15 dekabr 2019


MALLAR VƏ XİDMƏTLƏR > Menecment və konsaltinq > Kadr agentlikləri > Mətbəələr > Distribüterlik > Ketrinq > Barter > Xidmətlər toplusu > Avtomatlaşdırma sistemi > Mühafizə fəaliyyəti > Tərcümə xidmətləri > Təmizləmə > Hüquq xidmətləri > Audit və mühasibat uçotu > Təhlükəsizlık sistemləri > Sertifikatlaşdırma > Reklam agentlikləri > Proqram təminatı > Mətbəə xidmətləri > Ağıllı evlər və binalar > Ağıllı ev > Tikinti şirkətləri > Layihələrin Təşkili > Generatorlar > Qiymətləndirmə > Yaşıllaşdırma > Suvarma

"ALFA AUDIT" MMC
 
  • AZ 1014, C. Cabbarlı küç., 44, Caspian Plaza, 7 mər.
    Tel.:  (99412) 497 40 35
    Fax:  (99412) 437 30 77
    Моb.: (99450) 222 92 22
    E-mail: info@alfa-audit.com
    Web: www.alfa-audit.com
 

"Alfa Audit" auditor şirkəti 2001-ci ildə yaradılmışdır.

 

Yaradıldığı gündən keçən illər ərzində gərgin işlər nəticəsində şirkətin səriştəliyi və müstəqilliyi əsasında qurulan şəxsi fəlsəfəsi formalaşdırılmışdır.

 

Bu prinsiplərə riayət etmə "Alfa Audit" şirkətinə maliyyə bazarında aparıcı pozisiyanı tutmağa və özünün professional, ardıcıl və savadlı işləmək bacarığını sübut etməyə imkan yaradıb.

  

Hal hazırda "Alfa Audit" - Azərbaycanın audit, mühasibat uçotu, maliyyə, hüquq və idarəetmə məsləhətləri sahəsində xidmət göstərən aparıcı şirkətlərdən biridir.

 

Şirkətin fərqləndirmə cəhətlərindən biri vergitutma sahəsində ixtisaslaşma və bununla bağlı xidmətlərin göstərilməsidir, o cümlədən: vergitutma sisteminin və vergi planlaşdırılmasının qurulması, vergi siyasətinin optimallaşdırılması; vergi yoxlamalarının müşahidəsi və hüquqi şəxslərin vergi məsələləri üzrə mübahisələrdə maraqlarının arbitraj məhkəməsindəqorunması; vətəndaşların hüquq mühafizə orqanlarında və ümumi məhkəmələrdə vergitutmada səhvlər üzrə qaldırılmış işlərdə qorunması.

 

Şirkətin təsisçi və idarəetmə heyyəti heç bir maliyyə-istehsalat qruplarından asılı olmayan və kommersiya maliyyə və dövlət strukturları ilə aralarında heç bir öhdəçiliyi olmayan mülki şəxslərdir.

 

2001-ci ildən "Alfa Audit" MMC Azərbaycan Respublikasının Auditorlar Palatasının üzvüdür ( 30 yanvar 2001-ci ildə şirkət AT 027 saylı lisenziyanı alıb).

 

"Alfa Audit" şirkəti milli bazar üçün nadir olan kadrlar, texnologiya və təcrübəyə malikdir. Bu xüsusiyyətlər "Alfa Audit" şirkətinə Azərbaycanda audit və konsaltinq sahəsində liderlər siyahisinə daxil olmağa imkan yaradır.

 

Audit və konsaltinq xidmətləri sahəsində belə naliyyətlərə müvəffəq olmağı şirkət birinci növbədə ən çətin məsələləri həll etməyi bacaran yüksək peşəkar mütəxəssislər sayəsində bacarıb.

 

Kollektivin təməlini təşkil edən işçilər şirkətin yarandığı gündən etibarən şirkətdə burlikdə çalışırlar. Biz hər zaman maliyyə uçotu, hüquq və idarəetmə sahələrində ən təcrübəli mütəxəssisləri axtarırıq və şirkətimizdə işləməyə dəvət edirik; daima işçilərimizi təlimləndiririk; ixtisaslaşdırılmaya və əlaqəli sahələrdə əlavə biliklərə sahib olmağa stimullaşdırırıq.

