24 aprel 2024


Mülk və İnşaat > Daşınmaz əmlakın icarəsi və alqı-satqısı > Hovuzlar, akvaparklar > Layihə nəzarəti > Tikinti texnikası > Tikinti materialları > Tikinti şirkətləri > Xüsusi sistemlər > Təmir və dizayn > Alüminium və şüşə fasad, qapi-pəncərə, PVC > Qaynaq materiallari > Asma və dartma tavanlar > Liftlər > Tikinti avadanlıqları > Skylight sistemi, Qış baxçası > İsitmə - Soyutma və Ventilyasiya sistemləri

“SNT İnşaat Şirkəti”
 
 
«SNT» İnşaat Şirkəti 1990-ci ildə «Bakışəhərtikinti» tresti nəznində 22 saylı Tikinti İdarəsi adı ilə fəaliyyətə başlayıb. 1999-cu ildə tikinti idarələrinin özəlləşməsi ilə əlaqədar olaraq 22 saylı Tikinti İdarəsinin bazası əsasında özəlləşdirilib və «SNT» İnşaat Şirkəti adlandırılaraq, 23.03.1999-cu il tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan (identifikasiya kodu:3126437) keçirilmişdir. 

«SNT» İnşaat Şirkəti adı ilə fəaliyyət göstərdiyi dövrdə Azərbaycan Respublikası Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun, Azərbaycan Respublikası Təhsil Nazirliyi Əsaslı Tikinti İdarəsinin, «Dövlət Sərhəd Xidməti» nin, «Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti»nin bir sıra tikinti obyektlərini vaxtında və keyfiyyətlə sifarişçi təşkilata baş podratçı kimi təhvil vermişdir. 

«SNT» İnşaat Şirkəti tərəfindən son 5 ildə onlarla müxtəlif təyinatlı bina və qurğu tikilib istifadəyə verilmişdir.Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun sifarişi ilə Füzuli və Goranboy rayonlarında iki çıxışlı yanğınsöndürmə deposu, Fatmayı qəsəbəsində 15 yaşayış evindən və 31 yaşayış evindən ibarət iki qəsəbə, Binəqədi rayonu ərazisində 9 mərtəbəli 63 mənzilli, Abşeron rayonu ərazisində 5 mərtəbəli 70 mənzilli , Goranboy rayonu ərazisində 5 mərtəbəli 60 mənzilli yaşayış binaları, Ağdam rayonu ərazisində 70 evdən ibarət olan qəsəbə, Goranboy rayonu ərazisində inzibati bina və ambulatoriya binası, Ağcabədi rayonu ərazisində iki çıxışlı yanğınsöndürmə deposu, 50 yerlik uşaq bağçası, klub-icma mərkəzi və inzibati bina tikilib istifadəyə verilmişdir. 

Bu səhifənin daimi ünvanı
Bu səhifəyə keçid kodu