Kompleksin xidmət məkanlarına 10 hovuz, 5 restoran, 7 bar, 6 müxtəlif su sürüşkənləri, uşaq klubu, su idman növləri üçün hovuzlar, gündüz oyunları məkanları, VIP hovuz və digər məkanlar, gecə klubu, çeşidli günəş yataqları daxildir.
Restoran və barlar
3 autopot da daxil olmaqla 6 müxtəlif su sürüşkənində bütün gün boyu əylənə bilərsiniz. Su sürüşkənlərindən yalnız 12 yaşdan yuxarı qonaqlarımız istifadə edə bilərlər. 3 hovuzda gün boyu müxtəlif su oyunları keçiriləcək ki, burada istədiyiniz qədər əylənə bilərsiniz. 7 cür dalğa yaradan Dalğa və okeanda sörf hissi yaradan Sörf hovuzumuzda isə əyləncənin sərhəddini aşacaqsınız.
Resortumuzun dəniz sahilində Azərbaycanda ilk dəfə tətbiq olunacaq Paraşüt, Skuter, Playboard, Seabob, Banana, Mable, Flyfish, Ringo kimi su əyləncə növlərində özünüzü sınaya bilərsiniz. 60 sm dərinliyi olan Uşaq hovuzumuz isə azyaşlı qonaqlarımıza xidmət göstərəcək. Resortumuzda üzmə hovuzlarından başqa 3 dekorativ hovuz da yerləşir.
4 yaşından yuxarı azyaşlı qonaqlarımız üçün yaradılan “Kids club”da valideynlər uşaqlarını rahatlıqla əməkdaşlarımıza əmanət edə bilərlər. Burada uşaqlar üçün həftənin 7 günü səhər saat 10:00-dan axşam saat 19:30-a qədər xüsusi proqramlar, əyləncəli oyun və viktorinalar təşkil edilir. Əlavə olaraq azyaşlı qonaqlarımıza uşaq yeməklərini təklif edən Burger restoranı, onların təhlükəsiz üzə bilmələri üçün dərinliyi 60 sm olan hovuz xidmət göstərir.
0-3 yaşlı uşaqlar buraya valideynləri ilə gələ bilər və ya onlar üçün dayə sifariş oluna bilər.
Xüsusi girişi olan gecə klubumuza resort ərazisinə girmədən də daxil ola bilərsiniz. Klubumuz xüsusi səs və işıq sistemlərindən istifadə olunacaq ikimərtəbəli binadan ibarətdir. Buradakı sistemlər istehsalçı şirkət tərəfindən geniş satışa hələ 2017-ci ildə çıxarılacaq. Disko klubda dünyaca məşhur DJ-lər də qonaq olacaq. Onlar hər 15-20 gündən bir 1-2 həftəlik müştərilərə xidmət etmək üçün "Dalga Beach Aquapark Resort"da olacaqlar. Hər gün təşkil olunacaq rəqs şouları isə sizə xüsusi anlar yaşadacaq.
Burada həmçinin, VIP zona da müştərilərin xidmətindədir. Gecə saat 24:00-a kimi gecə klubuna giriş ödənişsizdir.
Resortumuzun girişində 500 avtomobillik avtopark yerləşir.
Resortumuzun girişində 500 nəfər qadın və 500 nəfər kişi qonaqlarımız üçün yalnız qol lenti ilə açılan qardiroblar ayrılıb. Öz şəxsi əşyalarınızı burada saxlayaraq resortumuzda rahatlıqla əylənə bilərsiniz. Qardirobların olduğu yerdə dəsmal, su və duş kabinlərindən istifadə tamamilə ödənişsizdir.
Xüsusi qonaqlarımız üçün ayrılan VIP zonaya daxil olan xidmətlərimiz aşağıdakılardır:
Resortumuzun ərazisində xüsusi banket və tədbirlər keçirmək mümkündür. Əlavə məlumat üçün xahiş edirik, bizimlə əlaqə saxlayasınız.
Giriş qiymətinə daxildir: Qarderob, hovuzlar, hovuz ətrafı günəş yataqları, duş kabini, sudan istifadə, dəsmal və sürüşkənlər.
Akvapark: 10:00 – 20:00
Night club: 22:00 – 04:00
Restoranlar: 19:30 – 24:00
Bu səhifənin daimi ünvanı |
Bu səhifəyə keçid kodu |
|