20 aprel 2024


MALLAR VƏ XİDMƏTLƏR > Təmizləmə > Avtomatlaşdırma sistemi > Xidmətlər toplusu > Barter > Ketrinq > Distribüterlik > Mətbəələr > Kadr agentlikləri > Menecment və konsaltinq > Tərcümə xidmətləri > Hüquq xidmətləri > Audit və mühasibat uçotu > Təhlükəsizlık sistemləri > Sertifikatlaşdırma > Reklam agentlikləri > Proqram təminatı > Mətbəə xidmətləri > Mühafizə fəaliyyəti > Ağıllı evlər və binalar > Ağıllı ev > Tikinti şirkətləri > Layihələrin Təşkili > Generatorlar > Qiymətləndirmə > Yaşıllaşdırma > Suvarma

"D GROUP"
 
  • AZ 1073, Ismayıl bəy Qutqaşınlı küç., 50
    Tel.:  (99412) 437 08 50, 437 08 60
    Fax:  (99412) 437 08 40
    Моb.: (99450) 225 73 03
    E-mail: office@dgroup.pro
    Web: www.dgroup.pro
 D Group İDEYADAN, BİZİM İDEYADAN başladı. Məramımız hər bir reklam layihəsini həyata keçirə biləcək reklam şirkətinin yaradılması idi. Elə bir reklam şirkəti barədə fikirləşirdik ki, reklamın yaradılmasından istehsalına qədər bütün işlərin öhdəsindən gələ bilsin. Layihələndirmə, dizayn, istehsal və montaj – heç bir mərhələ “bunu isə başqasına sifariş verin” ifadəsi ilə kəsilməsin. Yəni kağızdakı cızma-qara istehsal və yerləşdirməni keçməklə yekunda reklam məhsuluna çevrilə bilsin. Uzaq olmayan 1998-ci ildə bu, praktiki olaraq, mümkünsüz görünürdü. Reklam bazarında keyfiyyətli və yaradıcı işdə maraqlı olan, barmaqla sayılası dərəcədə az, şirkət var idi. Bu isə səylərimizə marağı, uyğun olaraq da, mümkün rentabelliyimizi sual altına salırdı. Amma biz inkişaf etmək, ziyanımıza da olsa irəli getmək və müştərilərlə iş üçün bir neçə qayda müəyyən etmək qərarına gəldik.
  • Orijinal dizayn
  • Keyfiyyətli iş icrası
  • Qısa müddətə istehsal
  • Sifarişin müxtəlif material və metodlarla icrası

Vaxt keçdi və məhdud imkanları olan balaca reklam şirkəti böyüdü. Bugün D Group fərdi istehsala malik, yüksək ixtisaslı komandası olan, peşəkar avadanlıqla təchiz edilmiş dizayn və foto studiyaya sahib, genişformatlı çapın öhdəsindən gələ biləcək, ölkənin istənilən nöqtəsində reklam konstruksiyalarının istehsalı və yığılmasını təmin edə biləcək şirkətdir.

Komandamızın yerli və xarici şirkətlərlə böyük iş təcrübəsi mövcuddur. Qarşımızda qoyulan tapşırıqları müasir texnologiyalar vasitəsilə həyata keçiririk və daim istehsal innovasiyalarının axtarışındayıq. Avadamlığımız və istifadə etdiyimiz xammaı Amerika, Avropa və Yaponiyanın aparıcı istehsalçılarındandır. Bu da məhsullarımızın yüksək keyfiyyətini və uzunömürlülüyünü təmin edir.

Şirkətimiz hazır ideyalarınızı həyata keçirmək üçün bütün imkanlardan faydalanmağa imkan yaradacaq, eyni zamanda, öz ideyalarımızla da bölüşməyə hazırıq. Başqalarının, lazım olan texnologiya, material və ya mütəxəssis çatışmazlığı səbəbindən imtina etdiyi işin öhdəsindən gəlməyə həvəsliyik. Odur ki, reallaşması çətin görünən və ya mümkünsüz sayılan ideyalarınızdan imtina etməyin. Bizə müraciət edin, onları həyata keçirməyə sizə kömək edək. Bunun üçün nəyin lazım olduğunu biz daha yaxşı bilirik. Bir sözlə, ideyalarınızı həyata keçirməyə hazırıq. Bəs Siz?


Bu səhifənin daimi ünvanı
Bu səhifəyə keçid kodu