26 aprel 2024


BİZNES VƏ MALİYYƏ > Bank avadanlıqları > Biznesə köməkçi (yardımçı) xidmətlər > Broker və diler şirkətləri > Birja və Fond > Bazar araşdırmaları > Kreditlər və investisiyalar > Lizinq > Sığorta > Holdinqlər > Biznes mərkəzləri > Banklar

"ANV HOLDİNQ"
 
  • AZ 1117, Biləcəri qəs, Məlik Aslanov küç., 6-cı döngə
    Tel.:  (99412) 401 21 18
    Fax:  (99412) 401 21 18
    Моb.: (99450) 244 60 08; (99455) 510 60 08
    E-mail: ali.vakili@anvholding.com
    Web: www.anvholding.com
“ANV holdinq” şirkətlər qrupu 1994 - cü ildən Cənubi Azərbaycanda istehsalat, xalçaçılıq və inşaat sahələri üzrə fəaliyyətə başlayıb. Artıq 10 ildir ki, “ANV holdinq” Azərbaycanda dövlət və qeyri dövlət təşkilatları ilə sıx əməkdaşlıq edir. Şirkətin nəzdində xarici ölkələrdə təhsil almış təcrübəli memarlar, dizaynerlər, energetiklər və bir çox xarici ölkələrin mühəndisləri çalışırlar.

Şirkət özəl və dövlət binalarının layihələşdirilməsi, dizaynı (daxili və xarici görünüşü), körpülərin tikilməsi, yolların çəkilməsi, təmiri, su drinajlarının çəkilməsi, dəmir konstruksiyalı binaların yüksək keyfiyyətlə tikilməsi ilə yanaşı cari təmirini də öz üzərinə götürür.

Şirkətin nəzdində əl ilə toxunulmuş Təbriz xalçalarını və xüsusi sifarişli xalçaları toxumaq üçün sex fəaliyyət göstərir.

2004-cü ildə ölkə Prezidenti cənab İlham Əliyev “Regionların sosial və iqtisadi inkişafı üzrə proqramı”nı təsdiq etdikdən sonra bizim şirkətin bu növ məhsullarına təlabat artmışdır.

Şirkətimiz paytaxtda və respublikamızın müxtəlif regioanlarında nazirlik və komitələrin, ali təhsil müəssisələrinin, xəstəxanaların, məktəblərin, mədəniyyət evlərinin və muzeylərin Avropa standartlarına uyğun tikintisini və təmirini yüksək zövqlə sifarişçiyə təhvil verir. 

Standartlara uyğun keyfiyyət və təhlükəsizlik siyasət

1. İstehsalat sahəsində münasib keyfiyyət və qiyməti təmin etməklə müştərilərin razılığını artırmaq. 

 

2. Şirkətin əsas kapitalı kimi işçi heyətinin texniki biliyini artırmaq.  

3. Keyfiyyətli və davamlı məhsulların istehsalı üçün keyfiyyətli və davamlı xammaldan istifadə. 

4. Təhlükəsizlik və gigiyena qaydalarını şirkət səviyyəsində təkmilləşdirmək.  

5. Şirkətin təhlükəsizliyini təmin etmək, riskləri müəyyənləşdirmək və azaltmaq.

6. İşçi heyətinin psixoloji vəziyyətini nəzərə alaraq onlara qarşı yaranmış psixoloji təzyiqlərin azalması istiqamətində çalışmaq. 

Şirkətin iştirak edəcəyi sərgilərin zamanı və keçiriləçəyi yer haqqinda məlumat əldə edilməsi və sifarişlərin qeydə alınması üçün satış filiallarına müraciət edə və ya bu şirkətin satış menecerləri ilə əlaqə saxlaya bilərsiniz. www.anvholdinq.com www.anvholdiq.az internet saytına daxil olaraq layihələrin keçirildiyi ünvanları və şəkilləri izləməl mümkündür.

Biz inanırıq ki, aramızda yaranan iş birliyi gələcəkdə dostluğa çevriləçək.


Bu səhifənin daimi ünvanı
Bu səhifəyə keçid kodu