26 aprel 2024


İstehsalat > Kimya sənayesi > Tikinti şirkətləri > Tikinti materialları > Zavodlar > Kondisioner və soyuducular > Asfalt, beton, sement firmaları və layihələr > Butulkalar və qablaşdirma üçün tublar, plastikdən və şüşədən > Maşın və avadanliq > İsitmə və soyutma avadanlıqları və istehsalı > Kağız > Kinematoqrafiya > Metallurgiya > Mebel istehsalı > İçkilər > Neft sənayesi > Yeyinti sənayesi və süd məhsulları > Sənaye avadanlıqları > Ətraf mühiti qoruma vasitələri > Tütün və alkoqol > Energetika > Elektrik və elektron avadanlıgı > Elektrik > Toxunmuş mallar > Balıq və balıq məhsulları > Spirtli içkilər > Santexnika > Generatorlar

"BAKI CINAR SOYUDUCULARI" ASC
 
 "BAKI ÇİNAR SOYUDUCULARI” ASC 


 

    Əvvəllər Bakı soyuducular zavodu kimi tanınan, hazırda onun bazasında yaradılmış “Bakı Çinar Soyuducuları” ASC-nin əsası 1959-cu ildə qoyulmuşdur. Ötən illər ərzində kiçik sex həcmində olan istehsal genişlənərək Qafqaz regionunda məişət soyuducuları üzrə ixtisaslaşmış yeganə böyük sənaye müəssəsinə çevrilmişdir. Ötən əsrin 60-cı illərindən başlayaraq “Bakı”, “Kaspi”, “Xəzər”, “Abşeron” adı altında məhsul istehsal etmişdir. Hal-hazırda “Çinar” adlı soyuducular istehsal olunur. 1980-1990-cı illərdə zavod ildə 320-360 min ədəd soyuducu istehsal etməklə kəmiyyət və keyfiyyət göstəricilərinə görə Sovetlər birliyində soyuducu istehsalçıları arasında ən qabaqcıllar sırasında olmuşdur. İstehsal edilən məhsulun 50-60%-ni Avropa, Asiya və Latın Amerikası ölkələrinə ixrac etmişdir. Müəssisədə 20-25 il bundan əvvəl istehsal olunmuş soyuducuların əksəriyyəti indi də işlək vəziyyətdədir və bunu alıcıların təşəkkür məktublarıda sübut edir. 
   Hazırda müəssisədə:
   - Səmərəli həcmi 300 litr olan Çinar-111 2 kameralı soyuducunun aşağı temperaturlu kamerası      60 litr olmaqla -24_ tenperaturu təmin edir.
   - Həcmi 280 litr olan Çinar-7MS 2 kameralı soyuducunun aşağı temperaturlu kamerası 48 litr olmaqla -24єC temperaturu təmin edir.
   - Həcmi 240 litr olan Çinar-427 1 kameralı soyuducunun aşağı temperaturlu kamerası 30 litr olub -12ºC temperaturu təmin etməklə az təlabatlı məqsədlər üçün nəzərdə tutulmuşdur. 
   - Həcmi 300 litr, hündürlüyü 180 sm olan şəffaf qapılı “Çinar 520” soyuducularının      kamerasında temperatur 0-8 təmin edilir. Soyuducu vitrin tipli olaraq iaşə müəssələrində sərinləşdirici içkilər, polufabrikat və tərəvəz salatlarını saxlamaq üçün nəzərdə tutulmuşdur.
   - Həcmi 300 litr, hündürlüyü 200 sm olan şəffaf qapılı “Çinar 524” soyuducusu “Çinar      520” ilə eyni xarakteristikaya malikdir.
    İstehsal olunan soyuducuların konsturuksiyalarında müasir dizayn və dəbdə olan xüsusiyyətlər nəzərə alınmışdır. Bütün işçi hissələrin zəruri hallarda dəyişdirilməsi və təmiri sadədir. Satılan məhsula 3 il müddətində zəmanət verilir və təminatlı servis xidməti fəaliyyət göstərir. Bütün ehtiyyat hissələrini 15-20 il müddətində zavoddan almaq və ya sifariş vermək mümkündür.
    İstehsal prosesində soyuducu sanayesində istifadə olunan ən keyfiyyətli materiallar və komplektləşdirici hissələr Almaniya, Fransa, İtaliya, Türkiyə və digər qabaqcıl ölkələrdən gətirilir. Sexlərdə quraşdırılmış ABŞ, Almaniya, İtaliya, Macarıstan istehsalı olan avadanlıqlar müasir tələblərə cavab verir.
    Müəssədə soyuducu texnologiyasında yüksək biliyə malik ixtisaslı, bu sahədə böyük təcrübə qazanmış mühəndis, konstruktor və texniki işçilər soyuducuların təkmilləşdirilməsini, uzun ömürlülüyünü təmin etmək və istehlakçıların təkliflərini araşdırıb istehsala tətbiq etmək istiqamətində fəaliyyət göstərirlər.
    Müəssisənin geniş, müasir avadanlıqlarla təciz olunmuş istehsal, alət, mexaniki təmir sexləri, böyük ərazisi vardır.
    Hazır məhsulların sınaqdan keçirilməsi, qablaşdırılması, dəmir yolu vaqonları və yük avtomobillərinə yüklənməsi üçün anbara verilməsi tam mexanikiləşdirilmişdir. Mərkəzi dəmir yolu stansiyası ilə müəssisəni birləşdirən dəmir yolu xətti vaqonları daşımaq üçün xüsusi teplovozu vardır, avtomobil yolları münasibdir.
    İstehsal və inzibati sahələrin işin təmin edən elektirik, su, qaz xətləri və transformator stansiyaları təlabatı ödəyir.

    MƏHSULLAR
       
       
       
       
       
       

Bu səhifənin daimi ünvanı
Bu səhifəyə keçid kodu