25 aprel 2024


NƏQLİYYAT XİDMƏTLƏRİ > Aviadaşınmalar (təyyarə daşınmaları) > Avtomobil daşınmaları > Dəmiryol daşınmaları > Kuryer xidmətləri > Dəniz daşınmaları və gəmilərin təmiri > Sərnişin daşınmaları

"ETALON SERVİCE"
 
  • AZ1102, Moskva prosp., 3001. Oskar Biznes Mərkəzi
    Tel.:  (99412) 530 90 47
    Fax:  (99412) 530 83 09
    Моb.: (99450) 224 74 90
    Web: www.etalon.az

Tariximiz

“Etalon Servis” MMC 23 Sentyabr 2005–ci il tarixində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı bölgə şöbəsində 0105-P160-44014 nömrəli qərarla təsis edilmişdir.

 Təşkilatımız

Şirkətin təsisçisi və rəhbəri yüksək iş təcrübəsinə malik olub, “Bakı-Tbilisi-Ceyhan” layihəsində nəqliyyatın istismarı rəisi vəzifəsini daşımışdır. Həmin neft kəmərinin tikintisi zamanı 2002-2005-ci illərdə 700 nəfər sürücüyə və 600-ə yaxın nəqliyyat vasitəsinə rəhbərlik etmişdir.
Şirkətin mexanikləri və təchizatçısı avtomobillərin servisi sahəsində böyük iş təcrübəsinə malikdirlər. Şirkətin dispetçerləri ali savadlı və kompüter operatoru biliyinə malik olan cavan kadrlardan ibarətdir. GPS operatorumuz bir neçə dil bilən və “IT” savadına malik olan şəxsdir.

Missiyamız

Azərbaycan Respublikası ərazisində yükdaşıma sektorunda yüksək keyfiyyətli xidmətlərimizlə davamlı inkişaf edib nəqliyyatın bu sahəsində lider olmaqdır!

Müştərilərimiz üçün

  • “Etalon Servis” MMC–Azərbaycan Respublikasının hüdularında  2005-ci ildən etibarən çoxşaxəli daxili yük nəqliyyat xidmətləri ilə məşğul olan şirkətdir.
  • Bizim təmayülümüz müxtəlif təyinatlı və həcmli yüklərin avtonəqliyyat vasitəsi ilə  daşınmasıdır. Biz Respublika ərazisində bütün istiqamətlərdə və cürbəcür formada yükləri daşımaq imkanına malikik.
  • Şirkətimizin avtoparkı yüksək dünya standartlarına uyğun olan “AVRO 3” tipli avtomaşınlardan, yəni yəhərli dartıcıdan və yükün təyinatına uyğun olan müxtəlif növ yarımqoşqulardan ibarətdir. Yarımqoşqular təyinatlı tiplərindən başqa gabaritlərində də fərqlidirlər ki, bu da bizə müştərinin hər cür yükünü, hər  yerə çatdırılmasına  imkan verir.
  • Nəqliyyat vasitələrimiz muasir GPS naviqasiya sistemləri ilə təmin olunub və biz hər müştəriyə hər 3 dəqiqə ərzində onların yüklərinin yeri barədə informasiya vermək imkanına malikik.
  • Avtomaşınlarda yüksək kvalifikasiyaya malik, 15-20 il sürücülük  ştajı olan sürücülər  növbə üsulu ilə işləyirlər. Həm işcilərimizin və həm də müştərinin yükünün təhlükəsizliyi bizim şirkətin əsas meyarlarından biridir.
  • Qiymət siyasətimiz elə qurulmuşdur ki, o hər iki tərəfi də qane edir. Şirkətin daimi müştərilərinə verilən tariflər isə daha əlverişli şərtləri ilə seçilir.
  • Bizim müştərilərimiz “Qaradağ Sement” ASC, “Mətanət A” sirkəti, ”Avanqard N” MMC, ”AS Şirkətlər Qrupu”, ”AS İnşaat N” MMC və başqa tanınmış özəl  və  dövlət müəssisələridir.

 “Etalon Servis” MMC öz yüksək mövqeyini əldə saxlamaqla Azərbaycanın nəqliyyat sektorunun inkişafına öz töhfəsini verməyi qarşısına məqsəd kimi qoyur.

Biz müştərilərimizə layiqli, inamlı xidmət göstərməklə öz işimizin keyfiyyətini daim  yüksəltməyə çalışırıq.

“Etalon Servis” MMC
Direktor
Kərimov İ.K.


Bu səhifənin daimi ünvanı
Bu səhifəyə keçid kodu