 

Bizim mütəxəssislər iqtisadiyyatın müxtəlif sahələrində böyuk təcrübəyə malikdir və eyni zamanda maliyyə, hüquq, idarəetmə və marketinq sahələrində geniş biliklərə sahibdir. "Alfa Audit" şirkıtində işləyən auditorların və məsləhətçilərin peşəkar xüsusiyyətləri müvafiq milli və beynəlxalq diplom və sertifikatlarla təsdiq edilmişdir.

 

Bizim əməkdaşların yüksək peşəkarlığı, geniş sahə təcrübəsi, mükəmməl üsulların istifadəsikeçirilən işlərin effektivliyinə və əmək sərfiyyatının azalmasına əhəmiyyətli dərəcədə kömək edir. Bütün bunlar xidmətlərin yüksək keyfiyyətlə və münasib qiymətlə təqdim edilməsini təmin edir.

 

Audit yoxlamaları əməkdaşlarımız tərəfindən maksimal diqqətlə və Azərbaycanın bütün standart və tələblərinə uyğun olaraq keçirilir. Bunlar ilk növbədə auditin əsas prinsiplərinə riayət etməsinə aiddir: müstəqillik, səriştəlik, professional davranış və müştəri tərəfindən təqdim edilmiş məlumatların məxfiliyi. Bizim müəsisə iş zamanı əldə olunan və tərtib olunan məlumatların və sənədlərin qorunmasını təmin edir və sahibkarın razılığı olmadan onların açıqlanmasına yol vermir. Məxfilik müştəri ilə imzalanmış müqavilənin ayrılmaz hissəsidir.

 

Konsaltinq işlərinin nəticəsi yalnız nəzəri tövsiyyələrin verilməsi deyil, həmçinin hər müştərinin problemləri üzrə konkret həll yolları praktikası tətbiq edilir.

 

Hər müştəriyə fərdi yanaşma, onun tələblərinə əsaslanma bizə müxtəlif iqtisadi sahələrə, metallurqiya, elektroenerqetika, çıxarma, avtomobilsənayesi, ticarət və digər aid olan xeyli sayda Azərbaycanın və xarici şirkətlərin etibarını qazanmaq imkanı verib.

 

Bizim müştərilərimizin siyahisinə müxtəlif biznes sahələrinin və mülkiyyət növlərinin nümayəndələri daxildir. Bizim mütəxəssislər iri aksioner cəmiyyətlərində vö tabe cəmiyyətlərdə əsas fəaliyyətlə bağlı və servis xidmətləri üzrə auditin keçirilməsi təcrübəsinə malikdirlər.

 

Biz əminik ki, "Alfa Audit" şirkəti effektiv və qarşılıqlı faydalı əməkdaşlıq üçün bütün xüsusiyyətlərə malikdir, və bir daha əsas üstünlükləri və güclü tərəfləri qeyd etmək istəyirik:

 

  • Audit və konsaltinq sahəsində uzunmüddətli təcrübəsi olan yüksək kvalifikasiyalı və səriştəli heyyət;
  • Müştərinin xidmətləndirilməsində kompleks şəklində yanaşma, daha dəqiq desək həm vergitutma həm də digər hüquq sahələrində səriştəli olan auditorların, maliyyə analitiklərinin, biznes-konsultantlarının, hüquqşunasların birgə çalışması;
  • Sifarişçinin ehtiyaclarının detallı öyrənilməsi, müştəriyə lazım olan xidmət həcminin müəyyənləşdirilməsi və buna uyğun münasib qiymətin təyin edilməsi  nəticəsində yaranan yüksək rəqabət aparma bacarığı;
  • Reytinqlərlə müəyyənləşdirilmiş qərəzsiz etibar və ad;


Bu səhifənin daimi ünvanı
Bu səhifəyə keçid kodu