24 aprel 2024


İstehsalat > Kimya sənayesi > Tikinti şirkətləri > Tikinti materialları > Zavodlar > Kondisioner və soyuducular > Asfalt, beton, sement firmaları və layihələr > Butulkalar və qablaşdirma üçün tublar, plastikdən və şüşədən > Maşın və avadanliq > İsitmə və soyutma avadanlıqları və istehsalı > Kağız > Kinematoqrafiya > Metallurgiya > Mebel istehsalı > İçkilər > Neft sənayesi > Yeyinti sənayesi və süd məhsulları > Sənaye avadanlıqları > Ətraf mühiti qoruma vasitələri > Tütün və alkoqol > Energetika > Elektrik və elektron avadanlıgı > Elektrik > Toxunmuş mallar > Balıq və balıq məhsulları > Spirtli içkilər > Santexnika > Generatorlar

"EUROCLIMA"
 

Satış və Məhsullar

EUROCLIMA MMC şirkəti olaraq fəaliyyətimizin əsas profili Bakıda və Azərbaycanın müxtəlif regionlarında məşhur Avropa istehsalçılarının məhsulları olan isitmə, soyutma, havalandırma və su təchizatı sistemlərinin satışı, quraşdırılması və satış sonrası servisindən ibarətdir.

Biz uzun illərdir əməkdaşlıq etdiyimiz Almaniyanın, İtaliyanın, Danimarkanın, Türkiyənin, Rusiyanın ən keyfiyyətli Avropa məhsullarını Azərbaycan şəraitinə uyğunlaşdırılmış (işıq, su, qaz) formada ölkəmizə gətirib müştərilərimizə təqdim edir və alınan bütün məhsullara 2 il zəmanət veririk. Şirkətimiz müştərilərinə Avropanın tanınmış brendlərinin məhsullarını geniş çeşiddə təklif edə bildiyinə görə, yeni sifarişlərin tez bir zamanda müştəriyə çatdırılmasına görə rəqiblərini daim qabaqlayır.

Gördüyümüz işlər

1 Havalandırma sistemləri (HVAC)

2 Çiller sistemi – Mərkəzi isitmə soyutma

3 Divar tipli kondensasiya qazanları (35-300 kw)

4 Yer tipli Qazanlar (40kw-dan 10 000 kw-a qədər)

5 Böyük həcmli və yüksək təzyiqli buxar qazanlarının quraşdırılması (300kq - 10ton)

6 Odluqlar (40kw -17mwt)

7 Danimarkanın Danfoss brendinin istiliyin intelektual idarə edilməsi sistemləri

8 Çoxtəyinatlı Nasoslar

9 Su filterləri

10 Günəş enerjisi ilə isti suyun əldə edilməsi

Su-kanalizasiya

Şirkətimiz su və kanalizasiya sahəsində ölkəmizə yeni texnologiyaların gətirilməsində müstəsna rol oynayır. Ən son texnologiyalarla hazırlanan çoxçeşidli bina tipli boru sistemləri, suvarma və yeraltı sistemlərlə yanaşı, Almaniyanın Ostendorf brendinin səs keçirməyən boruları, Viega brendinin alman keyfiyyətli boruları və qayıdan hava axınından mühafizə sistemli və dekorativ traplar kimi məhsulları da bizim mağazalarımızdan əldə edə bilərsiniz.

Mərkəzi isitmə-soyutma avtomatikası – Danfoss

Yerdən isitmə, enerjiyə qənaətli Danimarkanın Danfoss firmasının istehsalı olan qızdırıcı və ya su boruları ilə həyata keçirilir. Danfoss şirkətinin səmərəliliyi və effektivliyi evinizdə istiliyi bir mərkəzdən idarə etməyə komfortlu şəkildə imkan yaradır.

Bizim hazır məhsul çeşidimiz müştərilərimizə ideal səviyyəli daxili mikroiqlimin ən yüksək standartlarına cavab verən davamlı keyfiyyət ilə sabit işləyən istilik sistemlərini bir araya gətirmək imkanını verir. DANFOSS-un Azərbaycanda rəsmi və eksklüziv nümayəndəsi EUROCLIMA şirkətidir.

Servisimiz

Paytaxt da daxil olmaqla bizim respublikanın bütün rayon mərkəzlərində servis nümayəndəliklərimiz var. Servis xidmətinin qiymətləri Bakıda və regionlarda eynidir. 



Bu səhifənin daimi ünvanı
Bu səhifəyə keçid kodu