Camex şirkəti,Azərbaycan respublikası rabitə və informasiya texnologiyaları nazirliyi tərəfindən verilmiş 14.03.2012 tarixli lisenziya əsasında fəaliyyət göstərməkdədir.
Güclü texniki bazaya və kadr potensialına malik olması “Camex”ə Bakı və Gəncə bölgələrində fəaliyyət göstərmək imkanları verir.
CAMEX ABŞ, Dubay, Çin, Almaniya və Türkiyə -dən poçt bağlamalarının, böyük həcmli və ağır çəkili qeyri-standart yüklərin qısa müddətdə çatdırılmasını təşkil edir.
Şirkətimiz böyük həcmli ticari yüklərin aviadaşınması ilə yanaşı, ABŞ, Dubay, Çin, Almaniya və Türkiyə online mağazalarından alınmış malların istehlakçılara çatdırılması ilə də məşğuldur.
İnternet mağazaların Azərbaycana çatdırmaqdan imtina etdiyi istənilən əşyanı şirkətimizin xaricdə yerləşən anbarları vasitəsilə əldə etmək olar. Bağlama ABŞ, Dubay, Çin, Almaniya və Türkiyə anbarlarına daxil olduqdan sonra, 7-10 gün ərzində Azərbaycana çatdırılır.İstənilən göndəriş alıcıya vaxtında çatdırılır. Göndərişlər və ünvançılar haqda məlumat üçüncü şəxslərə verilmir.
Bazardakı fəaliyyəti dövründə kompaniyamız bir çox şirkət və təşkilatın əvəzolunmaz əməkdaşına çevrilmişdir. Buna, yalnız, daşıma və çatdırma xidmətimizin iqtisadi səmərəliliyi və etibarlılığı nəticəsində deyil, hər bir müştəriyə xüsusi diqqətlə yanaşılması, müştərinin biznes maraqlarının maksimal dərəcədə nəzərə alınması nəticəsində nail olmuşuq. Biz əməkdaşlıq üçün ən sərfəli şərtlər-aşağı qiymətlər və yüksək səviyyəli servis təklif edirik.
Bizim müştərilərimiz - kiçik, orta və iri biznesə aid onlarla özəl və dövlət müəssisələridir, və biz bununla fəxr edirik.
Bizim məqsədimiz - insanlara vaxtlarına qənaət etmələri üçün yardım etmək, istər bizneslərinə, istərsə də şəxsi həyatlarına aid istənilən növ poçt kuryer göndərişlərini daşıyıb ünvanına çatdırmaqla, onların həyatını və əməyini yüngülləşdirməkdir. Bütün bunlara biz:
Unutmayın!
Biznesdəki uğurunuz çox vaxt vacib sənədləri və ya yükləri əldə etmənizin operativliyindən asılı olur. Poçt kuryer xidmətinin düzgün seçilməsi, bəzən işdə effektivliyi və mənfəəti müəyyən edir.
İLK BÖLGƏ NÜMAYƏNDƏLİYİ - GƏNGƏ
Hörmətli Müştərilər!
Camex Azərbaycan Şirkəti Sizləri İLK Bölgə nümayəndəliyinin açılışı ilə sevindirməyə tələsir! Artıq Gəncə və yaxın ətraf rayonlarda yaşayan həmvətənlilərimiz beynəlxalq online alış-veriş zamanı Camex Azərbaycan Şirkətinin surətli və münasib qiymətli xidmətindən faydalana bilərlər. Gəncə, Göy-Göl, Daşkəsən, Şəmkir, Goranboy, Samux ərazilərinin yeni abonentlərindən qeydiyyat, alış-veriş normativləri, təhvil-təslim prosedurları üzrə suallarla Gəncə Bölgə nümayəndəliyinə müraciət etməkləri xahiş olunur. Ətraflı məlumatı camex.az rəsmi internet saytımızdan əldə edə bilərsiniz.
Gəncə Bölgə Ofisinin ünvanı:
Gəncə ş., N. Nərimanov küç., ev 35, m. 3 (“Bazarstore” Supermarketinin yaxınlığında)
Tel.: (022) 267 03 05;
GSM: (070) 267 03 05: ganja@camex.az
ƏTRAF RAYONLAR:
1. Göy-Göl
2. Daşkəsən
3. Şəmkir
4. Goranboy
5. Samux
Daşınması qadağan olunan əşyalar
Hörmətli müştərilər, aşağıda qeyd olunan əşyalar poçt xidməti ilə daşınmaya qəbul olunmur.Sifariş olunan bu tip məhsullar xaricdə yerləşən anbar əməkdaşları tərəfindən ( ABŞ,BƏƏ,Çin )internet mağazaya geri qaytarılacaqdır.
Xahiş edirik sifariş verərkən diqqətli olun.
Diqqət: Maye halında olan məhsulları sifariş etmədən əvvəl bizimlə əlaqə saxlamanız xahiş olunur.
Həftə ərzində Amerika anbarına qəbul edilən bütün bağlamalar cümə günü, ABŞ, Nyu- York yerli vaxtı ilə, saat 17:00-da daşınma üçün Nyu-York hava limanına göndərilir.
Amerika anbarında qeyri iş günləri: Şənbə,Bazar.
Bütün məsuliyyət , bağlama xarici anbarlara daxil olduqdan,istehlakçıya çatdırılana qədər, şirkətin üzərinə düşür.
Bağlama anbara çatdırıldıqdan sonra, onu internet mağazaya geri qaytarmaq mümkün olmayacaq.
Bu səhifənin daimi ünvanı |
Bu səhifəyə keçid kodu |
|