi > Tikinti şirkətləri > Tikinti materialları > Zavodlar > Kondisioner və soyuducular > Asfalt, beton, sement firmaları və layihələr > Butulkalar və qablaşdirma üçün tublar, plastikdən və şüşədən > Maşın və avadanliq > İsitmə və soyutma avadanlıqları və istehsalı > Kağız > Kinematoqrafiya > Metallurgiya > Mebel istehsalı > İçkilər > Neft sənayesi > Yeyinti sənayesi və süd məhsulları > Sənaye avadanlıqları > Ətraf mühiti qoruma vasitələri > Tütün və alkoqol > Energetika > Elektrik və elektron avadanlıgı > Elektrik > Toxunmuş mallar > Balıq və balıq məhsulları > Spirtli içkilər > Santexnika > Generatorlar

“BELLFOOD” MMC
 
  24 oktyabr 2007-ci il tarixində qurulan “BELLFOOD” MMC dünyaca tanınmış firmaların Azərbaycanda rəsmi nümayəndəsi olaraq fəaliyyət göstərir. “BELLFOOD” MMC olaraq firmamız Türkiyənin “Koç Holdinq”, “Özbir zeytincilik”, “ Ülker-Eksper Gida Pazarlama”, “Cotton Club”, “Nefis Kosmetiks”, “Birleşik Dış Ticaret” ve “Balaban Gıda Sanayi ve Ticaret A.Ş.” firmalarının məhsullarının rəsmi distribyutorluğu və dağıtımı ilə məşğuldur. Bu məhsulların keyfiyyətindən irəli gələn üstünlüyə güvənərək biz kommersiya fəaliyyətimizi Bakı şəhəri və Azərbaycanın regionlarında uğurla həyata keçiririk. Şirkətimiz özünün nümayəndəlikləri vasitəsilə Azərbaycanın digər şəhər və rayonlarındakı alıcılara bu məhsulların çatdırılmasında əməyini əsirgəməməkdədir. Hal-hazırda şirkətimiz Bakı şəhərində olan 5000 ticarət nöqtəsindən 4000-i ilə rəsmi əməkdaşlıq edir. Bütövlükdə Şirkətimiz Azərbaycanda olan 15000 ticarət nöqtəsindən 10000-i ilə çalışmaqdadır. Bu məqsədlə regionlarda olan rəsmi nümayəndəliklərimiz fəal olaraq bizə yardım göstərməkdədirlər. 

Əldə etdiyimiz nailiyyətlərlə kifayətlənməyərək “BELLFOOD” MMC gələcəkdə istehsal sahəsində də özünü sınamaq fikrindədir. 

Məqsədimiz Azərbaycan alıcısına daim keyfiyyətli qida məhsullarını təklif etmək və bu məhsullarla onları təmin etməkdir. Bu məqsəd uğrunda çalışaraq biz inkişafa doğru inamla irəliləyirik.

Bu səhifənin daimi ünvanı
Bu səhifəyə keçid kodu