26 aprel 2024


İstehsalat > Kimya sənayesi > Tikinti şirkətləri > Tikinti materialları > Zavodlar > Kondisioner və soyuducular > Asfalt, beton, sement firmaları və layihələr > Butulkalar və qablaşdirma üçün tublar, plastikdən və şüşədən > Maşın və avadanliq > İsitmə və soyutma avadanlıqları və istehsalı > Kağız > Kinematoqrafiya > Metallurgiya > Mebel istehsalı > İçkilər > Neft sənayesi > Yeyinti sənayesi və süd məhsulları > Sənaye avadanlıqları > Ətraf mühiti qoruma vasitələri > Tütün və alkoqol > Energetika > Elektrik və elektron avadanlıgı > Elektrik > Toxunmuş mallar > Balıq və balıq məhsulları > Spirtli içkilər > Santexnika > Generatorlar

"DETAL HOLDING"
 
  • AZ 1000, Səftər Quliyev küç., 7
    Tel.:  (99412) 497 83 59
    Fax:  (99412) 497 83 60
    Web: www.detalholding.az
Det.Al Holding qabaqcıl texnologiyaları tətbiq edərək, mədənçilik, qara və əlvan metal sənayesinin aparıcı sahələri olan dəmir filizinin və alunit filizinin hasilatı, dəmir filizi konsentratının emalı, pelet, DRİ, polad, alüminium oksidi və ilkin alüminium istehsalı sahələrində fəaliyyət göstərir.

Det.Al Holding qabaqcıl texnologiyaları tətbiq edərək, mədənçilik, qara və əlvan metal sənayesinin aparıcı sahələri olan dəmir filizinin və alunit filizinin hasilatı, dəmir filizi konsentratının emalı, pelet, DRİ, polad, alüminium oksidi və ilkin alüminium istehsalı sahələrində fəaliyyət göstərir.

Şirkət Azərbaycan Respublikasının dövlət orqanları və digər sənaye müəssisələri ilə ikitərəfli müqavilələr imzalayaraq, ölkədə investisiya qoyuluşları sahəsində çalışır. Det.Al Holding Daşkəsən Filizsaflaşdırma ASC-ni özəlləşdirmiş, “Azəralüminium” açiq səhmdar cəmiyyətləri ilə əməkdaşlıq müqavilələri imzalamışdır. Holdinqə daxil olan Det.Al Alüminium MMC Gəncə şəhərində illik istehsal gücü 100,000 ton ilkin alüminium olan alüminium istehsalı zavodunun tikintisini uğurla həyata keçirir. Bundan əlavə Holdinq Azərbaycanda Polad Kompleksinin bünövrəsini qoyaraq tərkibində 64-67% dəmir olan dəmir dənələrinin istehsalı üzrə dənələşdirmə zavodu (ildə 2 mln ton), ardıcıl reduksiya zavodu (ildə 1,1 mln ton) və poladəritmə zavodundan (ildə 1 mln ton) ibarət metallurgiya kompleksinin tikintisi layihəsini həyata keçirir.

Hazırda Det.Al Holding öz fəaliyyəti ilə təxminən 4,000 nəfəri işlə təmin etmişdir.

  Det.AL Holding “Azəralüminium” ASC ilə eksklüziv agentlik və satınalma müqaviləsi bağlayıb. “Azəralüminium” ASC Sumqayıt şəhərində yerləşən və ildə 60,000 ton ilkin alüminium istehsal edən alüminium zavodundan və Gəncə şəhərində yerləşən və ildə təxminən 450,000 ton metallurji növlü gil-torpaq istehsal edən zavoddan ibarətdir. Bundan əlavə o 300 mln tonluq rezervi olan Alunit mədəninin sahibidir. Det.AL Holding hər iki müəssisəyə investisiya yatırılmasında fəal iştirak edir.


Bu səhifənin daimi ünvanı
Bu səhifəyə keçid kodu