04 may 2024


BİZNES VƏ MALİYYƏ > Bank avadanlıqları > Biznesə köməkçi (yardımçı) xidmətlər > Broker və diler şirkətləri > Birja və Fond > Bazar araşdırmaları > Kreditlər və investisiyalar > Lizinq > Sığorta > Holdinqlər > Biznes mərkəzləri > Banklar

"CTC HOLDING"
 
  • AZ 1007, Əhməd Cavad küç., 15; City Center
    Tel.:  (99412) 497 48 13, 480 25 36
    Fax:  (99412) 497 48 14
    E-mail: info@ctc.az
    Web: www.ctc.az
"CTC Holdinq" alternativ enerji mənbələri, xüsusilə külək və günəş enerjisi sahəsində Azərbaycanda fəaliyyət göstərən ilk özəl şirkətdir. Şirkət külək turbinləri və günəş panellərinin quraşdırılması ilə yanaşı, alternativ enerji sferasının Azərbaycanda inkişafı istiqamətində də əhəmiyyətli işlər görmüş və bu fəaliyyətini davam etdirir. Eyni zamanda müvafiq sahədə fəaliyyət göstərən dövlət qurumları, həmçinin biznes dairələri və xarici partnyorları ilə sıx əməkdaşlıq edir. Son illərdə şirkətimiz tərəfindən bir sıra uğurlu layihələr həyata keçirilmişdir ki, bunlara misal olaraq külək parklarının inşası, Azərbaycanda külək və günəş potensialının ölçülməsi və əldə olunmuş məlumatlar əsasında detallı analizin aparılması, günəş layihələrinin həyata keçirilməsi, bu sahənin inkişaf etdirilməsi və yerli kadr potensialının formalaşdırılması üçün Təlim mərkəzinin inşası, xarici təcrübənin öyrənilməsi məqsədilə şirkət əməkdaşlarının Avropanın aparıcı şirkətlərində təcrübə keçmələri üçün şəraitin yaradılması və treninqlərə göndərilməsi qeyd oluna bilər. Şirkət yüksək kadr potensialına malikdir ki, bu da öz növbəsində hüquqi, iqtisadi və texniki yükünü nəzərə alaraq planlaşdırılan layihələrin daha yüksək səviyyədə və səmərəli şəkildə həyata keçirilməsini təmin edir. Eyni zamanda, ətraf mühitin mühafizəsi, şirkətin korporativ sosial məsuliyyət konsepsiyasının işlənilib hazırlanması istiqamətində də ciddi addımlar atılmış və görülmüş işlər nəticəsində CTC Holdinq Birləşmiş Millətlər Təşkilatının Baş Saziş Layihəsinə (UN Global Compact) üzv seçilmişdir.

Bu səhifənin daimi ünvanı
Bu səhifəyə keçid kodu